Azərbaycanda səhiyyə sisteminin ciddi problemlər içərisində olduğu bu gün heç kimı sirr deyil. Səhiyyədə sahəsində rüşvətin və korrupsiya hallarının geniş yayılması, istər dövlət, istərsə də özəl tibb mərkəzlərində adi xəstəliklərin müalicəsi üçün yüksək məbləğdə vəsaitin tələb olunması, paralel olaraq tibbi xidmətin keyfiyyətinə diqqətin azalması, müalicə zamanı keyfiyyətsiz dərmanlardan istifadə edilməsi ölkədə vətəndaşların sağlamlığını təhlükədə qoyan faktorlara çevrilib. Əslində bu gün səhiyyədə köklü islahatların aparıldığı görüntüsü yaradılsa,bir çox bölgələrdə yeni tibb ocaqları istifadəyə verilsə də, mövcud problemlər nəinki azalıb, hətta Oqtay Şirəliyevin səyi nəticəsində rüşvət tarifləri bir o qədər də artıb.Oqtay Şirəliyevin səhiyyə sahəsində yeritdiyi kadr siyasəti bu gün nələrdən xəbər verir?
GundemXeber.Az bildirir ki, aktualinfo.org Şəmkir rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş Baş həkim Yusif Quliyevin barəsinədə verilən məlumatlar ətrafında kiçik bir araşdırma aparıb.Qeyd edək ki,əvvəllər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Baş həkimi, daha sonra Bakıdakı 9 saylı poliklinikanın müdiri olmuş Yusif Quliyev cəmi iki il Sabirabad rayon Mərkəzi Xəstəxanasının Baş həkimi işləyib. Elektron kütləvi informasiya vasitələrində yayılan məlumatlarda 2017-2019-cu illərdə sözügedən rayonda Baş həkim işləmiş Yusif Quliyevin barəsində yazılanlara diqqət yetirdikdə onun necə bir kadr olmasını təsəvvur etmək mümkündür.
Mətbuatdakı çoxsaylı şikayətlərdə Sabirabad Mərkəzi Xəstəxanada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi çox aşağı olduğu bildirilir. Yazılanlarda qeyd olunur ki,Baş həkim şöbə müdirlərinin qarşısında konkret tapşırıqlar qoyub. Həmin tapşırıqlar əsasında fəaliyyət göstərən şöbə müdirləri və həkimlər vətəndaşları incidirlər. Həkimlər insanlara maddi vəziyyətinə görə xidmət göstərirlər. Kimin pulu varsa onu az qalırlar ki, başlarının üstündə saxlasınlar. Ancaq kasıb adamların üzünə belə baxmırlar. Xəstəxanada hər addımbaşı vətəndaşlardan “şirinlik” tələb olunur. Həkimlər bura gələn insanlara qiymət oxuyurlar.
Bütün növ analizlər və rentgen müayinəsi üçün sakinlərdən nəsə umulur. Halbuki, dövlət hesabına maliyyələşən səhiyyə ocaqlarında tibbi xidmət pulsuzdur. Məhz bu yarıtmaz xidmətə görədir ki, Sabirabad camaatı rayonda hər cür səhiyyə müəssisələri olduğu halda, qonşu rayonlara, ya da paytaxta üz tuturlar. Bir sözlə, Sabirabad səhiyyəsi çox ağır durumdadır, necə deyərlər, səhiyyənin özünün müalicəyə ehtiyacı var. Ümid edirik ki, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev tezliklə bu məsələyə öz münasibətini bildirəcək və Sabirabad Rayon Mərkəzii Xəstəxanası normal olaraq sabirabadlılara xidmət göstərəcək.
Qeyd edək ki,dövrü mətbuatda Yusif Quliyevin Sabirabad Mərkəzi Xəstəxanasının Dögum şobəsində baş vermiş ölüm hadisəsi və bir çox qanunsuzluqlara görə şöbənin müdiri ilə birgə barələrində Sabirabad rayon Prokurorluğunda cinayət işi açılması barədə xəbərlər də yer alıb.
Sabirabad rayon sakinləri tərəfindən barəsində yuxarı instansiya dövlət orqanlarına olunan çoxsaylı şikayətlərdən sonra,nəhayət Yusif Quliyevin qanunazidd əməllərinə son qoyulub,ölçü götürülüb.Lakin necə? Şəmkir rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunmaqla.Maraqlıdır, haqqında çoxsaylı şikayətlər olunan bir şəxsi yenidən Baş həkim təyin etməkdə Səhiyyə naziri Oqtay Şirəliyevin marağı,məqsədi nə olub? Bəlkə də Oqtay Şirəliyev düşünüb ki,Yusif Quliyev Sabirabaddakı səhvlərindən nəticə çıxarıb, onları Şəmkirdə təkrar etməyəcək?Amma Səhiyyə naziri seçimində yenə yanılıb. Bu təyinatın yanlış olduğunu çox keçməmiş Şəmkirdə Yusif Quliyev bir daha göstərib,Baş həkim kimi özünü doğrulda bilməyib. Belə ki, Şəmkir rayonunda da cəmi 6-7 ay işləməsinə baxmayaraq sakinlər arasında artıq onun Baş həkim kimi fəaliyyətindən ciddi narazılıqlar yarandığı deyilir.Məlumatlara görə ötən həftə,xəstə bir qadınla kobud rəftar etdiyinə görə, elə Şəmkir rayon Mərkəzi Xəstəxanasının qarşısındaca,Baş həkim Yusif Quliyev rayon sakinlərinin biri tərəfindən döyülüb. Hadisə şahidlərinin sözlərinə görə Baş həkimə kömək etmək istəyən sürücüsü də həmin şəxs tərəfindən bir yumruqla yerə sərilib.Döyən şəxsin kimliyi məlum olmasa da sonradan polis tərəfindən saxlanıldığı bildirilir.
Yaxın günlərdə oxuculara hadisənin təfərrüatı barədə səhih məlumat verəcək. Bizi izləyin
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?