GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zəlimxan Məmmədlinin siyasi seçimi - ''DURUM YAXŞI DEYİL''

Zəlimxan Məmmədlinin siyasi seçimi - ''DURUM YAXŞI DEYİL''

Tarix: 29-06-2020, 10:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 757
Zəlimxan Məmmədlinin siyasi seçimi - ''DURUM YAXŞI DEYİL''


Bu onun mövqeyidir. Biz də müstəqil media olaraq, Haqq-Ədalət partiyasının İdarə Heyətinin üzvü, Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin mövqeyini olduğu kimi GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik:

''Durum yaxşı deyil

Koronavirus ciddi cəmiyyətləşmə problemlərimizin olmasını çılpaq formada nümayiş etdirdi. İdarəetmədə, siyasi institusional quruluşumuzda, sosial və milli siyasətdə, dövlət büdcəsinə münasibətdə, milli və dövlət təhlükəsizliyində, ümummilli problemlərə münasibətdə, ümumxalq iradəsinin çıxdaş edilməsinin yaratdığı ciddi, hətta ağır, istiqlalımızı təhdid edən problemlərin mövcudluğu ortaya çıxdı.
Prezidentin islahatçı komanda qıtlığı şəraitində islahat anonslarının ardıcıl xarakter almasına baxmayaraq bu sahədə pozitiv dinamika hələ ki, yoxdur. Müxalifət ənənəvi münasibətlər sistemini qorumaqdadır. Birləşib vahid gücə çevrilmə istiqamətində ümid yox dərəcəsindədir. Ard-arda baş verən təxribatlar, Şuşa rəzaləti, Rusiya -Azərbaycan sərhəddində baş verən təxribat, koronavirus pandemiyasının yaratdığı gərginliklər, sosial vəziyyətin sürətlə kritik həddə yaxınlaşması, milli mətbuatın iflic olunması səbəbindən yad qüvvələrin informasiya dominantlığı, hakimiyyət daxili amansız savaş, Rusiyanın imperiya ambisiyaları və hakimiyyətin bu dəhşətli mənzərə qarşısında daha çox seyrçi davranması utancverici olmaqla, qorxuludur.

Təkrar siyasətə qayıdışım

Aktiv siyasi fəaliyyətə qərar verməyim bu acı reallıqlara etirazım və mübarizənin ən ağır, dövlətçiliyimiz üçün təhlükəli olduğu reallığını dərk etməyimlə bağlıdır. Aydınlığı ilə dərk olunur ki, hamının, millətimizin, o cümlədən 11 il ardıcıl əmək qoyduğum “Borçalı Cəmiyyəti”nin, xaricdə məskunlaşmış soydaşlarımızın taleyi ipdən asılı vəziyyəti xatırladır. Azərbaycanda baş alan mənfi tendensiya davamlı olacaqsa, bütün milli dəyələrimiz məhv ola bilər. Bu reallığı dərk etməyim aktiv siyasəti diktə edir.
Siyasi seçimimin rezonans yaratmasını proqnozlaşdırırdım. Çünki, siyasi qüvvələr arasında mövcud olan ənənəvi xətalardan imtina edirdim. Siyasi partiya liderlərinin qarşılıqlı münasibətlərində uyuşmazlıqlar ucbatından ənənəvi müxalifətin elektoral bazası dağılıb, siyasi mübarizədə ideoloji düşüncə lider kaprizlərinin girovuna çevrilmişdir. Qərarım bu kompleksin yaratdığı mənfiliklərdən çıxış yolu olaraq qəbul edilmişdir. Etirazla qarşılanacağı, qeyri müəyyənlik kimi yozulacağı da ehtimal edilən idi. Son dayanacaq yerim KXCP idi. Sıravi üzv idim. O partiyanın qüdrətlənməsi üçün çox əmək verdim. Bu funksioner olaraq vəzifə borcum, eyni zamanda cəbhəçilər qarşısında mənəvi borcum idi. Qeyri-siyasi, qısqanclıq və eqoizmin yaratdığı mühit təəssüf hissi ilə xatırlatdığım anlardır. Xeyli enerji itkisinə məruz qaldıq. Döyüşü açanların isə hərəsinin səsi bir dərədən gəlməkdədir...

Niyə Haqq Ədalət Partiyası, Əli İnsanov?

Son bir-iki ildir ki, siyasətə qayıdacağımla bağlı anonslarım ayrı-ayrı mətbu orqanların arxivində qalmaqdadır. Hətta yeni siyasi partiya yaratmaq haqda fikirlərimi də ictimaiyyətə təqdim etmişdim. İlk reaksiya Əli İnsanovdan, onun çevrəsindən gəldi. Təccüblü olduğu qədər də gözlənilməz təklif idi. Görüşdük. Bir neçə dəfə uzun söhbətlərimizdən sonra gəldiyim qənaət bu oldu ki, Əli müəllim zəngin elmi, siyasi və həyat təcrübəsinə malik yetkin, dövlətçi mövqeyə sahib şəxsiyyətdir. Dünən çalışdığı düşərgənin oyun qaydalarına əməl etmiş, həmin düşərgəyə inanmış, sədaqətli olmuş, məqamında isə despotizmə etiraz etmək cəsarətinə sahib olmuşdur. Və əsassız ittihamlarla 14 il zindan həyatı yaşamağa məhkum edilmişdir. Məhkumluq həyatı onu siyasi cəhətdən daha da mətinləşdirmiş, əyilmədən çıxmış, ilk bəyanatında dövlətimizin, millətimizin taleyinə biganə qalmayacağını bəyan etmiş və siyasi partiya quruculuğuna başlamışdır. Təmiz türkdür. Həm də demokratik dəyərlərin cəmiyyətdə avtoritetliyini təmin etmək əsas hədəflərindəndir. Partiya sol mərkəzçi proqram tutumuna malikdir. Bütün sağlam qüvvələrlə, siyasi-ideoloji fərqliliyindən asılı olmayaraq, həmçinin dünən barışmaz qütblərdə təmsil olunanlarla dövlətçilik, milli maraqlar naminə əməkdaşlığını məqbul hesab edir. Hakimiyyətin despotik mahiyyətini çılpaqlığı ilə duyur, onun fəlsəfəsini dərindən bilir. Dünənki siyasi qarşıdurmada baş verənləri tarixin mühakiməsinə verməyi, qanunun aliliyi və milli-mənəvi dəyərlərin üstün tutulması ilə tənzimlənməsini məqbul hesab edir.
Siyasi keçmişimə ehtiram göstərir, söykəndiyim ideoloji sistemi aparıcı xətt olaraq qəbul edir. Komanda prinsiplərinə hər zaman sadiq qalacağını, insani və siyasi münasibətlərdə ədəb-ərkana əməl olunmasını vacib hesab edir. Azərbaycan adlı bir dövlətin vahidləşməsi, demokratikləşməsi uğrunda mübarizəni bundan sonrakı həyatının ana xətti hesab edir. Bunları niyə sadalayıram. Mənim siyasi keçmişimi bilənlər aydın anlamalıdırlar ki, gəldiyim məkandakı siyasi hədəf eynən bizimkidir, insani, siyasi münasibətlərdə də adət-ənələrimiz mühüm rol oynayacaqdır. Yanaşma tərzi, taktika yenidir, daha rasionaldır. Əsas hədəf, mənim seçimimin məqsədi Azərbaycan davasına yeni çalar vermək, hər kəsin güvənə biləcəyi bir əməkdaşlıq, birlik modelini təqdim etməkdir. Bu model Azərbaycan xalqını qələbəyə, onun iradəsinin hakim olduğu bir müstəviyə daşıyacağına inanıram.

Gələcək gözəl olacaq

İnanıram ki, düşmən mərkəzlərinin körüklədiyi qatı siyasi qütbləşməni milli etimad mühiti ilə əvəzləyə biləcəyik. İnanıram ki, yad düşərgədə, antoqanist qütblərdə bir-biri ilə savaş şəraitində olan qüvvələri dövlətçilik və milli maraqlar naminə bir çətir altında birləşdirə biləcəyik. İnanıram ki, ümidsizləşmə burulğanına salınmaqda olan xalqımızla bu hiylələri dağıda və əl-ələ, kürək-kürəyə yeni mərhələyə, demokratikləşmə mərhələsinə qədəm qoya, dünyanın mütərəqqi cinahının himayəsini qazana biləcəyik. Bu birliyin qırmızı xətti ideoloji təməl və millətimizin və dövlətimizin, var olmağımızın düşmənləridir. Rəhbərliyində təmsil olunduğum Haqq Ədalət Partiyasının qapısı hədəfində dövlət, millət, xalq, demokratiya, azadlıq olan hər kəs – etnik, dini, irqi, siyasi-ideloji kimliyindən asılı olmayaraq hər kəsə açıqdır. Tək nicatımız milli birlikdə, siyasi uzlaşmada, demokratiya və bütövlük uğrunda mübarizədə vahid gücə çevrilməyimizdədir.''

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçibəyin sabiq müavini Əli İnsanovun partiyasına keçdi FOTO

    Elçibəyin sabiq müavini Əli İnsanovun partiyasına ...

    13-06-2020, 20:56

  • 
  • Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan XİN-dən dəstək tələb etdi

    Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan ...

    21-12-2014, 10:44

  • 
  • Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi...

    Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi... ...

    19-12-2014, 00:25

  • 
  • Borçalıların Azərbaycan dərdi

    Borçalıların Azərbaycan dərdi ...

    8-12-2012, 10:33

  • 
  • Əli Həsənov Anar Məmmədlinin həbsindən danışdı

    Əli Həsənov Anar Məmmədlinin həbsindən danışdı ...

    26-12-2013, 11:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu