Keçmiş Kalinin adına zavod 20 milyon manata özəlləşdirməyə çıxarılıb. Keçmiş Kalinin adına zavodun (indiki Sənayə Avtomatika İstehsalat Birliyi) bu günkü vəziyyəti acınacaqlıdır.
Hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olan keçmiş Kalinin adına zavodun siması tamamilə dəyişib. Belə ki, zavodun boksları, “qaraj” və istehsalat sahələri çayxanalara kirayəyə verilib. Eyni zamanda zavodun əraziləri “moyka” kimi istifadə olunur. Digər tərəfi isə taxta, dəmir sexinə çevrilib. Qısası, zavod demək olar ki, tamamilə ayrı-ayrı şəxslərə kirayəyə verilib.
Maraqlıdır, bu zavodun fəaliyyətini bərpa etməyin mümkünlüyü nə qədər çətin olsa da, onu başdan ayağa çayxanaya, “moyka”ya çevirmək də bir o qədər asan olmamalıdır. Heç şübhəsiz ki, kirayə pullarından əldə olunan vəsait təkcə zavodun formal şəkildə direktor vəzifəsini tutan şəxsin cibinə getmir. Həmçinin zavod direktoru ƏMDK-nin sədri K.Həsənovun razılığı olmadan zavodu çayçılara, ustalara arendaya verə bilməz.
Qeyd edək ki, adıçəkilən zavod 20 milyon manata özəlləşdirməyə çıxarılıb. /bolgexeber.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?