GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan “FETÖ”-sünün diplomatları - İLGİNC

Azərbaycan “FETÖ”-sünün diplomatları - İLGİNC

Tarix: 22-07-2020, 14:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 605
Azərbaycan “FETÖ”-sünün diplomatları - İLGİNC


Ramiz Mehdiyev-Əli Həsənov tandeminin rəhbərliyi altında formalaşmış ikibaşlı Azərbaycan FETÖ-sünə bağlı diplomatik çetenin məşhur üzvlərindən biri də hazırda Belarusda Fövqəladə və Səlahiyyətli Səfirimiz olan Lətif Qəndilovdur. Lətif Qəndilov da əksər səfirlər kimi tanınmış ailədən gəlir. Atası mərhum Seyfəddin Qəndilov Azərbaycanın məşhur ziyalılarındandır. Orta nəslin yaxından tanıdığı, tez-tez teleekranlardan dünya və ölkə siyasəti ilə bağlı şərhlərini dinlədiyi Seyfəddin Qəndilovun 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin olunmasıyla oğlu Lətif müəllimin də çırağı yanmağa başlayıb.

Gundemxeber.Az ovqat.com-a istinada bildirir ki, iddialara görə, mərhum Seyfəddin müəllimin Ramiz Mehdiyevlə yaxın dostluq münasibətləri olub. Lətif Qəndilovun da “boz kardinal”ın himayəsi altına girməsində bu dostluq əlaqələri mühüm rol oynayıb.

Lətif Qəndilovu xarakterizə edən hakimiyyətdəki çevrələr onun xasiyyətcə atasından xeyli fərqləndiyi qənaətindədirlər. Seyfəddin Qəndilov ziyalı obrazı ilə tanınsa da, onun oğlunun fikri-zikri maddi mənfəət yanında imiş. Əlindən isə halal iş gəlmirmiş. Məhz bu bir-biriylə uzlaşmayan xüsusiyyətlərini nəzərə alan Ramiz Mehdiyev onu xarici ölkələrə səfir göndərməyə qərar verir.

Maraqlıdır ki, Lətif Qəndilovun diplomatik fəaliyyəti barədə apardığımız araşdırmalar onun 2004-cü ildə bu sahədə ilk addımlarını atmağa başladığını göstərir. Ondan əvvəl isə kim olduğu, harda işlədiyi barədə özünün rəsmi bioqrafiyasında belə heç bir məlumat yoxdur. 2004-cü ildə isə onun 47 yaşı vardı. Məhz 47 yaşında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri ünvanına layiq görülən Lətif Qəndilov elə həmin il Qazaxıstana ölkəmizin ən titullu təmsilçisi vəzifəsinə göndərilir.

Sıfırdan ən yüksək pilləyə bu qeyri-adi sıçrayışa təəccübləndinizmi, deyilmi? Məncə, təəccüblənməyə dəyməz. Azərbaycan elə bir ölkədir ki, 47 yaşında mal həkimi birdən birə özəl universitetlərdən birinin hüquq fakültəsinə girib, hələ tələbə olduğu halda hansısa nazirin müavini təyin olunursa, Lətif Qəndilov niyə harasa səfir kimi göndərilməsin? Söhbət bir də fəvqəladə səfirlikdən gedirsə, müqayisə daha çox yerinə düşür. Çünki mal həkimindən nazir müavininə çevrilən məlum şəxsiyyətin də fövqəladə tərəfləri vardı.

Qısası, fövqəladə sıçrayışla Qazaxıstana səfir təyin olunan Lətif Qəndilov atası vəfat edənədək, yəni 2010-cu ilə qədər bu vəzifədə çalışır. 2010-cu ildə geri çağırılan fövqəladə səfir bir il işsiz qalır. Nə yazıq ki, bu işsizlik müddətinin nəylə bağlı olduğunu müəyyənləşdirə bilmədik. Azərbaycan diplomatik korpusunda nadir şəxslərdəndir ki, Lətif Qəndilovun bioqarifiyası gizli tutulur. Hazırda rəhbərlik etdiyi Azərbaycanın Belarusdakı səfirliyinin rəsmi səhifəsində belə, onun tərcümeyi-halı yazılmayıb. Görünür, üzə tutulası çox şeyi olmadığından cənab səfir öz bioqrafiyasını gizləməyə üstünlük verib.

İddialara inasaq, Lətif Qəndilovun 2010-cu ildə geri çağırılıb bir il ehtiyatda saxlanılması təsadüfi deyil. Bildirildiyinə görə, Qazaxıstandakı fəaliyyətində yol verdiyi ciddi nöqsanlar Lətif Qəndilovu ölkə başçısının gözündən salmış və onun özünü bərpası asan olmamışdı.

2011-ci ildə Ramiz Mehdiyev və Əli Həsənovun israrlı xahişlərini nəzərə alan Prezident İlham Əliyev onun Çinə səfir göndərilməsinə razılıq verir. 5 ildən sonra yenə dipomata yaraşmayan hərəkətlər onun geri qaytarılmasıyla nəticələnir. Yenə araya “5-ci kolon”un hakimiyyətdəki ağsaqqalları girir və o, öz himayədarlarının köməkliyi ilə Belarusa diplomatik görəvə göndərilir. İndiyədək həmin vəzifəni icra edən Lətif Qəndilovun yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələməsi gözlənilir. Bu dəfə isə deyəsən onun xahişini edən tapılmayacaq. Çünki himayədarlarının xahişini edən lazımdır və çətin ki, bu xahişlər işə yaraya.

Əslində bu il 63 yaşına qədəm qoyacaq Lətif müəllimin bundan sonra işə də çox ehtiyacı yoxdur. İndiyədək qazandığı neçə nəsillərə bəs edər. Bununla belə, hakimiyyətdəki qaynaqlar onu heç də yaxşı xarakterizə etmirlər. Kulislərdə onun barəsində deyilir: “Haraya təyin olunsa, Qəndilov orda ölkəmizi və xalqımızı rusvay edib. Nə diplomatik təfəkkürü var, nə də düz-əməlli təcrübəsi. Hamı danışır ki, Qəndilov Çində vaxtını yalnız viza alverinə sərf edirdi. Hər vizanın isə konkret qiyməti vardı – 500 ABŞ dolları. İldə 5-6 min viza satır, yığdığı pulları Ramiz Mehdiyev-Əli Həsənov-Elmar Məmmədyarov üçlüyü arasında paylaşırdı. Nəticədə Çin-Azərbaycan münasibətlərini biabırçı həddə çatdıran Qəndilovu hörmətlə Belarusa göndərirlər. İndi də orda ölkəmizi və xalqımızı biabır etməklə məşğuldur”.

Mehdiyev-Həsənov tandeminin diplomatik korpusda himayə etdiyi digər kadrlardan biri də Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevdir. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunan Şahin Abdullayev ali məktəbi 1982-ci ildə bitirə bilir. Maraqlıdır ki, o, məzun olmamışdan əvvəl, hələ tələbəykən diplomatik fəaliyyətə başlayır. 1981-ci ildən 1984-cü ilə qədər SSRİ-nin Yəmən səfirliyində tərcüməçi kimi işə başlayan Şahin Abdullayevin rus kəşfiyyatına işlədiyi iddia olunur. Məntiqlə də bu iddia inandırıcıdır. Çünki rus kəşfiyyatına cəlb edilmədən heç kimi SSRİ-nin səfirliyinə heç xidmətçi də göndərməzdilər.

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra Şahin Abdullayev yenidən diplomatik fəaliyyətə qayıdır. Bu zamana qədər isə onun Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda işlədiyi qeyd olunur. Ramiz Mehdiyevin dayaqlarının möhkəm olduğu akademiyada işlərkən, “boz kardinal”la münasibətlərini yaxşılaşdıran Şahin Abdullayevin diplomatik sahəyə qayıtmasında bu amilin də xüsusi rolu var. Təsadüfi deyil ki, Ramiz Mehdiyev 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri təyin olunan kimi, Şahin Abdullayev də Misirə səfir göndərilir. O vaxtdan indiyədək ərəb coğrafiyasında səfir təyin olmadığı yer qalmayıb. Hakimiyyət kulislərində bu adam haqqında belə deyirlər: “O artıq 16 ildir ki, köçəri quş kimi ölkədən ölkəyə uçur. Köçəri quşlardan yeganə fərqi isə Şahin Abdullayevin cənubdan şimala yox, qərbdən şərqə uçuşudur. Bir də köçəri quşlar ildə iki dəfə köçürlər. Şahin Abdullayevin isə mövsümi köçləri illərlə davam edir”.

Şahin Abdullayevin də Lətif Qəndilov kimi diplomatik təfəkkürünün olmadığı, uzun illər səfirliklərdə işləsə də tərcüməçilik səviyyəsindən uzaqlaşmadığı qənaəti hakimdir. Azərbaycanın isə diplomatik korpusda tərcüməçiyə yox, əsl səfirə ehtiyacı var. Məhz bu səbəbdən də yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələyəcək səfirlər sırasında Şahin Abdullayevin də adı çəkilir.

Araşdırmalarımız davam edəcək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi oldu

    Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi oldu ...

    12-10-2016, 19:09

  • 
  • Görkəmli Azərbaycan yazıçısı vəfat etdi

    Görkəmli Azərbaycan yazıçısı vəfat etdi ...

    11-01-2015, 21:01

  • 
  • Əbülfəz Elçibəyin yaxın qohumu vəfat etdi

    Əbülfəz Elçibəyin yaxın qohumu vəfat etdi ...

    9-01-2018, 13:47

  • 
  • Azərbaycan Respublikası Prezidentinin Yeni Sərəncamı

    Azərbaycan Respublikası Prezidentinin Yeni ...

    31-01-2015, 20:32

  • 
  • Azərbaycanlı biznesmen və oğlu yol qəzasında öldü -FOTOLAR

    Azərbaycanlı biznesmen və oğlu yol qəzasında öldü ...

    26-12-2017, 00:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu