Bu gün GundemXeber.Az saytının redaksiyasına olduqca sensasiya doğuracaq, sanki hər kəsi şoka sala biləcək bir neçə məlumatlar daxil olub.
Daxil olan məlumatlarda vurğulanır ki, bir müddət bundan öncə Gədəbəy MRX-da direktor vəzifəsinin icraasına başlayan Ramiz Pirverdiyev, ölkəmizin indiki həssas anında, yəni tətbiq olunmuş xüsusi karantin rejiminin başa çatmadığı bir vaxtda, adı çəkilən səhiyyə müəssisəsində ginekoloq həkimi olan Çimnaz Əliyeva adlı xanıma, Bakı şəhərinə gəlmək üçün saxta arayış verir. Elə ki, xanım Əliyeva Bakı şəhərinə gəlir və bir müddətdən sonra Gədəbəy rayonuna geri qayıdır, o halda bəlli olur ki, MRX-da çalışan Çimnaz Əliyeva koronovirus (COVİD-19) yoluxub. Rayon rəhbərliyi baş verən olaydan xəbərdar olan kimi ləngimədən hərəkətə keçir və dərhal Çimnaz xanım polisin nəzarəti altında hansısa səhiyyə müəssisəsinə aparılaraq karantinə götürülür. Belə bir olayın baş verməsi səbəbindən, hal-hazırda MRX-nın bağlandığı və rayon sakinlərinin təşviş içinə düşdükləri bildirilir. Əgər əvvəllər yerli sakinlər maska taxıb özlərini koronovirusdan qorumaq üçün səhlənkarlıq edirdilərsə, Çimnaz Əliyevanın koronovirus (COVİD-19) pandemiyasına yoluxması səbəbindən, bu gün hər bir sakinin maska taxmaq üçün cəhd etdikləri söylənilir.
Daxil olan başqa bir məlumatda isə vurğulanır ki, rayonun Çalburun kəndinə gedən bir şəxsin də, koronovirus (COVİD-19) infeksiyasının daşıyıcısı olduğu bəlli olur. Dərhal bu xəstənin polisin və həkimlərin nəzarəti altında Gəncə şəhərinə aparıldığı və xüsusi karantinə götürüldüyü idddia olunur.
Gədəbəydə yaşananlarla bağlı çatdırılan digər məlumatlarda isə qeyd olunur ki, bu gün rayon ərazisində maska çatışmazlığı sakinlər arasında kütləvi narazılıq hissinin baş qaldırmasına səbəb olmaqdadır. Buna da əsas səbəb, rayonun 20 Yanvar küçəsindəki yanacaqdoldurma məntəqəsinin yanındakı aptekdə dəyəri 20-30 qəpiyə olan maskaların bir manata satışa çıxarılması olur. Çatdırılan məlumatlarda o da iddia olunur ki, bu aptek MRX-da cərrahiyyə şöbəsinə müdirlik edən və adı çəkilən bu səhiyyə müəssisəsində cərrah ixtisası üzrə çalışan Akif həkimin oğluna məxsusdur. Məsələnin təəccüb doğuran tərəfi odur ki, həmin aptek rayonun ən “prestijnı” apteklərindən bir hesab olunsa da, məhz bu aptekin fəaliyyət göstərməsi üçün heç bir lisenziya sənədinin olmadığı, hətta aptekdə işləyən şəxsin əczaçılıq ixtisasına deyil, digər ixtisasa sahib olduğu söylənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?