“Ötən il iyulun 14-də Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənovla görüşəndə o məndən soruşdu ki, niyə namizədliyini irəli sürmürsən, cavabımda dedim ki, mənim siyasi ambisiyam yoxdur və özümü siyasətdə görmədiyim üçün namizədliyimi vermirəm.” Bunu Avropa.info-ya açıqlamasında Milli Şuranın üzvü, hazırda prezidentliyə maxalifətin vahid namizədi kimi adı hallandırılan Mehman Əliyev deyib.
“Amma bu il keçirdiyimiz görüşdə dedim ki, namizədliyinmi irəli sürərəm, özü də iqtidarla müxalifətin namizədi kimi. O da gülərək bildirdi ki, nə olar, biz də sənə səs verərik. Odur ki, Milli Şuranın vahid namizədi olması məsələsinin mürəkkəbləşdirmək lazım deyil. Bu məsələdə yanaşma bir az fərqli olmalıdır və bu prosesə sadə yanaşmaq lazımdır. Milli Şurada vahid namizəd olmaq məsləsinə gəldikdə isə deyə bilərəm ki, yaxın bir həftə, 10 günə hər şey aydın olacaq. Onda baxarıq. Çünki Milli Şurada əsas diskussiya siyasi partiyalar arsında gedir və mənim də namizədlik məsələm onların qərarından asılı olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?