Facebook-un Isgəndər Həmidov səhifəsində generallar maraqlı müqayisə olunublar. Həmin yazının oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, GundemXeber.Az-ın izləyicilərinə təqdim edirik:
''Öz istiqlalçı generallarını tanımasan yadlara tapınarsan. Biri Türk generalıdır. Azərbaycan Respublikası Daxili İşlər Naziri general leytenant İsgəndər Həmidov. Cənubunda 30 milyon soydaşımızın dilini, təhsilini əlindən alan, ən böyük təbii və mənəvi sərvətlərimizdən biri Urmu gölünü qurudan İran və Şimalında 270 il bizi işğala məruz qoyub, 37-ci repressiyalarını, qərbi Azərbaycandan soydaşlarımızı məcburi köçürən, Qarabağın işğal edilməsində rol alan, 20 yanvar, Xocalı faciəsini xalqımıza yaşadan Rusiya ilə sərhəddə yerləşən Azərbaycanın rəsmi dövlət postundan dünyada ilk dəfə Bozqurd işarəsi tutmağa cəsarət edən İsgəndər Həmidov! Digəri isə sənin xalqını əsarətdə saxlayan, dilini alan, ölkəni hədələyən, düşmən Ermənistana yardım edən İranlı general Qasım Suleymani. İndi sizə, bu paylaşımı görən hər kəsə bir sual verim: Niyə Qasım Suleymani həlak olanda minlərlə insanımız yas saxlayır, paylaşım edirdi? Qasım Suleymani Azərbaycanın xeyrinə nəsə etmişdi? Yoxsa Azərbaycanın müstəqilliyi, bütövlüyü üçün nəsə etmişdi? Bəlkə İsgəndər Həmidov kimi oda din qardaşlarıma yardım edim deyə Qarabağda döyüşüb? Bəlkə Qarabağda onlarla məscidin ermənilər tərəfindən dağıdılmasının qarşısını almışdı, məscidlərə donuz bağlamaqlarına etiraz səsini ucaltmışdı? Bəlkə Qarabağda az qala 30 il eşidilməyən əzan səsinin tələb etmişdi? Nə etmişdi?! Burdan nəticə çıxır ki, öz istiqlalçı generalına sahib durmayanda, işğalçı yad generallara möhtac qalarsan. Hər bir millətsevər, hər bir Azərbaycan sevdalısı, vətənsevər istiqlalçı general İsgəndər Həmidovu unutmamalı və unutdurmamalıdır. Ən azı gələcək nəsillər üçün! Heç olmasa övladlarımız düşmənlərimizə yox, özümüzə bənzəsin!''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?