Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verib.
Bu barədə azvision.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Nazir qızının məhkəməyə müraciət etməsi idarədən texniki pasportun verilməsi ilə bağlıdır.
Məhkəminin ilk iclası hakim Elşanə Vəliyevanın sədrliyi ilə dekabrın 3-də keçirilib və həmin iclas təxirə salınıb.
Növbəti iclas dekabrın 10-da keçirilib. İclasın sonunda S.Qarayevanın tələbi təmin edilməyib.
Qeyd edək ki, Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələrinin incəsənəti üzrə ixtisaslaşan yazıçı və kurator Suad Qarayeva mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yeganə qızıdır. Suad Qarayeva Londonda iqtisadiyyat üzrə bakalavr, fəlsəfə və dövlət siyasəti üzrə magistr təhsili alıb.
Sorğu
Yeni dizaynımız necədir?