Bir müddət əvvəl Nizaməddin Rzayev sıradan çıxarıldıqdan sonra onun postuna yiyələnən Qorxmaz Hüseynov köhnə həmkarından fərqli olaraq qurumda yeni qaydalara imza atıb. Qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, "Azərsu" ASC-nin rəhbərinin yeni qaydalarından biri onun əmri ilə yerli su idarələrində total islahatlar aparmaqdır. Bildirilir ki, ASC rəhbəri öz adamlarını ətrafına toplamaqda israrlıdır. Məqsəd Qorxmaz Hüseynovun yaxın adamlarının yerli su idarələrində vəzifəyə gətirilməsi proseduru bir sıra maxinasiyaları həyata keçirməkdir. ASC sədri xüsusilə qurumun su və kanalizasiya xətlərinin çəkilişində maxinasiyalar aparır. Adətən “Azərsu” tikinti-quraşdırma işlərinə cəlb olunan özəl şirkətlər tenderlə yox, sorğu ilə seçilir. Podratçılar arasında bəzi şirkətləri “Azərsu” ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları yaradır. Maraqlısı ondan ibarətdir ki, “Azərsu”nun seçdiyi podratçıların əksəriyyəti quruma yeni prezident təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər. Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri də “Azərsu” prezidenti Qorxmaz Hüseynovun qaynına, digər yaxın qohumlarına məxsusdur. Digər məsələ ondan ibarətdir ki, son vaxtlar su ilə bağlı əhali ağır duruma düşüb. Ölkənin əyalətlərində vətəndaşları Qorxmaz Hüseynovun qohum-əqrəbaları sü üzünə həsrət qoyub. Buna baxmayaraq qurum Bakının bütün rayonlarını 24 saat fasiləsiz su ilə təmin edəcəyi ilə bağlı öhdəlik götürüb. Lakin paytaxtın bir sıra rayonlarını çıxmaq şərti ilə digərlərində demək olar ki, ümumiyyətlə su yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?