Bu günlərdə ixrac yönümlü məhsullarla gündəmdə olan Sumqayıt Texnologiyalar Parkında (STP) yeni maxinasiya aşkarlanıb. AzToday.az-a daxil olan məlumatlara görə, STP-nin Təhcizat departamentinin rəhbəri Çindən külli miqdarda polimer üzlüklü metal alışı həyata keçirib.
Departament daxilində 40-dan çox əməkdaşı olan direktor məhsulların alışını Ukraynanın “Trade” şirkəti vasitəsi ilə həyata keçirib. Nəticədə ölkəyə gələn, istifadəyə verilən metallarda 150 ton civarında əskiklik müəyyən edilib. Bu tip metalların Azərbaycandakı ortalama qiyməti 1200 dollardır. Bu da toplamda 180 min dollar, yəni 306 min manat vəsaitin “yox”a çıxması deməkdir. Məlumata görə, STP-də əvvəllər mis alışında da belə addımlar atılıb. Misi Rusiya, Çin, Afrika kimi ölkələrdən almaq yerinə yerli traderlərdən alan və nəticədə hər tonunda külli miqdarda zərər yaradan təchizat departamentinin Afrikadan təyyarə ilə mis gətirməsi haqqında məlumat paylaşılmışdı. STP-də bu kimi maxinasiyaların təhcizat departamentinin müdiri Seymur Hacıyevin əli ilə həyata keçirildiyi iddia olunur. Əvvəllər “Şahdağ” Hotelin Təsərrüfat müdiri işləmiş Seymur Haciyevin istehsalat sahəsində ümumiyyətlə təcrübəsi olmadığı bildirilir… 306 minlik maxinasiya ilə bağlı STP-nin də mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?