GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əli Həsənov qeyr-ciddi adamların müdafiəsində... - Ondan faydalananlar niyə qeybə çəkilib?

Əli Həsənov qeyr-ciddi adamların müdafiəsində... - Ondan faydalananlar niyə qeybə çəkilib?

Tarix: 24-06-2020, 12:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 348
Əli Həsənov qeyr-ciddi adamların müdafiəsində... - Ondan faydalananlar niyə qeybə çəkilib?


Sosial mediada da yazdım: heç kimlə şəxsi məsələm yoxdur,ola bilməz. Jurnalistlərə ev paylanarkən Əli Həsənovun, “Divarları boyamayın, divar kağızlarını cırmayın”- xəbərdarlığının da şəxsən özümlə heç bir əlaqəsi yoxdur (jurnalistlər divarları niyə boyayacaqdı, divar kağızlarını nə üçün cıracaqdı - bunun sirri-xudasını anlamaq üçün Atif Yılmazın çəkdiyi, Şener Şen, Kemal Sunal, Müjde Ar, İlyas Salmanın oynadığı “Kibar Feyzo” filmindəki Maho ağanı və xüsusilə, Feyzonun borc kağızına qol çəkərkən etdiyi xəbərdarlığı xatırlamaq lazımdır).

Hörmətli Sona Vəliyevanın iki şeir kitabını da Türkiyə türkcəsinə mən tərcümə etmişəm, müəllifini ciddi ədəbiyyat insanı saymadığıma görə, tərcüməçi kimi adımı yazmadım (tərcümələr üçün əsla maddi tələbim olmayıb, təfərrüata ehtiyac olsa, onu da oxucularla bölüşərəm. Sona xanımın zəmanənin böyük şairi və ən böyük romançısı kimi xarakterizə edənlərə salyut göndərirəm).

Son yazımda cənab Həsənovun, “keçmişlə bağlı müzakirə aparmağa həvəsim yoxdur”- sözünə “dövlət, dövlət adamlığı” prizmasından baxacağımı bildirmişdim. O sözümü yerinə yetirirəm. Deyəsən, Əli Həsənov “dövlət” məfhumuyla “ədəbiyyat” məfhumunu səhv salır. Elə olmasaydı, 25 il yüksək kreslosunda oturduğu dövlətin etibarını qorumaq və daha da yüksəltmək naminə keçmişlə bağlı danışmağa həvəsinin olması öz yerində, keçmişlə üzləşməyi özü istəməliydi.

“Keçmiş yoxdur, keçmiş olsaydı, nə qəm olardı nə də qüssə” - bunu Nobel mükafatı laureatı Villiam Faulkner deyib. Onun özünün “yaratdığı” əsərlərinin kompozisiyasını da ona görə qurduğu bir zaman məfhumu vardı. Ancaq təkrar edirəm ki, o, bir yazardır, həyatın reallıqlarından istifadə edərək bədii əsər yaradır, zamanla istədiyi kimi rəftar edə, hətta Jean-Paul Sartrenin dediyi kimi, “zamanın başını yerindən qopara bilər”. Dövlətin yüksək kreslosunda oturmuş bir şəxsin “özünün zamanı” ola bilməz, onun, “keçmişi müzakirə etməyə həvəsim yoxdur” - demək lüksü olmamalıdır. “Həvəsim yoxdur”- deyirsə, onda istər-istəməz bu sualları cavablandırması lazım gəlir:

1. Həvəsi niyə yoxdur? Dönüb 25 illik keçmişinə baxanda ürəyi sıxılır, yoxsa öz keçmişində onu utandıracaq şeylər görür? İnsanın öz keçmişi barədə danışmağa niyə həvəsi olmaz? Həvəsi yoxdursa, bunun hansı ciddi səbəbləri var? Cənab Həsənov Azərbaycanın müstəqillik tarixinin adi bir adamı deyil, 25 il ərzində bəzi mühüm sahələri dizayn etmək ona tapşırılıb, xüsusilə, media sahəsində öz işinin öhdəsindən uğurla gəlib. İndi o uğurlu işləri barədə danışmağa niyə həvəsi olmasın?

2. Bir şəxs kimi “keçmişi müzakirə etməyə həvəsi olmaya” bilər, heç kim ondan özəl həyatı barədə heç nə soruşmur, buna heç kimin haqqı da yoxdur. Cənab Həsənov 25 il ərzində gördüyü işlərin doğruluğuna inanırsa, məntiqə görə, o işlər barədə həvəslə danışmalıdır. Çünki söhbət dövlətin həyata keçirdiyi çox mühüm işlərdən gedir, cənab Həsənov o işlərin mühüm tətbiqatçılarından biri olub, o işlər barədə ağız dolusu danışmaq onun haqqı olduğu halda, “həvəssizliyini” səbəb göstərərək, ya həyata keçirdiyi işlərin düzgünlüyünü şübhə altına alır, ya da 25 il yüksək kreslosunda oturduğu dövlətə hörmətsizlik edir.

3. İşin qəribə tərəfi budur ki, dünənə qədər onun ətrafında pərvanə kimi dolaşıb, bir dediyini iki etməyə qətiyyən cəsarəti çatmayan, onun nüfuzundan dəfələrlə istifadə edərək ev, pul, sayt sahibi olmuş, onunla kitab yazmış jurnalist-yazarların əksəriyyəti də bu gün tut yemiş bülbül kimi susurlar. Həsənovun ən yaxın adamına qarşı cinayət məcəlləsinin üç maddəsiylə iş açılıb, o boyda qanunsuzluqları KİVDF-in başında duran adamın təkbaşına və ya özbaşına etməsi mümkün idimi? Bəs o Fondun imkanlarından gen-bol istifadə etmiş jurnalistlər niyə ağızlarına su alıblar? Bəlkə, Əli Həsənovun “keçmişi müzakirə etməyə həvəsinin olmamasının” əsas səbəblərindən biri elə budur? Hardan biləydi ki, dizayn edib qabağında təzim etdirdiyi media bir gün ona “Brut”luq edəcək? Hardan biləydi ki, bir vaxtlar hər cür risk alaraq ev verdiyi qeyri-jurnalistlərin hamısı indi “toz olacaqlar”, onun adı gələndə qulaqlarını tıxayacaqlar?

Bunlar son dərəcə ciddi məsələlərdir, bir vaxtlar qeyri-məhdud səlahiyyətlə media sahəsini, tamamilə nəzarəti altında saxlamış bir adamın indi 2-3 qeyri-ciddi adamın ümidinə qalması, onu “öz keçmişini müzakirə etməyə həvəssiz” edə bilər. Əli Həsənov o adamlara ümid bəsləyirsə, bax, həyatının ən böyük səhvini də elə o nöqtədə edir.

Bir an əvvəl onları meydandan çəkib, 25 il yüksək kreslosunda oturduğu dövlətin naminə, öz adı və şəxsiyyəti naminə keçmişiylə də, bu günüylə də üz-üzə gəlməkdən çəkinməməlidir. Şəxsən mən ona suallar göndərib cavablarını 4 dildə çap etməyə və o cavabları Türkiyə türkcəsində çıxacaq kitabıma daxil etməyə hazıram.

Məncə, son dərəcə demokratik və humanist təklifdir. Əli Həsənova sübut etməyə hazıram ki, ölkəsini ən çox sevən qələm sahibləri iqtidarı obyektiv şəkildə tənqid edənlərdir. 60 yaşlı Həsənovun bunu dərk etməsi özü üçün də, ölkə üçün də çox faydalı və ibrətamiz olacaqdır.
Mayis Əlizadə, Dominant.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İŞİD-ə qarşı ÇİN səddi kimi divar hörülür

    İŞİD-ə qarşı ÇİN səddi kimi divar hörülür ...

    15-01-2015, 23:39

  • 
  • "Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi" — Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

    "Sona Vəliyeva istefa ərizəsilə cənab ...

    17-11-2018, 13:00

  • 
  • Əli Həsənovun həyat yoldaşı MTRŞ üzvlüyündən getdi — FOTO

    Əli Həsənovun həyat yoldaşı MTRŞ üzvlüyündən ...

    16-11-2018, 21:54

  • 
  • Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

    Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb ...

    21-07-2019, 10:56

  • 
  • Mehman Əliyev: “Əli Həsənov dedi ki, niyə namizədliyini vermirsən?”

    Mehman Əliyev: “Əli Həsənov dedi ki, niyə ...

    14-08-2013, 00:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu