GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov vəzifəsini itirəcək-Yeni dövlət qurumu yaradılır

Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov vəzifəsini itirəcək-Yeni dövlət qurumu yaradılır

Tarix: 11-06-2020, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 551
Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov vəzifəsini itirəcək-Yeni dövlət qurumu yaradılır



“Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin bir qurumda birləşdiriləcəyinə qərar verilib

“Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin ləğv edilərək, vahid mərkəzdə birləşdiriləcəyi ilə bağlı məlumatlar heç də yeni deyil... Zaman-zaman ölkə mediasında bu iki dövlət qurumunun paralel mövcudluğunun anlaşılmazlığı ilə bağlı ekspertlərin açıqlamaları tirajlanıb. Mütəxəssislər bir neçə prizmadan bu ASC-lərin birləşdirilməsinin vacibliyini əsaslandırıblar.

İndi isə bu mövzu ilə bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub. Hakim dairələrdən əldə etyimiz məlumata görə artıq bu ASC-lərin birləşdirilməsi ilə bağlı yekun siyasi qərar verilib. Qarşıdakı günlərdə “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin bazasında yeni dövlət qurumunun yaradılması rəsmən elan olunacaq. Yaradılacaq yeni qurumun isə “Azərbaycan Dövlət Meliorasiya və Su Agentliyi” adlanacağı gözlənilir...

Geçikmiş zərurətin səbəbləri

Əslində “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin bu günə qədər mövcudluğunu qoruması anlaşılan deyil...Niyə? Hər iki ASC-nin vəzifə və funksiyalarına nəzər salaq...
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılıb. Əvvəllər isə bunabənzər müxtəlif adlarla fəaliyyətdə olub.

2004-cü ildə yaradılan "Azərsu" Açıq Səhmdar Cəmiyyəti də Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Göründüyü kimi, hər iki qurumun fəaliyyəti funksiyalarında müəyyən müxtəlifliyə rəğmən ölkənin su ehtiyatlarından qidalanıb da, istifadəsi üzərində qurulub... Başqa sözlə hər iki ASC-nin işi de-fakto su əldə edib, satmaqdır.

Ekspertlərə görə bu qurumların birləşdirilməsini zəruri edən digər faktor ölkənin hazırkı maliyyə itisadi durumu ilə bağlıdır. Neftin proqnozlaşdırılmayan bügünkü qiyməti, koronavirus epidemiyası ilə bağlı zəruri xərclər və s. dövlət büdcəsinin əlavə yüklənməsi ilə müşahidə olunmaqdadır. Struktur islahatların davam etdirilməsi hədəfləmiş ölkədə büdcədən heç də az pay götürməyən “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nə seyriçi qalınması mümkünsüzdür. Bu qurumlar de-fakto nazirlik statuslu olmaqla büdcədən maliyyələşir. Hər iki ASC-nin bütün rayonlarda yerli təşkilatları, müxtəlif struktur bölmələri və s. var. Bütün bunlar isə hansısa kənar mənbədən deyil, dövlət büdcəsindən maliyyələşmə deməkdir... Yeni dövlət qurumunun yaradılması isə şübhəsiz ki, bu istiqamətdə dövlətin müəyyən qədər də olsa xərclərinin azalmasına səbəb olacaq.

Birləşməni zəruri və vacib edən növbəti səbəb dünya təcrübəsi və beynəlxalq maliyyə qurumlarının Azərbaycan hökuməti qarşısında tələbləri ola bilər. Beynəlxalq kreditor təşkilatlar daha təkmilləşmiş və bəlli dünya standartlarına uyğun dövlət qurumu ilə işləməyə üstünlük verirlər...

Nəhayət, “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin vahid mərkəzdə birləşdirilməsi korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi kimi problemlər səbəbindən də zəruridir. Ölkə mediasında xüsusi ilə “Azərsu” ASC-də idarəçilikdəki özbaşınalıqdan tutmuş büdcə vəsaitinin yeyilməsinə qədər faktlarla zəngin araşdırma yazılar dərc olunub və olunmaqdadır. Google üzərindən bir axtarış kifayətdir ki, “Azərsu” ASC ilə bağlı saysız tənqidi yazılar sıralansın. Bu yazılarda 16 fevral 2011-ci il tarixdən "Azərsu" ASC-nin sədri vəzifəsini icra edən Qorxmaz Hüseynovun kadr təyinatında qohumbazlığından, yerlibazlığından, dostbazlığından və müxtəlif tenderlər adı ilə dövlətin pulunu mənimsəməsindən bəhs olunur. Bu qurumdan yenixeber.org-a verilən məlumata görə adını “peşəkarlıq” qoyaraq işçilər arasında açıq-aşkar ayrıseçkilik edilməklə, Qorxmaz Hüseynovun qohum-əqrəbasına və dost-tanışlarının adamlarına, eləcədə SOCAR-dan gələnlərə yüksək maaş yazılır. Edilən narazılıqlar isə bumeranq effekti verir... O dərəcədə biabırçı durum yaranıb ki, işçilər öz aralarında bu boyda dövlət strukturunu “Azərsu” yox, “Cəbrayılsu” adlandırıb da, məsxərəyə qoyurlar. Nə isə,... Bu ayrı yazının mövzusudur.

Yeni quruma yeni iddialılar

Əldə etdiyimiz məlumata görə artıq günlərdir ki, hər iki ASC-də söz-söhbətlər, narahatçılıqlar müşahidə olunmaqdadır. Xüsusi ilə müxtəlif idarə rəisləri, vəzifə sahibləri təşvişlərini gizlədə bilmirlər. Birləşmə necə olacaq?, hansı ixtisarlar gözlənilir?...və nəhayət yeni yaradılacaq təşkilatın birinci şəxsi kim olacaq?

Əhməd Əhmədzadənin və Qorxmaz Hüseynovun vəzifəsini itirəcəyi ilə yaradılacaq yenid övlət qurumunun rəhbərliyinə iki iddialı namizəd var...(Bu namizədlərin kimliyi bizə bəlli olsa da, hələlik adlarının açıqlanmasını uyğun bilmirik. İ.S.) Yuxarı dairədən yenixeber.org-a daxil olan məlumatda deyilir ki, birləşdiriləcək hər iki tərəfin öz iddiası, öz namizədi var... Baxmayaraq ki, son söz, qərar dövlət başçısınındır.

Məlumata görə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin yeni yaradılacaq quruma rəhbərliyə öz namizədi var. Hazırda cənab Əhmədzadənin tabeliyində işləyən həmən şəxs iddialı, həm də ümüdlüdür. Ümüdü isə Əhməd Əhmədzadənin siyasi elitadakı nüfuzundan qaynaqlanır...

Qorxmaz Hüseynovun müavini olan digər iddialı isə daha şanslı və real namizəd kimi görünür. Uzun illərdir ki, “Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən bu şəxs daha təcrübəli, işbacaran və nəhayət yuxarı dairələrdə möhtəşəm dayaqları olan birisi kimi tanınır. Onun hakimiyyətdə söz sahibi olan yüksək çinli məmurlarla isti münasibəti haqqında çox danışılır. Hətta o dərəcədə ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-də çoxları onunla maraqlanır, tanışlığa can atırlar. Artıq onun son günlər Əhmədzadənin birinci müavini kimi iş başında olduğunu deyənlər də var(?)

Struktur islahatlardan bir nümunə olacaq “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin birləşdirilməsi gözlənilən və zəruri olduğu kimi, həm də dövlət başçısının siyasi iradə məsələsi sayıla bilər. Bu günə qədər şahidi olduğumuz saysız nümunələr kimi.

İlqar Salmanov (yenixeber.org)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni dövlət qurumu yaradılır

    Azərbaycanda yeni dövlət qurumu yaradılır ...

    5-07-2017, 17:58

  • 
  • Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu bitirir

    Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu ...

    13-10-2014, 16:26

  • 
  • Əsədovun nazirliyinin və Əhmədzadənin qurumun ləğvi gündəmdə - Eksklüziv

    Əsədovun nazirliyinin və Əhmədzadənin qurumun ...

    4-06-2017, 18:08

  • 
  • Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edilib

    Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edilib ...

    6-01-2020, 15:37

  • 
  • Hakimiyyət yeni islahata başlayır, iri ranqlı məmurlar “vurulacaq”

    Hakimiyyət yeni islahata başlayır, iri ranqlı ...

    5-02-2015, 15:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu