Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.
Gundemxeber.Az bildirir ki, bu barədə APA-ya Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü. Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?