Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın 115 min manat qazpulu borcu olduğu ortaya çıxıb və bununla bağlı məhkəməyə müraciət olunub.
Bu barədə “Azəriqaz”dakı mənbə məlumat verib. Bakı Kommersiya Məhkəməsindən də məlumatı təsdiqləyiblər.
Çeşmi Hacıyeva bu yaxınlarda Ağstafaya icra başçısı təyin olunmuş “ingilis bülbülü” Seymur Orucovun həyat yoldaşıdır. Borc icra başçısının ailəsinin biznes fəaliyyətilə əlaqədardır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?