78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov bir neçə gündür kütləvi informasiya vasitələrinin diqqətindədir.
Gundemxeber.Az baxar.az-a istinadən xəbər verir ki, vergi əməkdaşlarını döydürməkdə adı keçən İqbal Məmmədovun sosial şəbəkələrdə mülklərinin siyahısı dərc olunmaqdadır. İddialara görə İqbal Məmmədovun mülklərinin siyahısı aşağıdakı kimidir:
1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).
2. “Relax” şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir).
3. Şamaxı rayon, Göylər kəndinin yaxınlığında ferma.
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil.
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?