GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəy səhiyyəsi “ölüm ayağında”

Gədəbəy səhiyyəsi “ölüm ayağında”

Tarix: 4-04-2017, 23:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 987
Gədəbəy səhiyyəsi “ölüm ayağında”

Düzdür, xəstəxana bir neçə il bundan əvvəl əsaslı təmir olunsa da, nələr dəyişdirilsə də, dəyişdirilməyən yalnız cənab baş həkimin “daxili konstitusiyası” oldu

Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığı, bu gün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Baxmayaraq ki, bu günə kimi “Gündəm Xəbər” qəzeti olaraq rayonun səhiyyəsində hökm sürən acınacaqlı durumun varlığı haqda bir neçə dəfə tənqidi açıqlamalar dərc etmişik. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı məlumatlandırmışıq ki, bəlkə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi sahədə “haqq-ədaləti” bərpa etmək mümkün oldu. Amma atalar demişkən, “sən saydığını say, gör fələk nə sayır” deyimi, zaman keçdikcə öz təsdiqini tapmağa başladı. Yəni, Gədəbəy səhiyyəsinə rəhbərlik edən baş həkim, bu sahədə az-çox qayda-qanunu bərpa etmək əvəzinə, yenə də “feodal dövrü”ndən qalma idarəçiliyini tətbiq etməyə üstünlük verməkdədir. Bəli, belə bir səbəb üzündəndir ki, adı çəkilən rayonun səhiyyəsi daim tənqid atəşinə tutulur və dərc edilən açıqlamalarda, daim rəhbər şəxslərin yarıtmaz idarəçiliyindən də bəhs olunur.
Bir neçə gün bundan əvvəl yerli sakinlərdən bir neçəsi “Gündəm Xəbər”in əməkdaşına bildirirlər ki, Gədəbəy MRX-da yaşananlar bəlkə də ölkəmizin qərb zonasında fəaliyyət göstərən səhiyyə ocaqlarından heç birində yaşanmır. Çünki, adı çəkilən səhiyyə ocağında hər bir müayinə və müalicənin konkret “toskı”sı müəyyən olunub. Düzdür, xəstəxana bir neçə il bundan əvvəl əsaslı təmir olunsa da, nələr dəyişdirilsə də, dəyişdirilməyən yalnız cənab baş həkimin “daxili konstitusiyası” oldu. Çünki, həmin “konstitusiyada” görüləcək hər işin konkret dəyəri müəyyən olunub. Yəni, hansısa şöbə müdiri və yaxud həkim, hansısa tibb bacısı və yaxud da texniki işçi müəyyən olunmuş “sərhəddi” heç cür poza bilməz. O halda həmin şəxsin baş həkim tərəfindən cəzalandırılması qaçılmaz olur.
Diqqəti cəlb edən olaylardan biri də, Gədəbəyin səhiyyəsində yaşanan digər problemlərin varlığıdır. Bu haqda da məlumatları çatdıran mənbənin bildirdiyinə görə, rayonun səhiyyə ocaqlarında xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, müxtəlif dərman və preparatlar, lazımi avadanlıqlar verilmədiyindən və bir çox təminolunmalar ödənilmədiyindən, atılan addımlar çoxsaylı xəstələrin haqlı narazılığına da səbəb olmaqdadır. İmtiyazlı xəstələrə verilən dərman preparatlarının “qeybə çəkilməsi”, daha dəqiq desək, rayonun mərkəzi ərazilərindəki apteklərdə satdırılması və s. Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir.
Rayonun 5 kənd xəstəxanasında, 19 həkim məntəqəsində, 25 kənd tibb məntəqəsində və 1 GEM-də yaşanan durum da, olduqca acınacaqlı vəziyyətdədir. İstər qeyd olunan səhiyyə müəssisələrində çalışan həkimlərdən və tibb bacılarından bəzilərinin, istərsə də digər zəruri təmin olunmaların göstəricisi də yetərincə deyil. Daha acınacaqlı sahələrdən biri də, təcili tibbi-yardım sahəsidir. Bu sahənin yarıtmaz fəaliyyəti haqda məlumatları “Gündəm Xəbər”ə çatdlıran şəxslərin iddialarına görə, təcili tibbi-yardım maşınlarına verilən aylıq yanacaq, ayrı-ayrı detallar, sürtkü yağları və s. hər ay baş həkimin “xeyr-duası” ilə “itbat” olunur. Belə olan halda da, təcili tibbi-yardım maşınları ilə bağlı çoxsaylı problemlər də yaşanır. Kənd tibb məntəqələrinin çox zaman bağlı olması, ilkin tibbi yardıma ehtiyacı olan şəxslərin həyatı bahasına da başa gəlir.
Faciə odur ki, yaşananlar baş həkimin gözü qarşısında baş versə də, birbaşa onun diqtəsi ilə həyata keçirilsə də, bu gün də Ramiz Pirverdiyev ictimai qınaqdan ehtiyat etmir və gündəlik Gədəbəy səhiyyəsini uçurumun astanasına sürükləməkdə davam edir. Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn, məlumatlı mənbənin söylədiklərinə görə, hal-hazırda ixtisasca kordioloq olan Əlviz həkimin övladları Səbuhi və Firdovsi adlı şəxslər ali təhsilə sahib olmasalar da, bu gün hər ikisi adı çəkilən xəstəxanada həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Baxmayaraq ki, hər iki şəxs fəaliyyəti dayandırılmış ABU-nun məzunları olsalar da, tam ali təhsilə sahib ola bilməmişlər. Yalnız fəaliyyəti dayandırılmış təhsil ocağından aldıqları arayış əsasında, bu gün Səbuhi adlı şəxs şəkər şöbəsində, Firdovsi adlı şəxs isə cərrahiyyə şöbəsində həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Belə bir hallara şərait yaradan Ramiz Pirverdiyev olur ki, yəqin ki, o, belə bir addımlarını atarkən hansısa maraqlarını təmin də etdirə bilir.

P.S. Bu gün Gədəbəy səhiyyəsinin acınacaqlı durumu daha çox müzakirəyə ehtiyacı olduğundan, bir mətbu orqan olaraq problemlərin varlığına bundan sonra da diqqət yetirəcəyik. O halda hər kəsə bəlli olacaq ki, adı çəkilən rayonun səhiyyəsində artıq əməli addımlar atmağın zamanı çatıb. Araşdırmamız davam edəcək.

Akif
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABU-nun arayışı kimi şöbə müdiri edib? - ŞOK FAKTLAR

    ABU-nun arayışı kimi şöbə müdiri edib? - ŞOK ...

    17-11-2016, 00:17

  • 
  • Gədəbəy MRX-dan daha bir xəbər

    Gədəbəy MRX-dan daha bir xəbər ...

    11-11-2016, 17:37

  • 
  • Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

    Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır ...

    9-12-2016, 13:35

  • 
  • Bərdədəki “Ömürdən pay” klinikası, ömrümüzə “qənim kəsilib”

    Bərdədəki “Ömürdən pay” klinikası, ömrümüzə ...

    27-12-2016, 20:52

  • 
  • Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

    Kürdəmir səhiyyəsində həyacan təbili çalınır ...

    14-09-2016, 20:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu