"Dünya neft bazarında defisit 2-3 il sonra yarana bilər".
gundemxeber.az anspress-ə istinadən bildirir ki, bu sözləri azərbaycanlı milyonçu, "Lukoyl" şirkətin prezidenti Vahid Ələkbərov deyib.
Ələkbərov "Lukoyl" şirkətinin İraq hökuməti ilə müqavilə bağlamasından da danışıb. O bildirib ki, "Lukoyl" şirkəti danışıqlara başlamağa hazırdır.
Onun sözlərinə görə, "Lukoyl" şirkəti əvvəlki kimi Arktikada mövcud olan yataqlara iddia edir.
Vahid Ələkbərov ötən gün mətbuata açıqlamasında neftin gələcək qiyməti barədə proqnoz verib. O deyib ki, neftin qiymətinin düşməsi pik həddi keçib. "Mənim fikrimcə, neft hasilatının dondurulması barədə danışıqları bərpa etməyə ehtiyac yoxdur".
O, jurnalistlərə açıqlamasında deyib ki, neftin 30 dollardan aşağı düşməsi ehtimalı yoxdur. Şirkət rəhbəri neftinin qiymətinin ədalətli həddini də açıqlayıb. "Bu gün biz düşünürük ki, barelə görə ədalətli qiymət 60 dollar civarıdır".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?