GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR

Tarix: 3-06-2020, 14:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 815
MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


CƏNAB "GÜLÜMSƏROV"UN BİZNESİ QİTƏLƏRİ AŞIR

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin ailə şirkətləri Rusiya, Litva, Panama, Azərbaycan, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir.

80-ci illərdə Azərbaycan komsomolunda və partiya işində müxtəlif vəzifələr tutan Qarayevin ulduzu 1994-cü ildən parlayıb və 1994-2001-ci illərdə gənclər və idman naziri
2001-2006-cı illərdə gənclər, idman və turizm, 2006-cı ildən bu ilin may ayına qədər mədəniyyət və turizm naziri vəzifələrində işləyib.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Təkcə bu ayın 8-də DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı ortaya çıxan faktlar 26 il ərzində nazir kimi fəaliyyət göstərdiyi müddət ərzində Qarayevin topladığı sərvətin miqyasını təsəvvür etməyə imkan verir.
Cənab "gülümsərov"un mədəniyyətimiz hesabına "qazandıqları" daşınmaz əmlak şirkətlərinə gözəllik salonlarına, kənd təsərrüfatı sahələrinə, Allah bilir, hələ məlum olmayan daha hansı sahələrə yönəldilib.

Keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, MÜSLÜM MAQOMAYEV, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı KAZIMOVA LALƏ TOFİQ qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən "YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ qeydə alınıb. O, “Jazz Dostları” ictimai birliyinin də təsisçisidir.

Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi6 LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, otel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı beşulduzlu Kuum otelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur.

Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. "TRIAT EXIRE" UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vülnüsdə Şaltinıy 22-də Qarayevıər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Əbülfəs Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. QALS MMC (ГАЛС ООО) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Cəfərov Fərid Oqtay oğludur.
Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad.
Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir. Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şifkəti isə Azərbaycandadır. "GALS GALLERY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur.
Muzey Mərkəzi “Rus muzeyi də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyəti öyrənmək və təbliğ etməkdir.
Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, YUSİF MƏMMƏDƏLİYEV, ev 14-də hüquqi qeydiyyatdadır.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Həmin ünvanda keçmiş nazirin xanımına məxsus "GALS BEAUTY AND SPA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2013-cü il mayın 3-də qeydiyyatdan Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb.
Lalə Kazımova bu şirkətə bağlı, Bakının mərkəzindəki "NailRoom" (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Əbülfəs Qarayevin özü isə "otkat"lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı "sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik" anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva - Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. O, 2016-cı ildən Bakıda "COLAB" biznes mərkəzlərinin şərikidir. Paytaxtda iki ünvanda - NEFTÇİLƏR PR. 151-də PORT BAKU MALL-da və Time Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Keçmiş nazirin kürəkəni 2016-cı ilin noyabrında Azərbaycanda GREEN FARMS AZERBAİJAN MMC şirkətini də qeydiyyatdan keçirib. Şirkətə aid saytda qeyd olunur ki, o, Green Farms International şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Əbülfəs Qarayevin nazir kimi nüfuzu sayəsində GREEN FARMS AZERBAİJAN MMC 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyətindən 5 min hektar torpaq sahəsini olduqca aşağı qiymətə 49 illik icarəyə götürüb. https://www.greenfarms.az/
Həmin ərazi Qarayevlərin və qohumlarının nəzarətinə keçənə qədər qışlaq sahəsi olub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə edilib. Əbülfəs Qarayev 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə bu ərazinin əkin sahəsi kimi istifadə olunmasına və qudasının Maltadakı şirkətinin nəzarətinə verilməsinə nail olub.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


İcarə müqaviləsinə imza atan keçmiş icra başçısı, Əbülfəs Qarayevin yaxın dostu Mahir Quliyev aprelin 29-də DTX tərəfindən saxlanılıb.
Biləsuvarda böyük torpaq sahələrini ələ keçirən GREEN FARMS INTERNATIONAL LTD 2016-cı ilin oktyabrında Maltada qeydiyyatdan keçib.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR



Maltadakı şirkətin təsisçisi isə Əbülfəs Qarayevin Avstriya və Monako vətəndaşı olan İsgəndər Malekidir. O, 2016-cı ilin iyunundan Maltada daha bir şirkətin A&S LIMITED-in səhmdarıdır. Şirkətin digər səhmdarı qismində ADINOTEC LTD offşor şirkəti çıxış edir.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


İsgəndər Maleki vaxtilə İngiltərənin ən nüfuzlu iş adamlarından olub. Onun, xanımı Fatimə Malekinin və Şəhriyar Maleki 1991-2009-cu illərdə Britaniyada çoxsaylı maliyyə şirkətlərinə rəhbərlik edib, neft treyderi kimi tanınıb, sonrakı illərdə biznesində durğunluq yaranıb.
Malekilər ailəsi dünyanın ən bahalı tarixi incəsənət nümunələrinin kolleksiyaçıları kimi də məşhurlaşıblar. Onlar Londonda Əbülfəs Qarayevin qızının çalışdığı və tarixi əsərlərin hərrac yolu ilə satışa çıxarıldığı Sotheby's incəsənət auksionunun daimi müştəriləridir. Güman ki, Qarayevlərin Malekilərlə qohumluğu da burdan başlayır.

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Ümumiyyətlə Sotheby's hərracında Azərbaycana məxsus tarixi mədəniyyət əsərlərinin satışa çıxarılıb-çıxarılmadığının çox ciddi araşdırmaya ehtiyacı var.

https://www.sothebys.com/en/search-results.html?query=azerbaijan

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR
MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR

MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR
MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR
MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR
MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR
MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR
MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR
MƏDƏNİYYƏTİMİZİN VƏHŞİCƏSİNƏ TALANI -FOTOLAR


Cavanşir Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəs Qarayevin qızı Kərəm Həsənovu məhkəməyə verdi - qalmaqal

    Əbülfəs Qarayevin qızı Kərəm Həsənovu məhkəməyə ...

    25-12-2014, 00:55

  • 
  • 26 ilin naziri: O, toxunulmazdır? - həbs edilməsə də...

    26 ilin naziri: O, toxunulmazdır? - həbs edilməsə ...

    11-05-2020, 19:50

  • 
  • Əbülfəs Qarayevin qızının "seksual geyim" videosu

    Əbülfəs Qarayevin qızının "seksual ...

    1-12-2014, 22:59

  • 
  • Mədəniyyət Nazirliyində 441 milyon büdcə pulu necə talan edilib - faktlar

    Mədəniyyət Nazirliyində 441 milyon büdcə pulu ...

    14-05-2020, 13:22

  • 
  • "Əbülfəs Qarayevin müavini deyil bu?" — Nüşabəylə VİDEOSU YAYILAN ŞƏXS NAZİR MÜAVİNİDİR?

    "Əbülfəs Qarayevin müavini deyil bu?" — ...

    12-05-2020, 14:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu