Hər ay sabiq nazir müavini Rafiq Bayramova 9500 manat rüşvət verən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb və korrupsiya əməllərini davam etdirir.
Xatırlayırsınızsa, bu ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti korrupsiyaya qarşı mübarizə çərçivəsində Mədəniyyət Nazirliyində keçirtdiyi xüsusi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və xidmət rəisi Zakir Sultanov həbs edildi. Həbs edilən nazir müavini Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərindən qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, və digər sənədlər aşkar edildi. Keçirilən əməliyyat zamanı həbs edilən nazir müavini və xidmət rəisi ilə bağlı yayılan videoçarxda ələ keçirilən dəlil sübutlar içərisində Regional Mədəniyyət İdarə rəislərinin hər ay nazir müavini Rafiq Bayramova verdikləri rüşvət siyahısı da yer alırdı.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb
Videoçarxda görüntülənən siyahıda Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi hər ay nazir müavininə 9500 (doqquz min beş yüz) manat rüşvət verdiyi qeyd edilib. Hətta məlum hadisədən sonra Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədovun işdən çıxarılması üçün ərzisəinin alındığı barədə barədə sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Ancaq Əbülfəz Qarayevin Mədəniyyət naziri vəzifəsindən çıxarılması deyəsən Elman Məmmədovunda işinə yarıyıb. Sosial şəbəkədə yayılan məlumatlarda iddia edilir ki, nazir müavininə hər ay 9500 manat rüşvət verən idarə rəisi özünü heçdə günahkar kimi aparmır.
Obyektiv.info bildirir ki, Facebook sosial şəbəkəsində yayımlanan “Beyləqan Səhifəsi”nin tirajladığı məlumata görə həbs edilən nazir müavinin korrupsiya ortaqlarından biri olan Elman Məmmədov əvvəl kimi korrupsiya fəaliyyətini davam etdirməkdədir. Belə ki, hazırda Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Füzuli, Beyləqan və Xocavənd rayonlarında çalışan musiqi müəllimlərinin artırılmış əmək haqqlarının bir hissəsi yenə də rəisin cibinə gedir. Səhifə qeyd edir ki, bu dəfə Elman Məmmədov işini etibarlı tutaraq, musiqi məktəb direktorlarını və əmək haqqısı artırılmış müəllimləri də özünə ortaq edib. Yəni artırılmış əmək haqqının üçdəbir hissəsi müəllimə, yerdə qalan hissəsi isə direktora və regional rəisə çatır.
“Beyləqan Səhifəsi” həmçinin iddia edir ki, Regional Mədəniyyət İdarəsinin rəisinin həmçinin adı olub özü olmayan işçilərlərin kartını özlərinə versə də, hər ay onların əmək haqqısından 50 manat pul yığır.
İddialarla bağlı Elman Məmmədovun mövqeyini öyrənməyə cəhd eləsək də, cəhdimiz uğursuz oldu. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./ obyektiv.info
Sorğu
Yeni dizaynımız necədir?