GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məhəbbət Vəliyevanın nazir iddiasının gizlinləri: hüquq mühafizə orqanları niyə susur

Məhəbbət Vəliyevanın nazir iddiasının gizlinləri: hüquq mühafizə orqanları niyə susur

Tarix: 25-07-2020, 13:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 526
Məhəbbət Vəliyevanın nazir iddiasının gizlinləri: hüquq mühafizə orqanları niyə susur


Ceyhun Bayramovun Xarici İşlər Naziri təyin olunması ilə faktiki başsız qalan Azərbaycan təhsilinin onsuz da aır olan durumu bir qədər də ağırlaşıb. Düzdür, baş nazirin sərəncamı ilə təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası Firudin Qurbanova tapşırılıb, amma bu rəsmi rəhbər olmaq demək deyil və Ceyhun Bayramovun dövründə belə özünü az qala nazir statusunda aparan şəxslərin hakimiyyəti daha da güclənib. Bu sırada isə xüsusilə diqqət çəkən, təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır. O Məhəbbət Vəliyeva ki,

Prezidentin adından sərəncam

Verilməsində də şübhəli bilinə bilər. Gundemxeber.Az cumhuriyyet.az-a istinadən bildirir ki, Ceyhun Bayramovun yeni posta təyinatından sonra elekton media orqanlarında az qala ildırım sürəti ilə bir “sərəncam” yayıldı.17 iyul 2020-ci il tarixli “Sərəncam”a görə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Respublikasının Təhsil naziri “təyin olundu”. Əlbəttə, iddia oluna bilər ki, təhsil nazirinin müavini kimi M.Vəliyeva bu posta şanslı namizədlərdən biridir və məlum “sərəncam” bu ehtimal əsasında ortaya çıxa bilər. Amma həmin dönəmdə təhsil naziri postuna təyinatla bağlı digər adlar-Professor Ədalət Muradov,prezidentin köməkçi Fərəh Əliyeva,professor Mustafa Babanlı və s. səsləndirilirdi. Bu ehtimallar arasında yalnız M.Vəliyeva ilə bağlı “sərəncam”ın ortaya çıxması təsadüfi ola bilməz. Yayılan xəbərlə bağlı Məhəbbət Vəliyevanın susuqunluq göstərməsi də bu iddianı gücləndirir.
Bütün ehtimalları bir qırağa qoysaq belə, hazrki durumda Prezident adında saxta sərəncam verib sosial şəbəklərdə yayaraq ictimai rəyi formalaşdıraraq hər hansı bir təyinata nail olmaq cəhdidir. Lakin bu əməldə birmənalı şəkildə cinayət tərkibi var və bu sərəncamı hazırlayan və dövriyyəyə ötürən şəxs və şəxslərin dairəsi müəyyənləşdirilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir.

Direktor əməliyyatları

Təhsil sistemində baş verənlərlə bağlı media üzərindən apardığımız araşdırmalara görə, M.Vəliyevanın nazir təyin olunması haqda saxta sərəncamın dövriyyəyə buraxılmasının əsas səbəni onun bir çox şəxslərə verdiyi vədlərlə bağlıdır ki, özünü nazir kimi təqdim etməklə M.Vəliyeva bu vədlərin gerçəkləşəcəyi görüntüsünü yaradır. Bu sırada xüsusilə maraq doğuran məqam 20 saylı orta məktəblə bağlıdır. Belə ki, ölkə mediasında yer alan məlumatlara görə, “mətbuata yaxından tanış olan, təhsillə yaxından-uzaqdan bağlılığı olan şəxslərin yaxşı tanıdığı Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbin direktoru, təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəfiqəsi (əslində qohumu) adlandıran Esmira Ağayeva paytaxtın 20 saylı məktəbini gözaltı edib. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın qohumuna 150 min manat verdiyi də daxil olan məlumatlar sırasındadır. 49 min manata 214 saylı məktəbi E.Ağayevanın nə vəziyyətə saldığı iddia edilirsə 150 min manta 20 saylı məktəbi hansı günə salacağını düşünəndə adam dəhşətə gəlir” Onu da bildirək ki, bu M.Vəliyevanın ilk direktor əməliyyatı deyil. Kimya-biologiya liseyinə direktor təyin olunan Kamran müəllim, 82 saylı məktəbin direktoru Leyla müəllimə, 251 saylı məktəbin direktoru Aygün müəllimə, 32 saylı məktəbin direktoru Sevda müəllimə, 47 saylı məktəbin direktoru Aytən müəllimə, 251 saylı məktəbin direktoru Aygün müəllimə məhz M.Vəliyevanın “yetirmələridir.” Onların vasitəsilə paytaxt məktəblərinin mühüm qismi nəzarət altında saxlanılır. Xatırlatmağa dəyər ki, bir ara KİV-də Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin dorektoru Firəngiz Həsənovanın Məhəbbət Vəliyevanın Bakı şəhər Təhsil Şöbəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilyantla bəzədilmiş qızıl saat hədiyyə etdiyi barədə xəbər dolaşdı. Məqsədimiz həmin məsələlərin üstünə yenidən qayıtmaq deyil. Sadəcə bütün bu iddialara Məhəbbət Vəliyeva tərəfindən rəsmən təkzib verilməməsi böyük şübhələrə yol açır.

Məhəbbət Vəliyeva korrupsiyasının qoşa qanadı

Təhsil sistemindəki mənbələrin bildirdiyinə görə hazırda M.Vəliyevanın “təhsil fəaliyyətinin” qızğın dönəmidir. Belə ki, birinci siniflərə qəbul və müəllimlərin işə qəbulunu nazir müavini kimi M.Vəliyeva öz nəzarətində saxlayıb. Mənbənin sözlərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva birincilər prosesinə, əhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırov isə müəllimlərin işə qəbuluna rəhbərlik edir. Hər iki şəxsin əməliyyatları isə M. Vəliyevanın himayəsi altında həyata keçirilir. Tək bir faktı xatırladaq ki, Bakı şəhərində birinci sinfə qəbul 500-3000 manat arası, müəllimlərin işə qəbulunun isə 10-15 min manat arası dəyişməsi ilə bağlı iddialar var.

M.Vəliyeva haqqında mətbuatda səslənən iddialar kifayət qədər ciddidir. Nəzərə alsaq ki, söhbət dövlət üçün strateji sayılan təhsil sistemindən gedir onda bu məsələnin sıradan bir korrupsiya olmadığını düşünməyə əsass var. Onu da xatırlatmaq yerinə düşər ki, DTX və digər hüquq mühafizə orqanlarının apardığı səs-küylü əməliyyatlar mətbuatın bu kimi iddialarını təsdiqləmiş olub . Demək, Məhəbbət Vəliyevaya da növbə çatacaq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saxta sərəncamlı “Təhsil naziri” Məhəbbət Vəliyeva... - Bu xəbəri kimlər yayıb?

    Saxta sərəncamlı “Təhsil naziri” Məhəbbət ...

    23-07-2020, 15:44

  • 
  • Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin etdi...

    Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin ...

    6-12-2014, 01:45

  • 
  • Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir

    Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir ...

    6-12-2017, 16:28

  • 
  • Məhəbbət Vəliyevanın nazir olma eşqi... - İLGİNC

    Məhəbbət Vəliyevanın nazir olma eşqi... - İLGİNC ...

    17-07-2020, 15:43

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu