GundemXeber.Az "MediaPost"a istinadla xəbər verir ki, Bakı Elektiriktökmə ASC zavodunun keçmiş əməkdaşları zavodun önündə rəhbərliyə etirazını bildirib. Etiraza səbəb isə zavodun keçmiş işçilərinə ödəniş pullarının verilməməsidir.
Aksiya iştirakçıları bildirib ki, Cavid Haşımov sözügedən zavoda rəis təyin olunandan 22 keçmiş əməkdaşın ödənişləri verilmir.
Etiraz edən şəxslər məhkəmədə onların lehinə qərar qəbul olunsa da, 6 ildir icra olunmadığını söyləyiblər.
Zavodun sədr müavini Vidadi Məmmədov etirazçıların qarşına çıxaraq bildirib ki, işçilərin ödənişləri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ödənilib.
Sorğu
Yeni dizaynımız necədir?