GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəy səhiyyəsi bir neçə şəxsin girovluğundadır?

Gədəbəy səhiyyəsi bir neçə şəxsin girovluğundadır?

Tarix: 1-10-2018, 14:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 007
Gədəbəy səhiyyəsi bir neçə şəxsin girovluğundadır?


“Çatdırılan məlumatlara görə, MRX-nın şəkər şöbəsinə müdirlik edən Əlviz həkimin oğlu Səbuhinin ali təhsili yoxdur”

Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığı, bu gün də əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Baxmayaraq ki, bu günə kimi rayonun səhiyyə sahəsində hökm sürən acınacaqlı durumun varlığı haqda bir neçə dəfə tənqidi açıqlamalar dərc etmişdik. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı lazımınca məlumatlandırsaq da, nədənsə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi bu sahədə “haqq-ədaləti” bərpa etmək mümkün olmadı.
Bir neçə gün bundan əvvəl yerli sakinlərdən bir neçəsi “Gündəm Xəbər”ə bildirdilər ki, Gədəbəy MRX-da yaşananlar, bəlkə də ölkəmizin qərb zonasında fəaliyyət göstərən səhiyyə ocaqlarından heç birində yaşanmır. Çünki, adı çəkilən rayonun səhiyyə ocağında hər bir müayinə və müalicənin konkret “toskı”sı var. Düzdür, xəstəxana bir neçə il bundan əvvəl əsaslı təmir olunub nələr dəyişdirilsə də, dəyişdirilməyən baş həkim cənab Ramiz Pirverdiyevin “daxili konstitusiyası” oldu. Çünki, həmin “konstitusiyada” görüləcək hər işin konkret dəyəri müəyyən olunub. Yəni hansısa şöbə müdiri, hansısa həkim, hansısa tibb bacısı və yaxud da texniki işçilərdən biri müəyyən olunmuş “sərhəddi” pozarlarsa, o halda həmin şəxsin baş həkim tərəfindən cəzalandırılması qaçılmaz olacaq. “Gündəm Xəbər”ə çatdırılan məlumatlarda o da qeyd olunur ki, rayonun təcili-tibbi yardım stansiyasında sıravi sürücü işləyən İlqar adlı şəxs, bu gün əsl söz sahibidir. Belə ki, o, MRX-nın baş mühasibi vəzifəsini daşıyan Səkinə xanıma bağlı şəxs olduğundan, istədiyi yaxın qohum-əqrəbasını xəstəxanada işə düzəltdirə bilir. Bir sözlə o, olduqca hörmətli şəxs olduğundan sözü-söhbəti baş həkimin yanında keçərli olur. Amma, belə bir hörmət-izzətin bəzi incəlikləri var ki, onu da müəyyən çevrə bilir. Yəni, adını çəkdiyimiz bu İlqar adlı şəxs xəstəxana daxili yeyintilərdən dəqiq məlumatlı şəxs olduğundan, baş həkim onun qarşısında bir növ duruş gətirə bilmir və şərtlərinə əməl etməyə də məcbur olur. Ona görə də, hələ ki, baş həkim bu şəxsin istəkləri ilə oturub-durmağa möhtacdır.
Bundan əlavə, xəstəxananın balansında olan “UZİ” aparatından biri poliklinikadadır və onu MRX-nın baş mühasibi olan Səkinə xanımın gəlini işlədir. Biri isə, Səkinə xanımın evindədir ki, onu da gəlini hər həftənin altıncı-bazar günləri evlərində işlədir. Hər “UZİ”yə düşməyin haqqı 20 AZN-dir. Hər iki aparatdan hər kəsə pulsuz xidmət göstərmək məqsədilə istifadə olunmalı olduğu halda, təəssüflər olsun ki, hər iki “UZİ” aparatından Səkinə xanım gəlir əldə etmək məqsədilə istifadə etdirir. Bu da hüquqi nöqteyi-nəzərdən heç cür yolverilməz haldır. Baş mühasib vəzifəsini daşıyan Səkinə xanım bu ilin iyun ayında işə gəlməsə da, çox keçmədi ki, onu işinə qaytarırlar. Əldə etdiyimiz məlumatlara görə, bunun bir çox özəl səbəbləri olub.
Diqqəti cəlb edən olaylardan biri də, Gədəbəyin səhiyyəsində yaşanan digər problemlərin varlığıdır. Bu haqda da məlumatlı mənbə “Gündəm Xəbər”ə bildirib ki, rayonun səhiyyə ocaqlarında xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, müxtəlif dərman və preparatlar, lazımi avadanlıqlar onlara verilmədiyindən, hətta bir çox təminolunmalar ödənilmədiyindən, bu gün atılan addımlar çoxsaylı xəstələrin haqlı narazılığına səbəb olmaqdadır. İmtiyazlı xəstələrə verilən dərman preparatlarının “qeybə çəkilməsi”, daha dəqiq desək, rayonun mərkəzi ərazilərindəki apteklərdə satdırılması və s. Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir.
Faciə odur ki, yaşananlar baş həkimin gözləri qarşısında baş verir, birbaşa onun diqtəsi ilə həyata keçirilir. Ramiz Pirverdiyev isə ictimai qınaqdan ehtiyat etmir və gündəlik Gədəbəy səhiyyəsini uçurumun astanasına sürükləməkdə davam edir. Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn çatdırılan məlumatlara görə, MRX-nın şəkər şöbəsinə müdirlik edən Əlviz həkimin oğlu Səbuhinin ali təhsili yoxdur. O, özü ilə ora-bura gəzdirdiyi diplomunu saxta yolla Elşad Abdullayevin rektoru olduğu Beynəlxalq Universitetdən alıb. Bundan əlavə o, həqiqi hərbi xidmətdə olmayıb və xəstəlik adı altında, hətta özünə saxta yolla hərbi bilet də düzəltdirib. Bu gün o, rayonun Saratovka kəndində yerləşən xəstəxanada yarım ştat cədvəli üzrə də həkim işləyir. Səbuhi rayonun PŞ-nin qarşısında özünə qırmızı şiferlə bir villa tikdirib, gəl görəsən. Mehdi Quliyev küçəsində isə, özünə yeni bir ev alıb və onu kirayəyə verib. Bu gün o, şəkər xəstəsi olmayanlara xəstəlik kağızı düzüb qoşur ki, həmin şəxslər pensiya ala bilsinlər. Bu şəxs xəstələrdən 20 manat pul almamış, şəkərə aid olan aparatları onlara vermir. Əgər lazımi yoxlamalar aparılsa, o halda Səbuhinin xəstə olmadığı aşkara çıxar və onun məqsədli şəkildə həqiqi hərbi xidmətdən yayınması da bəlli olar. Hal-hazırda bu şəxsin 100 ədəd arısı və 14 min manat dəyərində ağ rəngli “NİVA” markalı avtomobili var.
Rayonun Miskinli kənd xəstəxanasındakı biabırçılıqların da həddi-hüdudu yoxdur. Yəni, burada elə bir yeyintilərə yol verilir ki, eşidib bilən hər kəs sanki dəhşətə gəlir. Belə ki, bu xəstəxananın baş həkimi qadın olsa da, onu heç zaman iş başında tapmaq olmur və onun görməli olduğu işləri, Miskinli kəndində müəllim işləyən həyat yoldaşı Duman müəllim aparır. Eyni zamanda o, lazımi sənədlərə saxta yolla imzasını da atır. Xəstəxana dörd kənd sakinlərinə xidmət etmək məqsədilə tikilib. Vəziyyətin belə bir hal almasına əsas səbəb, ştat cədvəli üzrə Miskinli kənd xəstəxanasında baş həkim vəzifəsini daşıyan şəxsin Rüfət Aslanlının əmisi qızı olmasıdır. Hazırda xəstəxanada heç bir televizorun, kompyuterin, xolodelnikin və s-in olmasından söhbət gedə bilməz. Yəni, verilən nə olubsa hamısı satılıb və əldə olunan pullara Duman müəllim özünə 19 min manat dəyərində “ŞEVROLET” markalı niva maşını alıb.

P.S. Bu gün Gədəbəy səhiyyəsinin acınacaqlı durumu daha çox müzakirəyə ehtiyacı olduğundan, bir mətbu qurum olaraq problemlərin varlığına bundan sonra da diqqət yetirəcəyik. O halda hər kəsə bəlli olacaq ki, adı çəkilən rayonun səhiyyəsi ilə bağlı artıq əməli addımlar atmağın zamanı çatıb. Mövzu diqqətimizdədir.

Cəfər
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəy səhiyyəsi “ölüm ayağında”

    Gədəbəy səhiyyəsi “ölüm ayağında” ...

    4-04-2017, 23:03

  • 
  • ABU-nun arayışı kimi şöbə müdiri edib? - ŞOK FAKTLAR

    ABU-nun arayışı kimi şöbə müdiri edib? - ŞOK ...

    17-11-2016, 00:17

  • 
  • Gədəbəy MRX-dan daha bir xəbər

    Gədəbəy MRX-dan daha bir xəbər ...

    11-11-2016, 17:37

  • 
  • Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

    Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır ...

    9-12-2016, 13:35

  • 
  • Ölüm ayağında olan xəstənin fəryadı - Gədəbəy səhiyyəsində rəzalət

    Ölüm ayağında olan xəstənin fəryadı - Gədəbəy ...

    26-05-2017, 17:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu