Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.
GundemXeber.Az-ın anews.az-a istinadən xəbərinə görə, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib. Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir.
Media işçiləri ölkə başçısına müraciətlərində qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə edib: "Ona yaltaqlana bilmədiyimiz üçün dövlət vəsaiti ilə tikilmiş 2 Jurnalist binasından mənzil almaq imkanından məhrum olmuş, KİVDF-nin ayırdığı qrantlardan kənarda qalmış, Mətbuat Şurasının və KİVDF-nin jurnalistlər üçün təşkil etdiyi heç bir tədbirə çağırılmamışıq. Əli Həsənovun mediaya nəzarət etidiyi dövrdə demək olar ki, biz təcrid olunmuş şəraitdə olum-qalım mübarizəsi aparmışıq. Ona yaltaqlananlar isə bu müddətdə demək olar ki, evi ola-ola ev aldılar, hətta həmin evləri kirayə verdilər, hətta bu gün ölkənin elan saytlarında Sizin göstərişinizlə ev almaq imkanı olmayan jurnalistlər üçün tikilmiş binalarda hansısa evlərin satıldığına, kirayə verildiyinə dair elanlara rast gəlinir. Çünki evlərin bir çoxu məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilib.
Ev alanlar siyahısında elə şəxslərin adı var ki, onların xarici ölkələri gəzmək üçün təyyarələrdə xərclədiyi pulla şəhərin mərkəzində villa tikmək olardı, 50-100 minlik maşın sürənlər, ev almaq üçün həyat yoldaşını boşayanlar, daha kimlər, kimlər. Bunları həmişə demişik, yazmışıq, lakin səsimizi eşidilməyə qoymayıblar. Bu gün artıq onlar Sizin bir sərəncamınızla tarixin qaranlıq arxivinə atılıblar. Lakin biz haqq-ədalətin bərpa olunmasını istəyirik. 2019-cu ildən ölkəmizdə islahatların ikinci dalğası başlamış, bu gün daha güclü şəkildə, daha sürətlə davam etməkdədir. Hüquq-mühafizə orqanlarının Sizin siyasi iradənizə söykənərək korrupsiyaya qarşı sərt və uğurlu mübarizəsi hər bir vətəndaş kimi biz jurnalistlərin də ürəyincədir və biz bunu ürəkdən dəstəkləyirik. Lakin bu tədbirlərin mətbuat sahəsində də aparılmasını istəyirik. Uzun illər mətbuata ayrılan milyonlar hara, necə xərclənib məlum deyil, milyonlar xərclənən mətbuat ictimai rəyə təsir gücündə deyilsə, onda o qədər vəsait nəyə xərclənib? Jurnalistlər binasında evlər kimlərə verilib? Sizə müraciətimiz də bu məsələlərlə bağlıdır.
2013 və 2017-ci ildə mənzil şəraitinin yaxşılaşdırılmasına həqiqətən ehtiyacı olan jurnalistlərin ümidləri boşa çıxmışdır. Belə ki, ictimai – siyasi məsələlər üzrə sabiq köməkçiniz Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ağır şəraitdə yaşayan, mənzilə ehtiyacı olan jurnalistlərin müraciətlərini nəzərə almamışlar, mənzil verilməsi üçün tərtib olunan siyahıda adı olan əksəriyyət bir və daha çox fərdi mənzil sahibi olan, baş redaktor, baş redaktor müavini, redaktor və jurnalistlərin, uzun müddətdir jurnalistikadan uzaq olan, dövlət qulluqçusu olan mətbuat katiblərinin, jurnalistikaya aidiyyatı olmayan, lakin Əli Həsənova, Vüqar Səfərliyə və Əflatun Amaşova yaxın olan şəxslərin adları qeyd olunmuşdur. Ona görə də Sizə bu müraciəti ünvanlayaraq xahiş edirik ki, jurnalistlər üçün tikilən binalarda mənzil verilən zaman, başda Əli Həsənov olmaqla Vüqar Səfərlinin, Əflatun Amaşovun, Nuşirəvan Məhərrəmlinin və başqalarının hüquqa və qanunazidd əməllərinin araşdırılması, hüquqi qiymət verilməsi, evi ola-ola Jurnalistlər binasında ev alan, kirayə verilən, satılan mənzillərin həmin şəxslərdən geri alınaraq həqiqi ehtiyacı olan şəxslərə verilməsi üçün göstəriş verəsiniz".
Ölkə başçısına müraciət edən media işçilərinin siyahısı:
1.Xanlar Sətullayev, Yenilik.az saytı, baş redaktor 2. Kərim Kərimli, "Teas Press” redaktor, Qarabağ müharibəsi veteranı 3. Mais Əlizadə, Türkiyədə Azərbaycan,T ürk və əcnəbi media qurumlarıyla əməkdaşlıq edən jurnalist, təhlilçi, tərcüməçi, filologiya elmləri namizədi 4. Vəfa Fərəcova, müstəqil jurnalist 5. Şəfayət Avılbəyli, Baku Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri 6. Raminə Eyvazqızı, Ayna. Az saytı, jurnalist. 7. Rövşən Əsədov, correct. az, redaktor. 8. Fərqanə Sədirova, müstəqil jurnalist. 9. Amil Hacıyev, müstəqil jurnalist 10. Pərviz Hüseynli (Pərviz Hüseyn), Axşam. Az saytı, jurnalist. 11. Gülnaz Qənbərli, müstəqil jurnalist. 12. Əzizə İsmayılova, jurnalist, radioaparıcı. 13. Elmidar Əliyev, Aztoday. az saytı, redaktor. 14. Həbibə Abdulla, Afn. az saytı, baş direktor 15. Nürəddin Xoca teref. az, redaktor 16. Pervanə Sultanova müstəqil jurnalist 17. Fikrət Fəraməzoğlu, müstəqil jurnalist, 18. Nigar Orucova Oxu. az saytı, jurnalist 19. Babək Cahandarov müstəqil jurnalist 20. Zaur Qərib oğlu "Reaksiya Media Group”, baş direktor 21. Cəmilə Hətəmxanova, Real TV, jurnalist 22. Azər Niftiyev, Sosium.az portalı, baş redaktor 23 Dilşad Yusifova, müstəqil jurnalist 24. Arzu Umut, müstəqil jurnalist 25. Sənan Məhərrəmov, müstəqil beynəlxalq idman jurnalisti, combatsport.az Döyüş Sənətləri Analitiki Multi-İdman Portalının baş redaktoru 26. Əli Aqşin Rafiqoğlu – Report informasiya agentliyinin müxbiri. 27. Xəyalə Süleymanqızı FaktAt.az fakt-arasdirma təhlil analitik informasiya agentliyi, jurnalist 28. Bəhruz Salmanov, xeberlent. az saytı, baş redaktor 29. Elxan Qənbərli, 7-gun.com saytı, jurnalist 30. Züleyxa Nadir, müstəqil jurnalist 31. Nicat Haciyev, Zerkalo. az, jurnalist.
Sorğu
Yeni dizaynımız necədir?