GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ziya Məmmədov Cavid Qurbanova qarşı yazı sifariş etdi

Ziya Məmmədov Cavid Qurbanova qarşı yazı sifariş etdi

Tarix: 4-05-2014, 11:11 Bölmə :Siyasət Baxış: 1 366
Ziya Məmmədov Cavid Qurbanova qarşı yazı sifariş etdi
Anar Məmmədovun kurasiyasında olan sayt
“Azəryolservis”in direktoruna qarşı ağır təhqiramiz yazı dərc etdi


Nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis”in şefi Cavid Qurbanov arasında münaqişə artıq açıq müstəviyə keçir. Belə ki, Ziya Məmmədovun oğlu Anar Məmmədovun Media Holdinqinə məxsus sayt C.Qurbanov haqqında olduqca ağır təhqiredici material yayınlayıb. Cavid Qurbanovun qadın düşkünü, içkiyə meyilli şəxs kimi təqdim olunan yazıda övladı barədə də təhqiramiz ifadələrə yer verilib. Maraqlıdır ki, Z.Məmmədov bu tip yazıları özü ilə bağlı olmayan başqa saytlarda yayınlamaq imkanına malik olsa da, oğlunun nəzarətində olan saytda edib. Yazıda Cavid Qurbanovun dövlətin pulunu mənimsəməklə, dövlətə və nəqliyyat nazirinə zərbə vurmaqda suçlanır.
Yazını olduğu kimi təqdim edirik:

Cavid Qurbanovun dağılan, uçan “həyatı”

Son illər Azərbaycanın iqtisadi inkişafını hətta düşmənlər də bəzən etiraf etməyə məcbur olur.
Bu gün Azərbaycanda neft satışından əldə olunan gəlirlər fəal şəkildə qeyri-neft sektorunun inkişafına yatırılır. Ölkə iqtisadiyyatının irəli çəkilməsi baxımından sərmayə qoyuluşu üçün mühüm sahələrdən biri də məhz yol infrastrukturudur.
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, hər il ölkə büdcəsindən yolların çəkilməsi, təmirinə milyonlarla vəsait xərclənir. Əlbəttə, sərf olunan bu qədər vəsaitin qarşılığında bu gün Azərbaycanın yol infrastrukturunun səviyyəsi ən azından Almaniya kimi inkişaf etmiş bir ölkəyə çatmalı idi.

Lakin gəlin təhlil edək, bu, doğurdanmı belədir?

Azərbaycanda yol deyəndə ilk olaraq yada ölkədə yolların çəkilməsinə görə birbaşa cavabdehlik, məsuliyyət daşıyan “Azəryolservis” ASC və onun şefi Cavid Qurbanov yada düşür.
O Cavid Qurbanov ki, Google axtarış sistemində adını yazarkən çox maraqlı yazılarla rastlaşmaq olur: “Cavid Qurbanov üç müğənniyə 150 min pul xərclədi”, “Cavid Qurbanov ölkədən 300 milyon dollar vəsaiti necə çıxardı”, “Cavid Qurbanov çəkiləcək yola ayrılan dövlət vəsaitinin böyük bir hissəsini necə mənimsədi”. Dövlət məmuru üçün əslində çox “maraqlı” bir dosyedir. Dövlət büdcəsindən çəkilişinə külli-miqdarda vəsaitin ayrıldığı yolların bugünkü vəziyyəti ilə tanış olduqda isə yuxarıda sadalanan xəbər başlıqlarının həqiqətdən heç də uzaq olmadığı qənaətinə gəlmək olar. Elə Azərbaycanın Hesablama Palatasının “Azəryolservis” ASC-də apardığı son auditin nəticələri də bunu deməyə əsas verir.
Belə ki, Palatanın məlumatına görə, Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulması, o cümlədən Siyəzən və Qusar Yol İstismar İdarələrinə ayrılan vəsaitlərlə bağlı maliyyə nöqsanları, qanunvericiliyin tələblərinə uyğun olmayan vəsait xərclənmələri aşkarlanıb.
Hesabatda qeyd olunub ki, “Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulması” obyektinin layihə-smeta sənədlərində “Nəzərdə tutulmayan işlər və xərclər” üçün nəzərdə tutulan vəsait görüləcək işlərin siyahısı tərtib edilmədən birbaşa podratçı təşkilata ödənilib.
Eyni zamanda keyfiyyət zəmanəti üzrə son məbləğ yerinə yetirilən tikinti-quraşdırma işlərinin texniki təminat müddətinə və müqavilə şərtlərinə əməl edilmədən podratçıya ödənilib. Körpünün tikintisi başa çatdırılıb istifadə olunsa da, müvafiq qaydada sınaqdan keçirilməyib və istismara qəbul edilməyib. Qusar 7 saylı və Siyəzən 4 saylı Yol İstismar İdarələri tərəfindən qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilməyərək avtomobil yollarının saxlanılması və cari təmiri üzrə yerinə yetirilən işlərə görə tərtib olunan “İşlərin qəbulu haqqında Akt”lar müqavilə qiyməti ilə tərtib olunub, həmin aktlarda təmir aparılan obyektlərin adı və yerləşdiyi ünvanlar, həmçinin yerinə yetirilən işlərin müqavilə qiymətlərinə təsir edən göstəricilər tam göstərilməyib. Yollara və körpülərə mövsümi xidmət göstərilməsi ilə əlaqədar görülməyən bir sıra işlərin arayışa əlavə olunması nəticəsində işlərin dəyərinin artıq hesablanması hallarına yol verilib.
Bu məlumatları araşdırdıqda aydın olur ki, Cavid Qurbanovun rəhbərlik etdiyi qurum dövlət vəsaitlərinin havaya sovrulması istiqamətində fəaliyyətində bir gün də olsun fasilə etmir.
Hər il dövlət büdcəsindən Azərbaycanın Nəqliyyat Nazirliyinə yolların çəkilişi üçün vəsaitlər ayrılır. Bu pullar isə birbaşa yol çəkilişinə cavabdeh olan, bu işləri həyata keçirən “Azəryolservis” ASC-nin balansına köçürülür.
Ortada olan faktlar isə budur ki, Cavid bəyin rəhbərlik etdiyi qurum xalqın pulunu mənimsəməklə həm ölkə iqtisadiyyatına, həm də nəqliyyat naziri Ziya Məmmədova zərbə vurmuş olur. Dövlətin yol çəkilişi üçün ayırdığı vəsaitlərin böyük bir hissəsi mənimsənilərək, Cavid Qurbanovun eyş-işrətinə, pərəstişkarı olduğu müğənnilərə, qadınlara sərf olunur.
Bundan başqa, digər vacib bir məqama diqqət yetirək – yolların bərbad vəziyyətdə çəkilməsi, körpülərin bərbad vəziyyətdə salınması vətəndaşlarımızın həyatına nə qədər təhlükə yaradır! Son vaxtlar mətbuatda ən çox işıqlandırılan xəbərlər məhz elə hansısa bölgədə yeni salınmış körpünün uçması, yeni çəkilmiş yolun təmirə bağlanması ilə bağlıdır.
Və əlbəttə ki, artıq neçə illərdir ki, vətəndaşlarımızı narahat edən bir məsələdən də danışmaq vacibdir. Dəfələrlə müşahidə etmək olar ki, bir müddət əvvəl istismara verilmiş yol qazılaraq, həmin ərazidə kommunikasiya xətlərinin çəkilməsi üçün təmirə bağlanır. Nəticədə dövlət büdcəsindən ayrılmış pullar göyə sovrulur, açılışından bir ay ötmüş yollar yenidən bərbad vəziyyətə düşür. Bunun ilk səbəbini isə məhz elə “Azəryolservis” ASC-nin səriştəsiz rəhbərliyində görmək lazımdır. Digər dövlət qurumları ilə münasibətlərin düzgün nizamlanmaması, hətta belə desək, Cavid Qurbanovun yekəxanalığından irəli gələn saymazlığın nəticəsi olaraq, xalqın, dövlətin büdcəsinin vəsaitləri mənasız yerə sərf olunur, dağıdılır, məhv edilir. Dünyanın istənilən dövlətində, istənilən iqtisadiyyatda əsas mövqeyi məhz yollar tutur. Müxtəlif bölgələrdə müxtəlif zavodlar, sənaye müəssisələri açmaq olar. Lakin onların arasında qan damarı rolunu oynayan yolların olmaması yaxud bərbad vəziyyətdə olması bütün sistemin iflic olmasına gətirib çıxara bilər. Uzağa getmək lazım deyil – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kəlamlarından biri məhz belə səslənir – Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır.

Bəs Cavid Qurbanov bizə necə həyat vəd edir? Dağılmış, uçmaq təhlükəsi ilə üzləşmiş həyat?

Əldə etdiyimiz bəzi məlumatlara görə, Cavid Qurbanov Hesablama Palatasının apardığı son auditdən sonra qorxuya düşüb və əlində olan maliyyə aktivlərini ölkədən çıxartmağa hazırlaşır.
Mənbəmizin bildirdiyinə görə, artıq Cavid Qurbanovun oğlu (Bakının qlamur dairələrində playboy Şamik kimi tanınan) sahibi olduğu “Şarm El Sheykh” restoranını satıb. Əldə etdiyimiz məlumata əsasən, bu restoranın təmirinə 400.000 manat pul xərclənmişdir.
Qeyd edək ki, bu restoran paytaxtın ən məşhur yerlərindən biri sayılır və kifayət qədər yüksək qiymətləri ilə fərqlənir. Dövlət büdcəsindən oğurladığı vəsaitlər barədə aparılan araşdırmalardan qorxuya düşən “Azəryolservis” şefi indiyədək mənimsədiyi külli-miqdarda vəsaitlərin xilası üçün yollar aramağa başlayıb. “Azəryolservis” şefinin özbaşınalıqları haqqında araşdırmalarımız davam edəcək.
Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq...
E.Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki oliqarx məmur arasında pul “razborkası”

    İki oliqarx məmur arasında pul “razborkası” ...

    5-03-2013, 10:24

  • 
  • Cavid Qurbanov Bəylər Əyyubovun komandasında

    Cavid Qurbanov Bəylər Əyyubovun komandasında ...

    18-12-2012, 12:30

  • 
  • Ziya Məmmədovun qardaşı sahibkarları «boğaz»a yığıb

    Ziya Məmmədovun qardaşı sahibkarları «boğaz»a ...

    8-02-2015, 00:23

  • 
  • CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB

    CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB ...

    8-10-2013, 16:36

  • 
  • Cavid Qurbanovun cangüdəninə biabırçı ittiham

    Cavid Qurbanovun cangüdəninə biabırçı ittiham ...

    22-12-2012, 13:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu