GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır?

“Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır?

Tarix: 29-06-2020, 13:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 519
“Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır?


Azərbaycanda yolların çəkilişinə kifayət qədər dövlət vəsaitinin ayrılmasından heç kim bixəbər deyil.Amma qeyd etmək lazımdı ki,Azərbaycanın yol çəkənləri də elə bilirlər ki,onların gördüyu işlərdən heç kimin xəbəri yoxdu.Keçmiş sovetlər ittifaqı dağıldıqdan sonra uzun müddət baxımsızlıqdan bərbad hala döşmüş rayonlararası,kəndlərarası yolların yenidən qurulması bir tərəfdən əhalinin bixəbər təbəqəsini sevindir,digər tərəfdən isə xəbərdar təbəqəsini ancaq məyus edir. 2001-ci ildən 2015-ci ilə qədər Cavid Qurbanov, 2015-dən sonra isə Saleh Məmmədov şərqindən qərbinə, şimalından cənubuna uzanan yollarında Azərbaycanın sinəsinə yol yox,dağ çəkiblər desək,hardasa yanılmarıq.

Ölkə ərazisində yol çəkilişlərindən mənimsənilən dövlət vəsaitləri barədə dövrü mətbuatda kifayət qədər materillara rast gəlmək olar.Şişirdilmiş rəqəmlərlə çəkilən yolların bir müddət sonra da dağılması,bərbad hala düşməsi barədə də geniş məqalələr yazılıb. Aktualinfo.org-un bu yollardan birinin, Şəki-Qax avmobil yolunun yenidən qurulması zamanı podratçı təşkilat olan “Polat Yol Yapı” şirkəti rəhbərliyinin yerli rayon rəhbərliyi ilə gizli sövdələşmələri nəticəsində külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsi barədə əldə etdiyi məlumatlar da bu qəbildəndir.

Sözügedən məlumatlarda bildirilir ki, 4 noyabr 2015-ci ildə yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında ölkə başçısı İlham Əliyev də iştirak etmişdi. Sabiq Nəqliyyat naziri Ziya Məmmədov yolun açılışı zamanı məlumat vermişdirdir ki, avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanmışdır.İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.

Aktualinfo.org-un apardığı araşdırmalara görə bu yolun çəkilişi respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı bilavasitə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən iri miqyaslı layihələrdən biri olub. Layihənin icrasına 2011-cü ildə başlanılıb və 2015-ci ildə isə başa çatıb. Qeyd edək ki,sifarişçisi artıq ləğv edilmiş Azərbaycan Respublikası Nəqlliyyat Nazirliyinin ona tabeli “Azəryolservis” ASC olan bu layihəni güya Türkiyə şirkəti olan, lakin Goranboy rayonun kəndlərinin birində bir türk vətəndaşının adına yaradılmış “Polat Yol Yapı” şirkəti həyata keçirib.

Layihə 2 hissədən ibarət olub I hissə: Şəki-Qax hissəsi, yolun uzunluğu- 35,0 km; II hissə: Qax-Zaqtala hissəsi, yolun uzunluğu – 28,0 km . Yolun əsas göstəriciləri isə rəsmən belə göstərilir.

Yolun uzunluğu – 35 km,yol 3-cü texniki dərəcəlıdir, yolun eni 12.00 m,hərəkət hissəsinin eni 7m (2×3,5 m), çiyinlərin eni 2×2,5 m-dir,hərəkət zolaqlarının sayı – 2. Yerinə yetirilmiş iş həcmləri torpaq işləri – 1005,7 min m3,əsasın alt layının tikintisi üçün materialın daşınması – 790,5 min m3,əsasın alt layının 25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi – 101,6 min m3,asfalt-beton örtük, 3 laydan ibarət qalınlığı 21 sm,asfalt-beton qarışığı sərf edilmişdir -182,1 min ton,beton bordyurların quraşdırılmışdır – 8000 m,yol üzərində, ümumi uzunluğu 2100 pm olan 21 körpü vardır;

Qeyd edək ki,xaricdən alınmış qrantlar və dövlət büdcəsi hesabına həyata keçirilən bu layihə üzrə yerli sakinlərin verdiyi məlumatlar əsasında apardığımız araşdırmalardan sonra bir sıra ciddi korrupsiya hallarının baş verdiyinin şahidi olduq. Belə ki, AR Nəqliyyat Nazirliyinin sifarişi əsasında həyata keçirilən 35 km uzunluğunda müasir standartlara cavab verən asfalt yolun çəkilişi zamanı smeta-planda qeyd edildiyi kimi, 101,6 min kub.m. əsasın alt layının 25 sm qalınlığında tikinti normalaraına uyğun olaraq qırmadaş qarışığından tikilməsi nəzərdə tutulsa da, bu tikinti materialı əvəzinə yaxınlıqdakı Şin, Gürmük, Qaşqaçay vadilərindən xam daş-çınqıl qarışığı daşınaraq istifadə edilmiş və beləliklə çay yataqları qanunsuz mənimsənilərək ekologiyaya ciddi ziyan vurulmaqla yanaşı yerli tikinti materiallarından istifadə etməklə çox ucuz başa gəlmişdir. Lakin kağız üzərində isə yuyulmuş və xüsusi ölçüdə doğranmış qırmadaş qarışığından istifadə edildiyi sənədləşdirilmişdir.

Digər əsas faktlardan biri də odur ki, ümumi eni 12 m, asfalt-beton örtüyünün isə eninin 8 m olması göstərilməklə, uzunluğu 35000 m olan asfalt yolun qalınlığı 21 sm olan asfalt-beton örütyünün 3-cü qatı ümumiyyətlə vurulmamış, və qeyd edildiyi kimi reallıqda 3-cü texniki dərəcəli deyil, 4-cü texniki dərəcəli olmuşdur. Doğrudur, podratçı təşkilat olan Türkiyənin “Polad Yol Yapı” şirkəti standartlara uyğun olaraq 3-cü asfalt qatını vurmaq istəsə də, yerli rayonun rəhbər məmurları vicdansızcasına buna imkan verməmişlər. Tərəflər bu işin müqabilində yəni, işlənməsi nəzərdə tutulan, qalınlığı 7 sm olmaqla, 280000 kv m. asfalt-beton örtüyü əvəzinə ayrılan milyonlarla manat dövlət vəsaitini mənimsəməklə ağır cinayət törətmişlər.Yəni, konkret desək, təkcə 3-cü asfalt-beton örtüyünün faktiki olaraq çəkilməməsi nəticəsində dövlətin 3.080000 manat vəsaiti mənimsənilmiş və podratçı təşkilatla yerli rayon rəhbərliyi arasında mənimsənilərək görülən işin təhvil verilməsi barədə akt tərtib edilmişdir. Yerində apardığımız monitorinq nəticəsində verilən məlumatlar bir daha təsdiqini tapmışdır. Podratçı şirkət 3 qat asfalt əvəzinə 2 qat asfalt (astar və üz dən ibarət 14 sm qalınlıqda) çəkməklə işlərini bitmiş hesab etmişlər. Belə yolun ömrü isə nəzərdə tutulduğundan az olur və tez dağılır. Nəzərə alsaq ki, Şəki-Qax yolu intensiv yağışlara məruz qalan bir zonadır. Budur, rəsmi açılışdan 5 il keçmişdir və son müşahidələrimizdən məlum olur ki, yolun bir sıra yerlərində çökmələr müşahidə olunur. Müqayisə üçün onu da eyd edək ki, “Polat Yol Yapı” şirkəti Oğuz dairəsindən Zarağan-Qəbələ şəhərinə qədər olan 42 km –lik yolda da asfalt-beton işlərini yüksək keyfiyyətlə yerinə yetirmişlər. Yəni bu zonada şirkət bütün tikinti norma və qaydalarına əməl etməklə işi sonadək yüksək keyfiyyətlə icra edib başa vurmuşdur. Hazırda eyni vaxtda istifdəyə verilmiş bu yolları müqayisə etməyə dəyməz. Oğuz-Qəbələ yolu reallıqda da 3-cü texniki dərəcəli olub Şəki-Qax yoluna nisbətən yüksək keyfiyyətlidir və uzunömürlü olcağı bildirilir.

Qeyd edək ki,yerli rayon sakinləri bu yol çəkilişinin araşdırılması üçün Aktualinfo.org vastəsi ilə Türkiye Cumhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özerala müraciət etdilər.Onlar bildirirlər ki, qardaş ölkənin yol-tikinti şirkəti olan “Polat Yol Yapı” şirkətinin Şəki-Qax magistral yolunun çəkilməsi zamanı yol verdiyi korrupsya əməlləri hər şeydən əvvəl utancverici hərəkətdir və səfirdən burada yol verilmiş nöqsanların Türkiyənin rəsmi qurumlarına məlumat verməyi xahiş edirlər. Sakinlər Prezident İlham Əliyevdən isə, mühüm dövlət və ictimai əhəmiyyət kəsb edən belə bir layihənin həyata keçirilməsində yol verilmiş irimiqyaslı korrupsiya əməllərinin araşdırlması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə göstəriş verməsini xahiş edirlər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı-Sumqayıt yolu bərbad hala düşüb

    Bakı-Sumqayıt yolu bərbad hala düşüb ...

    15-03-2015, 17:48

  • 
  • Ziya Məmmədov Cavid Qurbanova qarşı yazı sifariş etdi

    Ziya Məmmədov Cavid Qurbanova qarşı yazı sifariş ...

    4-05-2014, 11:11

  • 
  • İlham Əliyev Bakıda yolların yenidən qurulmasına pul ayırdı

    İlham Əliyev Bakıda yolların yenidən qurulmasına ...

    9-02-2019, 19:49

  • 
  • Ziya Məmmədov qardaşını işdən çıxardı

    Ziya Məmmədov qardaşını işdən çıxardı ...

    5-02-2014, 14:58

  • 
  • Azərbaycanın şimalından cənubuna gedən yol bağlandı

    Azərbaycanın şimalından cənubuna gedən yol ...

    19-09-2015, 12:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu