gundemxeber.az xəbər verir ki, millət vəkili Fazil Mustafa "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə qarşı rəsmi Tiflisin addımlarını yolverilməz hesab etməklə yanaşı Azərbaycan XİN-nin məsələyə biganə qalmamalı olduğunu bildirib:
"Azərbaycan Xarici İşlər Nazirliyi "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması məsələsinə ciddi yanaşmalıdır. Bu işin pərdə arxasında Gürcüstanın maraqlarını düşünən insanlar durmur. Çünki Zəlimxan bəyin fəaliyyəti bu iki toplumun bir-birinə yaxınlaşmasına, azərbaycanlıların Gürcüstan dövlətinin inkişafında fəal rol almasına yönəlmişdir. Bu məsələ ilə bağlı Gürcüstan XİN-nə nota da vermək olar. Kimlərsə oradakı həmvətənlərimizlə ictimai əlaqələr yaradan fədakar insanları təcrid etmək niyyəti güdür və bunun ardınca daha arzuolunmaz addımlar ata bilərlər. Düşündürücüdür ki, bütün erməni separatçılarına Gürcüstanda rəsmi dairələr tərəfindən tam fəaliyyət sərbəstliyi verilmişdir. Zəlimxan Məmmədlinin Gürcüstana sərbəst gedib-gəlməsi təmin olunana qədər dəstəyimizi əsirgəməməliyik."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?