Rusiyanın Saxalin vilayətində dəhşətli avtomobil qəzasında həlak olan azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.
Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.
C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: "Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır".
***
Rusiyanın Saxalin vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 azərbaycanlı ölüb.
APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, hadisə ötən şənbə günü günorta saatlarında baş verib. Belə ki, azərbaycanlı ata-oğulun içində olduğu “Toyota Kluger” markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. Cənubi Saxalindən Nevelksə hərəkət edən avtomobili oğul idarə edirmiş. Onu yuxu tutduğundan yolun kənarında park vəziyyətində olan avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüblər. Onların şəxsiyyətləri müəyyənləşdirilir.
Azərbaycanlıların meyitləri hazırda Cənubi Saxalindədir və dəfn olunmaq üçün vətənə göndərilmələri üçün hazırlıq görülür. Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.
C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: "Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır"./APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?