Hər kəsə bəllidir ki, 2019-cu ilin noyabr ayında Prezident İlham Əliyev, uzun illər ərzində özünün ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsini icra etmiş Əli Həsənovu daşıdığı vəzifəsindən azad etdi
Qeyd olunan tarixdə adı çəkilən bu şəxs PA-kı vəzifəsindən uzaqlaşdırılsa da, Azərbaycan mediası üzərində dolaşan “Həsənov kabusu” götürülsə də, deyəsən hələ də Əli Həsənovun bəzi media qurumları üzərində təsir imkanları heç də tükənməyib. Çünki, Gundemxeber.Az saytına daxil olan məlumatlarda qeyd olunur ki, Prezidentin sabiq köməkçisi vaxtilə ələ keçirmiş olduğu milyonlar hesabına, bu gün də bəzi media qurumlarını maliyyələşdirməkdə davam edir. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, bu gün Əli Həsənovun vaxtilə dövlətdən oğurladığı pullar hesabına “nəfəs alan” AzneWs.az, Strategiya.Az, Olaylar.Az, Kaspi.Az və digər media qurumları, hal-hazırda ictimai fikirin formalaşmasına heç bir təsir göstərə bilmirlər. Belə olan halda ortaya maraqlı sual çıxır ki, görəsən sabiq köməkçinin belə bir addım atmasının kökündə nələr durur ki, bu gün o, külli miqdarda vəsaitinin “başından keçməli olur?”
Sorğu
Yeni dizaynımız necədir?