Azərbaycanlı məmurlar hər gün təəccübləndirməyi bacarırlar. Bu dəfə Qəbələnin icra başçısı Səbuhi Abdullayev “orijinal” qadağası ilə gündəmə gəlib.
Gundemxeber.Az bildirir ki, reportyo.info-ya daxil olan xəbərə görə, Qəbələ rayonunda əhalinin bir hissəsi gəzməyə gələn turistlərə gündəlik ev kirayəyə verməklə dolanırlar. Bu yaxınlarda Qəbələnin icra başçısı Səbuhi Abdullayevin evinin ətrafında yaşayan insanlara qonaq qəbul etməyi qadağan etdiyi iddialar yayılıb. O, bu göstərişini COVİD-19 təhlükəsinə qarşı özünün və ailəsinin qorunması ilə “izah” edib. Bu “əmrin” icrasının nəzarəti polislərə tapşırılıb və icra başçısına qonşu olan yerli sakinlər evlərinə turist qəbul etməkdən məhrum olunublar. Görünür, icra başçısı yanında yeni “Operativ Qərargah” yaradılıb və S.Abdullayevin öz karantin qaydaları var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?