GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əli Həsənov Gəncədəki Mətbuat Evini gəlir mənbəyinə çevirib-ŞOK FAKTLAR

Əli Həsənov Gəncədəki Mətbuat Evini gəlir mənbəyinə çevirib-ŞOK FAKTLAR

Tarix: 11-12-2019, 14:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 286
Əli Həsənov Gəncədəki Mətbuat Evini gəlir mənbəyinə çevirib-ŞOK FAKTLAR


​

Hər kəsə bəllidir ki, son günlər baş verən bir çox ictimai-siyasi hadisələrlə bərabər, bəzi yüksək çinli vəzifə sahibi olan şəxslərin daşıdıqları vəzifələrinə “əlvida” demələri və s. ölkə mətbuatının gündəmini zəbt edən mövzulardan birinə çevrilib.

Bu sırada Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun daşıdığı vəzifəsindən, oğlu Şamxal Həsənovun isə “Xəzər” televiziyasının rəhbərliyindən uzaqlaşdırılması, məhz daha çox diqqəti cəlb etdi. Bunlara səbəb olan amillərdən biri, bəlkə də lap birincisi Əli Həsənovun uzun illər ərzində Azərbaycan mətbuatı üzərində özünün təsir dairəsini saxlaması idi. Belə ki, bu şəxsin pərdəarxası diktəsi ilə idarə etdiyi (çoxsaylı media qurumları), eyni zamanda kəsişən maraqlarının həlli yöndə atdığı addımları və s. uzun illik tarixi olan mətbuatımızın iflic olmasına səbəb olmuşdu. Belə bir olayların yaşandığı bir vaxtda “Gündəm Xəbər” qəzetinin qərb bölgəsi üzrə müxbiri olaraq​ müəyyən araşdırmalar aparmağa və bir çox qaranlıq qalan məsələlərə aydınlıq gətirməyə çalışdım. Belə ki, apardığım jurnalist araşdırmaları zamanı bəlli oldu ki, illər öncə Gəncədə Prezident Administrasiyasının, Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək” mövzusunda elmi-praktiki konfrans keçirilir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edirlər və az sonra onun abidəsi önünə gül dəstələri qoyurlar.​ Konfransı giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açır və o, Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindən başlanan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yollardan danışır.​

​ ​ Konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov da çıxış edir və o, milli mətbuatımızın tarixindən, inkişafından bəhs etməklə bərabər, Gəncənin Azərbaycanın milli dövlətçilik tarixində oynadığı əvəzsiz roldan bəhs edir. O, çıxışı zamanı onu da bildirir ki, “Gəncə şəhəri Azərbaycan dövlətçiliyinin təməlində dayanan əsas şəhərlərdən biridir və bəlkə də lap birincisidir. Azərbaycan Xalq Cümhuriyyəti bu şəhərdə qurulub, Azərbaycan dövlətçiliyi uğrunda Cavadxanın mübarizəsi, Azərbaycan torpaqlarının birləşdirilməsi hərəkatı və s. məhz bu şəhərdən başlayıb. Ona görə ömrü boyu Azərbaycana və azərbaycançılığa xidmət edən bir alimin, böyük insanın, dahi mütəfəkkirin 170 illik yubiley tədbirinin Gəncədə keçirilməsinin xüsusi əhəmiyyəti var”. Bundan əlavə o, Həsən bəy Zərdabinin 170 illik yubiley tədbirinin bu şəhərdə keçirilməsini heç də təsadüfi hal hesab etmir və onu da qeyd edir ki, “Həsən bəy Zərdabi öz dövrünün ən böyük Azərbaycanlısı olmaqla bərabər, millətinin inkişafı, maariflənməsi yolunda ömrünü şam kimi əridir”.​ Belə bir tədbir öz işini başa vurduqdan sonra, 2011-ci ildə media mənsublarının iştirakı ilə Gəncə şəhərində inşa olunacaq “Mətbuat Evi”nin təməlqoyma mərasimi keçirilir. Bir il ərzində inşa olunması nəzərdə tutulan dördmərtəbəli binanın ümumi sahəsi 2600 kvadratmetr olur və bu binanın birinci mərtəbəsində konfrans keçirmək üçün zal, ikinci və üçüncü mərtəbələrində jurnalistlərin fəaliyyət göstərmələri üçün otaqlar, dördüncü mərtəbəsində isə, Gəncəyə ezam olunan media nümayəndələrinin gecələmələri üçün xüsusi otaqlar yaradılır.

​ ​ ​ 2015-ci ildə Mətbuat Evinin açılış tədbiri keçirilir və həmin tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və ölkənin bir sıra aparıcı mətbu orqanlarının rəhbər şəxsləri də iştirak edirlər. Gəncə şəhərində inşa olunan və dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına ərsəyə gətirilən Mətbuat Evinin açılışı həyata keçirildikdən sonra, tam əksəriyyət o haqda düşünür ki, atılan belə bir addım milli mətbuatımızın inkişafına xidmət edəcək. Amma çox keçmədi ki, bütün gözləntilər puça çıxdı. Buna da əsas səbəb, büdcədən ayrılan vəsaitlər hesabına inşaası həyata keçirilən Mətbuat Evinin Əli Həsənov tərəfindən ələ keçirilməsi oldu. Yəni, uzun illərdir ki, həmin binadan mətbuatın inkişaf etdirilməsi məqsədilə deyil, məhz Həsənovlar ailəsinin biznes mərkəzinə çevrilmiş “Kaspi-Tədris Mərkəzi”nin fəaliyyət göstərməsi üçün istifadə olunur. Belə bir halın varlığı da, heç cür yolverilməz haldır. Çünki, həmin bina yuxarıda qeyd etdiyim kimi büdcədən ayrılmış vəsaitlər hesabına inşa olunub. Əli Həsənovun istər paytaxt Bakı şəhərində, istərsə də bölgələrdə atdığı belə bir addımlar, indiyə kimi mətbuatımızın məhv edilməsi yöndə atılmış addımlar oldu. Bu gün o, görəvdən salınıb, təsir imkanları heçə endirilib. Belə bir səbəblərdən də, adı çəkilən bu şəxsin “kurasiyasında” olan mətbu qurumlar kənara çəkilib susmağa üstünlük verirlər.
Bütün bunları nəzərə alaraq ölkə rəhbəri cənab İlham Əliyevdən xahiş edirəm ki, Gəncədəki Mətbuat Evinin KİV nümayəndələrinin istifadəsinə qaytarılması üçün, aidiyyatı üzrə lazımi tapşırığını versin. Çünki, ölkə rəhbəri olaraq cənab Prezident hər zaman jurnalistlərin dostu olduğunu bəyan etmiş və bu sahədə əmələ gələn problemlərin həllinə də çalışıb. Düşünürəm ki, cənab İlham Əliyev belə bir problemin mahiyyətini diqqətdə saxlayacaq və Gəncədəki Mətbuat Evinin Həsənovlar ailəsinin biznes mərkəzindən çıxarılması yöndə lazımi addımını da atacaq. Yəqin ki, o halda ölkənin böyük bir regionunda mətbuatın inkişaf etdirilməsi yolunda “yaşıl işıq” yanacaq.

​ P.S. Əldə etdiyimiz bəzi məlumatlara görə, artıq paytaxt Bakı şəhərinin bəzi ərazilərində Əli Həsənova məxsus olduğu söylənilən “köşklər”in yığışdırılmasına da başlanılıb.

Mehriban Əzizqızı
GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY

    “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə ...

    18-02-2018, 21:48

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • Əli Həsənovun camaşırxanası

    Əli Həsənovun camaşırxanası ...

    13-12-2012, 12:40

  • 
  • Əli Həsənovun media və biznes imperiyası

    Əli Həsənovun media və biznes imperiyası ...

    11-12-2012, 12:00

  • 
  • ☰ Menu ​ “Əli Həsənov Azərbaycanın ictimai-siyasi həyatını bərbad hala salıb” – ASLAN İSMAYILOV

    ☰ Menu ​ “Əli Həsənov Azərbaycanın ictimai-siyasi ...

    4-11-2019, 17:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu