GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 145 yaşlı MİLLİ MƏTBUATIMIZ

145 yaşlı MİLLİ MƏTBUATIMIZ

Tarix: 22-07-2020, 09:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 328
145 yaşlı MİLLİ MƏTBUATIMIZ


Bu gün Azərbaycan Milli Mətbuatının 145 yaşı tamam olur. Həsən bəy Zərdabinin əsasını qoyduğu, 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının təməl prinsiplərini yazdı və bu gün də tarixi məktəb rolunu oynayır.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Sovet hökuməti dağıldıqdan və Azərbaycan müstəqillik qazandıqdan sonra da milli mətbuat sürətli inkişaf yolu keçdi, müstəqil mətbuat, azad söz imkanı yarandı və “Əkinçi” ənənələri yenə də mayak oldu. Bu gün də mətbuat ictimai rəy yaratmaqda, əhalinin sosial problemlərinin işıqlandırılmasında mühüm rol oynamaqla yanaşı, müxtəlif sahələrdə qərarların qəbuluna təsir edir, dövlətlə vətəndaş arasında körpü rolunu oynayır.

Qeyd edək ki, hər il mətbuatın yaranmasının ildönümü qeyd olunur, 5 ildən bir isə yubiley kimi daha təntənəli şəkildə keçirilir. İlk dəfə müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır.

Hazırda ölkədə koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğundan mətbuatın 145 illiyi ilə bağlı kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Lakin bu ilin 2 iyul tarixində prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Sərəncamda qeyd olundu ki, Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin. Jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan Milli Mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflər bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bu isə o deməkdir ki, Milli Mətbuat günü ərəfəsində həm də jurnalistlərə fəxri adların verilməsi nəzərdə tutulur. Həmçinin tədbirlər il ərzində davam edəcək. Bundan başqa, jurnalistlər üçün nəzərdə tutulan üçüncü binadan mənzillərin paylanması da gözlənilir ki, il ərzində bunun da baş tutması mümkündür.

Bu gün isə əsas tədbirlərdən biri Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun media rəhbərləri ilə onlayn konfransı olacaq. Bundan əlavə, Milli Mətbuat günü ilə bağlı KİVDF-nin keçirdiyi fərdi jurnalist müsabiqəsinin nəticələrinin də açıqlanması gözlənilir.

Milli mətbuatın tarixi ilə bağlı “Yeni Müsavat”a danışan BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli bildirdi ki, “Əkinçi” qəzetinin bu cür mükəmməl keyfiyyətlə yaradılması bizim tarixi şansımız idi: “Azərbaycan mətbuatının yaranması ilə ölkədə sözün həqiqi mənasında keyfiyyətli mətbuat nümunəsi ortaya qoyuldu. Bizim şansımız odur ki, ilk yaranan ”Əkinçi" qəzeti çox yüksək səviyyəli, keyfiyyətli mətbuat orqanı idi və bu günə qədər böyük bir məktəb rolunu oynayıb. Bu mənada “Əkinçi” qəzetinin Azərbaycan mətbuatında xidmətləri çox böyükdür. O qəzetin yaranması ideyasında Mirzə Fətəli Axundov kimi maarifçi, Nəcəf bəy Vəzirov kimi bir insan, Azərbaycan maarifçilik məktəbinin baniləri iştirak ediblər. Bu qəzeti maarifçilik formatında ortaya qoydular. Çünki Rusiya senzurasının qarşısında ancaq bu tipli bir mətbuat yaratmaq olardı. Bu qəzetdə o qədər böyük insanların xidmətləri olub ki, onlar azad mətbuat formatında müstəqilik ideyalarına zəmin yaratdılar. Zərdabi bu gün beynəlxalq mətbuatda mövcud olan ən əsas prinsipləri bu qəzetdə birbaşa ortaya qoymuşdu. İnformasiyanın dəqiq, vicdanlı, balanslı verilməsi prinsiplərini Zərdabi o zaman rəhbər tutmuşdu. Bu qəzet jurnalistikanın ən ciddi qaydalarına əməl edirdi".

C.Məmmədlinin sözlərinə görə, Həsən bəy Zərdabi bu qəzeti tək çap edib, çox çətinliklər yaşayıb: “Qəzetin həm redaktəsini, həm korrekturasını özü edib. Materialların yazılmasına qədər hər bir işi tək gördü. Qəzet yüksək səviyyəyə gəlib çatdıqdan sonra isə öz nəşrini 56-cı nömrədə saxladı. Çünki ermənilər o zaman ”Əkinçi" haqqında elə iftiralar ortaya qoydular ki, onun nəşrini davam etdirmək mümkün olmadı. Zərdabi həm də Azərbaycan mədəniyyətinin teatr istiqamətini gücləndirdi. Qəzet bağlanandan sonra da yeni yaranan mətbuat orqanları “Əkinçi”ni özünə məktəb hesab etdi".

Professor qeyd etdi ki, “Əkinçi”dən sonra yaranan bütün məktəblər onun ideyalarını rəhbər tutub: “Daha sonra ölkədə yeni məktəblər yarandı, Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin Molla Nəsrəddin məktəbi, daha sonra Məhəmməd Əmin Rəsulzadənin yaratdığı məktəb, bunlar hamısı ”Əkinçi" qəzetinin prinsiplərinə söykənərək yaradılıb. Məhz bu tarixi funksiyasına görə “Əkinçi”nin yaranmasının ildönümü Azərbaycan ictimaiyyəti tərəfindən qeyd olunub. Ancaq yubileylərin qeyd olunması Heydər Əliyevin Azərbaycan mətbuatına, onun tarixinə göstərdiyi qayğıdan irəli gəldi. Qəzetin 125 illik yubileyi ərəfəsində prezident sərəncamında bu məsələ əksini tapdı. Prezident İlham Əliyev mətbuatın 130, 135, 140 illik yubileylərini yüksək səviyyədə keçirdi. Mən inanmıram ki, bu gün Azərbaycan mətbuatında kimsə “Əkinçi” prinsiplərinə etinasız yanaşsın. “Əkinçi” jurnalistikanın tarixi məktəbidir və hər zaman həmin məktəbin ənənələrinə, bu məktəbi yaradan ziyalılarımızın yaradıcılıq prinsiplərinə söykənməkdədir".

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür...

    Azərbaycan milli mətbuatının yaranmasından 144 il ...

    22-07-2019, 10:25

  • 
  • Azərbaycanda milli mətbuatın yaranmasından 142 il ötür

    Azərbaycanda milli mətbuatın yaranmasından 142 il ...

    22-07-2017, 13:55

  • 
  • Azərbaycanda Milli Mətbuat günüdür

    Azərbaycanda Milli Mətbuat günüdür ...

    22-07-2013, 09:14

  • 
  • Milli Şuradan mətbuata TƏBRİK

    Milli Şuradan mətbuata TƏBRİK ...

    22-07-2013, 11:39

  • 
  • Əli Həsənov: "Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin çağırışlarına dəstək verir"

    Əli Həsənov: "Azərbaycan jurnalistikası ...

    22-07-2016, 17:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu