Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas qızı Suad Qarayevanın maraqlı videosu yayılıb.
"Dolce&Gabbana" brendindən aldığı bahalı libasından danışan Suad Qarayevanın videosunun müəllifi tanınmış ingilis rejissor Samuel Fouracredir. Libasını kamera önündə geyinməyə üstünlük verən Suad filmdə özü haqda bunları deyir: “Bu gördüyünüz libas mənim favorimdir. Xüsusi markanın xüsusi kolleksiyasından olan bu libas qadın, onun şəxsiyyəti barədə çox şey deyir. Bilirsiniz, kişilər belə geyimləri, seksual görünən qadınları sevirlər. Etiraf edim ki, bu, indiyədək aldığım ən bahalı geyimdir və onu hər dəfə geyinəndə özümü yaxşı hiss edirəm”.
Qeyd edək k, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas qızı Suad Qarayevanın videosu yayıldıqdan sonra naməlum şəxslər bu videonu tələm-tələsik şəkildə bütün internet resurslarından silməyə başladılar.
Bütün bu cəhdlərə baxmayaraq həmin video YouTube videosaytında yenidən yayılmağa başlayıb. Savash.org həmin videonu təqdim edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?