GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər »  Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ - Yüzlərlə vətəndaş işsiz qaldı...

 Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ - Yüzlərlə vətəndaş işsiz qaldı...

Tarix: 26-05-2020, 11:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 630
 Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ - Yüzlərlə vətəndaş işsiz qaldı...


COVİD-19 pandemiyası səbəbindən yaranmış məlum vəziyyət diğər sahələrdə olduğu kimi neft sektoruna da təsirsiz ötüşmədi. Neftin qiymətinin gözlənilmədən düşməsi və dünya satış bazarındakı azalmalar əsasən özəl şirkətləri silkələdi. Amma bu o demək deyil ki, illərdir Azərbaycanda milyonlar qazanan şirkətlər bu vəziyyətdən istifadə edib insanları işsiz qoymalıdır.

Ölkə başçısı İlham Əliyev bütün çıxışlarında bu dönəmdə insanların işdən çıxarılmasının yolverilməz olduğunu dəfələrlə bildirib, yerli və xarici şirkətlərə belə bir addım atmamağı tövsiyə edib.

Amma gələn xəbərlər heç də ürəkaçan deyil.

Gundemxeber.Az bildirir ki, bizimxeber.az-a daxil olan məlumata görə, uzun illərdir Azərbaycanın özəl neft sektorunda fəaliyyət göstərən ruslara məxsus "Global Energy Azerbaijan Group"a ("GEA") daxil olan “Shirvan Drilling Limited” şirkəti bağlanıb. Bu səbəbdən də şirkət 300-dən çox azərbaycanlı işçini ixtisara salıb.

Şirkətdə çalışan fəhlələrin redaksiyaya verdiyi məlumata görə, 2019-cu ildə "Karasu Operating Company", "Neftechala Operating Company" və "Shirvan Operating Company" şirkətlərinin işçiləri yeni yaradılan “Shirvan Drilling Limited” adlı şirkətə köçürülüblər.

Köhnə şirkətdən çıxdıqları üçün işçilərə kompensasiya ödənilməyib. Hətta onları məcbur ediblər ki, ərizə yazaraq öz köhnə işlərindən çıxsınlar.

Cəmi 8 ay fəaliyyət göstərdikdən sonra “Shirvan Drilling Limited” də bu günlərdə fəaliyyətini dayandırıb. Hazırda şirkət rəhbərliyi dünya bazarında neftin qiymətinin düşməsini, satış barelinin azalmasını bəhanə gətirərək işçilərin bir qismini işdən çıxarıb.

Məlumatda qeyd olunur ki, işdən çıxarılanların 286 nəfəri "Karasu Operating Company" və "Shirvan Operating Company"nin, 41 nəfəri isə "Neftechala Operating Company"nin əməkdaşlarıdır.

İşçilərin dediyinə görə, çıxarılanlar arasında pensiya yaşına çatmayan xeyli təcrübəli neftçi var. Hətta onların əksəriyyəti 20-30 illik iş stajına malikdirlər.
Bununla yanaşı “Shirvan Drilling Limited” yaranan vaxt ətraf rayonlardan heç bir təcrübəsi və iş stajı olmayan şəxslər işə götürülüb. Qəribə məqam budur ki, şirkət başqa rayondan olan işçilərin müqavilə müddətini uzatsa da, Şirvan və Neftçala rayonunda yaşayan işçiləri kənarda saxlayıb. Bu isə neftçilər arasında ciddi narazılıq yaradıb.
Başqa rayonlardan gələn insanlar Neftçala və Şirvan ərazisində neftç çıxarır, bu rayonun uzun illərlə təcrübəsi olan, ailəsini bu əməklə dolandıran neftçilər işsiz qalsın. "Bu hansı məntiqdir" sualına cavab verən yoxdur.

Məsələnin ən acınacaqlı tərəfi odur ki, əslən şirvanlı olan və bu rayondan millət vəkili seçilən İltizam Yusifov hazırda “Shirvan Operating Company” şirkətində vitse-prezidentdir. İşçilərin bildirdiyinə görə, İ.Yusifov millət vəkili olduğu halda işdən çıxarılan həmyerlilərinin hüquqlarının bərpa olunması ilə bağlı heç bir addım da atmır. Özünə yaxın olan 1-2 nəfəri işə bərpa etməklə öz vəzifəsini icra etmiş sayır.

GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış "GCM Global Energy Plc." şirkətinin filialıdır. Əvvəllər bu şirkət "Russneft"in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək "Global Energy" şirkətinə çevrilib. "Global Energy"nin sahibi isə çeçen əsilli rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir.

GEA Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət sayılır və Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur.
Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur: "Absheron Operating Company", "Binagadi Oil Company", "Karasu Operating Company", "Neftechala Operating Company" və "Shirvan Operating Company".

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xarici neft şirkətində milyonlar necə göyə sovrulur...

    Xarici neft şirkətində milyonlar necə göyə ...

    28-10-2013, 17:44

  • 
  • "Amerikalı şirkətlər neft hasilatını azaldır"

    "Amerikalı şirkətlər neft hasilatını ...

    1-03-2016, 15:39

  • 
  • Azərbaycanlı milyonçu neft çatışmazlığından danışdı

    Azərbaycanlı milyonçu neft çatışmazlığından ...

    17-06-2016, 16:30

  • 
  • “Neftin qiymətinin düşməsi bizi yolumuzdan döndərə bilmədi” - İlham Əliyev

    “Neftin qiymətinin düşməsi bizi yolumuzdan ...

    14-09-2017, 11:18

  • 
  • Neft şirkətinin vitse-prezidenti işdən qovuldu

    Neft şirkətinin vitse-prezidenti işdən qovuldu ...

    6-11-2015, 01:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu