GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Azərsu" ASC-də yoxlamalar olacaq- Həbslər gözlənilir:ARAŞDIRMA

"Azərsu" ASC-də yoxlamalar olacaq- Həbslər gözlənilir:ARAŞDIRMA

Tarix: 19-06-2020, 11:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 653
   "Azərsu" ASC-də yoxlamalar olacaq- Həbslər gözlənilir:ARAŞDIRMA


Kütləvi vətəndaş narazılığı və korrupsiya şübhələri “Azərsu” ASC rəhbərliyini “yetişdirib”

“Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısından bu sitatı təsadüfən xatırlamadıq. Xüsusi ilə son günlər yaşanan içməli su problemi “Azərsu” ASC-ni və sədr Qorxmaz Hüseynovu yenidən tənqid hədəfinə çevirdi. Təkcə paytaxtda deyil, bütövlükdə Abşeron yarımadasında yaşanan su qıtlığı ciddi narazılıqlar və kütləvi aksiyalarla müşahidə olunmaqdadır. Millət vəkilləri, müxtəlif tanınmışlar “Azərsu” rəhbərliyinin ünvanına ən sərt ittihamlar səsləndirməkdədir...

Vəkil Aslan İsmayılovun bu problemlə bağlı açıqlaması isə xüsusi ilə diqqətçəkicidir: “Əgər şəhərdə mövcud olan bütün böyük istirahət ocaqları, iaşə obyektləri, hektarlarla sahələri olan villalara su sayğacla verilərsə əminəm ki, yenə su qıtlığı olmaz. "İnsanlar çox su işlədir" deməklə deyil. İnsanlar işlətdikləri suyun pulunu ödəyirlər, sayğac olan heç bir yerdə heç kim artıq itkiyə yol verməz.

Bir sözlə, bu biabırçılığın bircə səbəbi var, o da KORRUPSİYADIR! Aidiyyatı qurumlar bu cinayətə görə cavab verməlidilər”.

Bulanıq suda itən milyonlar

“Azərsu” ASC-də dövlət vəsaitinin müxtəlif adlar və formalarla yeyilməsi ilə bağlı dövrü mətbuatda mütəmadi yazılmaqdadır. Biz də ötən yazımızda bu mövzuya ötəri toxumuşduq.( Yazı ilə bu linkdə tanış ola bilərsiniz: https://yenixeber.org/manset/95773-ehmed-ehmedzade-ve-qorxmaz-huseynov-vezifesini-itirecek-.html) Google üzərindən bir axtarış kifayətdir ki, “Azərsu” ASC ilə bağlı saysız tənqidi yazılar sıralansın... GundemXeber.Az-ın yenixeber.org-a istinadən məlumatına görə, yaxın günlərdə araşdırmaçı jurnalist Həbib Müntəzir də Qorxmaz Hüseynovun qohum-əqrəbasının şirkətlərini ictimailəşdirmişdir:

“Oğlu Araz Hüseynov "Natural Aqro” MMC şirkətinin rəhbəridir. Həmçinin o "ABLV Bank”ın Bakı ofisi vasitəsilə bir çox Azərbaycan məmurlarının korrupsiyadan əldə etdikləri pulları xaricə daşıyıb.

Qardaşı Məhəmməd Cavanşir oğlu Hüseynov "Sənaye Tikinti-M" MMC-nin təsisçisidir. Bu MMC "Azərsu" üçün 1,5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.

Qaynı Namiq Cidalı oğlu Cəbrayılov "Hidro-İnşaat Servis" və "Hidro-Lotus" MMC-nin təsisçisidir. "Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub.

Türkiyədə də "Lotus" adlı şirkəti var. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz "Hidro-Lotus" MMC-yə tapşırılıb.

Q.Hüseynovun özünün də Bakının Nərimanov rayonunda villası var”.

Bu sadalananlar heç şübhəsiz ki, cənab Hüsenovun bağlılı olan faktların bir hissəsidir, həm də böyük olmayan hissəsi... Yenixeber.org-a daxil olan məlumata görə Qorxmaz Hüseynovun mərhum qardaşı Məhəmməd Hüseynova məxsus "Sənaye Tikinti-M" MMC-nin “Azərsu” ASC ilə əməkdaşlığı Korgöz qəsəbəsinə su xəttinin çəkilişi ilə bitməyib. Bu əməkdaşlıq 2018-ci ildə Sabunçu rayonu ərazisində su-kanalizasiya işlərinin icrası ilə də davam edib. O zaman "Sənaye Tikinti-M" MMC udduğu tenderi subpodratçı kimi iş adamı Valeh Əhmədova verib. (Valeh Əhmədov millət vəkili Vahid Əhmədovun qardaşıdır. Red.) O zaman layihənin icrasında ciddi ləngiləmələr olmuşdu. Yeyinti səbəbindən vəsait çatışmazlığı ilə də bağlı məlumatlar səslənirdi... Bu kimi faktalr “Azərsu” ASC ilə bağlı bir deyil, iki deyil... “Azərsu” ASC-nin tenderlərinin qalibləri sırasına bir nəzər yetirmək yetər...

Qorxmaz Hüseynovun “yeniliklərindən” biri də PEƏKALIQ adı ilə dövlətin pulunun uyğun bilindiyi “Azərsu” əməkdaşlarına maaş əlavəsi olaraq verilməsidir. Nə az-nə çox-15000-20000 manata qədər(?) Məlumata görə bu “yenilik” məlum pandemiya dövründə dondurulub.

Büdcədən vəsait alan qurumlar sırasında “Azərsu” ilk üçlüyü bölüşənlərdəndir. Dövlətin illərdir xəsislik etməyib, milyonlar xərclədiyi bu sahədə nəinki hansısa uğurlar görünür, əksinə bu gün paytaxt və ətraf yaşayış massivləri de-fakto susuzluqdan can verir. Başqa sözlə “Azərsu” ASC ya bilərəkdən, ya da bilməyərəkdən “su üsyanı” yetişdirir.

Digər əhəmiyyətli sayıla biləcək fakt isə Ceyranbatan su anbarına Samur-Abşeron kanalından qəbul olunan və xaric olunan suyun həcmindəki kəskin fərqlə bağlıdır. Təbii itkilər məlum... Amma, əldə etdiyimiz məlumatlar bu məsələdə ciddi araşdırmaları stimullaşdırır. Ortada böyük həcmdə suyun “buxarlanması” və ört-basdır cəhdlərinin varlığı söz konusudur. “Azərsu” tərəfi bu əməliyyatda vacib məqamı-enerji sərfiyyatını- “unudur”. Bu məsələdə “Melorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin mübahisəsi də davam etməkdədir. (Bu faktor başqa yazının mövzusu olacaq.Red.)

Qormaz Hüseynovun 9 ildən artıq fəaliyyəti təkcə dövlət vəsaitinin müəmmalı xərclənməsi və “yeri-göyü qurutması” ilə bitmir. Cənab sədr həm də “Azərsu” ASC-ni qohumbazlıq-dostbazlıq girovuna çevirib. Bəlli qanunlara uyğun olaraq yaxın qohumların dövlət strukturlarında tabeçilik qaydasında işləməsi məhdudlaşdırılıb. Amma görünən odur ki, Qorxmaz müəllim bu qanunları da görməzdən gəlir. Bu istiqamətdə də yenixeber-org-a maraqlı məlumatlar daxil olub. Təkçə iki fakt: Qorxmaz Hüseynovun qardaşı oğlu Hüseynov Eyvaz Məhəmməd oğlu “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi kimi çəkili bir idarənin rəisidir. Bu idarənin nə demək olduğunu daha çox əmi-qardaşoğlu və bu sistemdə işləyənlər bilir. Cənab sədrin digər qohumu Xürrəm Hüseynov isə Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisidir...

Bundan əlavə SOCAR-dan, hərbi sistemdən təqaüdə çıxıb da “Azərsu” ASC-də müxtəlif vəzifə tutan qeyri-peşəkarların olduğu da sədrin “səxavətinin” nəticəsi kimi vurğulanır...

“Azərsu”da “sular durulacaq”

Sadaladığımız və müəyyən səbəblərdən hələlik geniş yaza bilmədiyimiz faktlarla bağlı aidiyyatı dövlət qurumunun yaxın günlərdə “Azərsu” ASC-də yoxlamaya başlayacağı gözlənilir. Əldə etdiyimiz məlumata görə artıq “Azərsu” ASC ilə bağlı yuxarı dairələrdə gərəkən qərar qəbul olunub. Yuxarıda qeyd etdiyimiz kimi, milyonlarla dövlət vəsaitinin xərclənməsinə baxmayaraq kütləvi vətəndaş narazılığından tutmuş korrupsiya şübhəli məlumatlar “Azərsu” ASC rəhbərliyini “yetişdirib”. Aparılacaq yoxlamaların isə sadəcə dövrü yoxlamalar olmayacağı bildirilir. Yaxın günlərdə Hesablama Palatasının KİVDF-də apardığı yoxlamaların hüquq-mühafizə orqanlarına təqdim etdiyinin “Azərsu” ilə bağlı da təkrarlanacağı qaçılmazdır. Beləliklə də “Azərsu”da “suların durulacağı”-Qorxmaz Hüseynov başda olmaqla bəlli səlahiyyət sahiblərinin sorğu-sual olunacağının şahidi olacağıq. Hətta o dərəcədə ki, kütləvi həbslərlə bağlı xəbərlər bir müddət mediada tirajlana bilər...

Yoxlamalar həm də “Azırsu” ASC-nin ləğvolunma prosesinin başlanğıcı olacaq. “Melorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin bir qurumda birləşdiriləcəyi haqqında ötən yazıda məlumat vermişdik. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin də dövlətin su siyasətini icra edəcək yeni quruma veriləcəyi istisna deyil. Bu prosesin cari ilin sentyabr ayınadək yekunlaşacağı proqnozlaşdırılır. Cənab prezidentin çıxışından yazının girişində xatırladığımız sitatdan da göründüyü kimi...
Mövzunun davamı olacaq.

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sakinlər Qorxmaz Hüseynovu istefaya çağırdı

    Sakinlər Qorxmaz Hüseynovu istefaya çağırdı ...

    23-12-2012, 11:35

  • 
  • Dünya Bankının regional direktoru Azərbaycana gəlir

    Dünya Bankının regional direktoru Azərbaycana ...

    11-06-2016, 15:21

  • 
  • Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları

    Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları ...

    30-01-2013, 10:35

  • 
  • Qorxmaz Hüseynovun klan korrupsiyası

    Qorxmaz Hüseynovun klan korrupsiyası ...

    16-04-2015, 12:29

  • 
  • “Azərsu”da maaş böhranı yarandı

    “Azərsu”da maaş böhranı yarandı ...

    2-05-2014, 09:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu