“Azərsu” ASC-nin prezidenti rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı ciddi maliyyə yeyintilərinə yol verib; onun ən yaxın qohumu bu maxinasiyalarda iştirak edib
“Azərsu” ASC-nin fəaliyyətində yer almış müxtəlif qanun pozuntuları artıq ifşa olunmaqdadır. ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı ciddi maliyyə yeyintilərinə imkan yaradıb.
“Gündəm xəbər”in əldə etdiyi məlumata görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanır.
Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.
Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Namiq Cəbrayılov daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı “Azərsu”da kimsəyə sirr olmayan məsələdir.
Məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdan Prezident Administrasiyasına dosye göndərilib. Dosyedə Qorxmaz Hüseynovun korrupsiya əməliyyatları əks olunub. Hacıqabulda su və kanalizasiya sisteminin tikintisinə 250 milyon manat ayrılıb. Bu layihədə Qorxmaz Hüseynov böyük korrupsiyaya yol verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?