GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR

Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR

Tarix: 17-08-2020, 15:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 993
Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR


Son aylar həm hökumət dairələrində, həm də mediada müzakirə predmetinə çevrilmiş problemlərdən biri də su qıtlığı ilə bağlıdır. Problemin aktuallığı səbəbindəndir ki, şəxsən cənab prezident bu mövzuda dəfələrlə danışmış, narahatlığını bildirmişdir.Dövlət başçısı ötən ay su təsərrüfatının vəziyyətinə dair videokonfrans keçirmiş və su itkisini xüsusi ilə qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.

Eyni zamanda bu istiqamətdə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir-Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə dövlət komissiyasının yaradılması da problemin ciddiliyini stimullaşdıran faktor oldu... Sayqılı oxucularımıza da bəlli olduğu kimi, bu mövzuda ilk yazılardan biri də yenixeber.org-da yer aldı: (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/95773-ehmed-ehmedzade-ve-qorxmaz-huseynov-vezifesini-itirecek-.html)

Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR


Bu aralar siyasi kluarlarda dolanan söz-söhbətlərdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC ilə “Azərsu” ASC-nin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin bir qurumda birləşdiriləcəyi və rəhbərliyə yeni simanın gətiriləcəyi ilə bağlıdır. Hələlik nə adı, nə özü olmayan quruma rəhbərlik iddiasında olanlar sırasında isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun da adı hallanır...

Kimdir Rafiq Aslanov?

Bu mövzuda yenidən yazmağımızın səbəbləri haqqında az sonra. İndilik isə Rafiq Aslanovun kimliyi haqqında... Vikipediya məlumatlarına görə cənab Aslanov 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin aparatında bir sıra idarə və şöbələrdə müxtəlif vəzifələrdə işləyib.

1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışmışdır.

2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Əmək fəaliyyətini Meliorasiya və Su Təsərrüfatı ilə bağlayıb, sədr müavini postuna qədər yüksələn Rafiq Aslanovun himayədarı kimi isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin adı hallanır. Məlumata görə Əhməd müəllim bu illər ərzində ona böyük etimad göstərmiş, obrazlı desək “qanadı altında qoruyub, saxlayıb”. Elə yaradılması gözlənilən yeni quruma Rafiq Aslanovun rəhbərliyə namizədliyinin də Əhməd Əhmədzadə tərəfindən irəli sürüldüyü bildirilir...

Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov mediaya “yad simalar” sırasında yer alan məmurlardan sayıla bilər. 14 ildir ki, de-fakto nazir müavini statuslu vəzifə daşımasına baxmayaraq onun adına ölkə mediasında ya rast olunmur, ya da az rast olunur. Daha doğrusu az rast olunurdu...Ötən həftəaraşdırmaçı jurnalist Cavanşir Həsənlinin FB səhifəsindəki məlum paylaşımı həm ölkə mediasının, həm də ictimaiyyəyyətin diqqətini Rafiq Aslanova fokuslaşdıra bildi.

Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası üzə çıxıb

Bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Jurnalist bildirib ki, Avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır”.

Jurnalist daha sonra əlavə edir ki, son dövrlər Azərbaycanda yaranmış su problemi Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini gündəmə gətirib. Problemlər bu sahəyə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini göstərir”

***
Rafiq Aslanovun adının hallandığı digər məlumat isə işdə yol verdiyi qohumbazlıqla bağlıdır. Söhbət şəxsən Aslanovun təşəbbüsü ilə bacısı oğlu İlqar Əliyevin Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə gətirilməsi və himayə olunmasından gedir. Bir müddət əvvəl mediada yer alan yazıda İlqar Əliyevin qanun tanımazlığından bəhs olunur:

“Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev tabeçiliyində çalışan işçilərə məcburi işdən çıxmaları üçün ərizə yazdırır.

Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR


Bu barədə adıçəkilən strukturda çalışan vətəndaşlar bildirib.

Onların sözlərinə görə, İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin maliyyə məsələləri üzrə Rafiq Aslanovun bacısı oğlu olduğundan, özünü cəzasızlıq mühitində hiss edir: “Bir neçə aydır ki, bu vəzifəyə təyinat alıb. Adam özünü özəl müəssisə rəhbəri kimi aparır. Xəstə övladı olan süpürgəçi qadını belə işdən çıxarır. Açıq şəkildə dayısına güvənir. Bizim Əhməd Əhmədzadədən heç bir narazılığımız yoxdur. O, insanları heç zaman incitmir. İlqar Əliyevdən əvvəlki rəhbərlər də normal insanlar olub. Bu adam özünü nə sayır, biz bilmirik. İşə təyin olunandan sonra büdcə hesabına özünün iş otağını təmir etdirdi. İş otağına bitişik hamam düzəltdirib. Ayrıca istirahət otağı yaradıb”.

İlqar Əliyevlə bağlı işdən azad olunan şəxslərin müraciətindən sonra qısa araşdırma apardıq. Məlum oldu ki, onun qanunsuz əməlləri bununla da bitməyib. O, fəaliyyətində ciddi korrupsiya əməllərinə yol verir.

Belə ki, o, idarənin balansında olan reys üzərində hərəkət edən kranı yararsız kimi sənədləşdirərək, satıb.

Halbuki, həmin kranın mövcud dəyəri 1 milyon manata yaxındır. Onun yararsız olması üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq strukturlarının rəyi və razılığı olmalıdır ki, o metal kimi satılsın.

İlqar Əliyev öz iş otağının mebelinə 40.000 manata yaxın vəsait qoyub. Ortada böyük vəsaitlər silinir”.(gununsesi.org)

Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR


Qubadan Londonadək uzanan biznes şəbəkəsi

Maraqlıdır ki, ictimailəşən bu faktlarla bağlı qarşı tərəfdən heç bir reaksiya müşahidə olunmayıb, təkzib edilməyib(?) Susmağın razılıq əlaməti olduğunu qəbul etsək, onda yazılanların həqiqət olduğu anlaşılır.

Amma,...bu da hamısı deyil. Oğlunun avtomobil kolleksiyası ilə bağlı paylaşımdan sonra Rafiq Aslanovla bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub. Məlumatlarda Rafiq Aslanovun Əhmədzadənin etimadını necə doğrultmasından, vəzifəsindən sui-istifadə hallarından, Qubadan Londonadək uzanan biznesindən və s. bəhs olunur.

Məlumata görə Rafiq müəllimin iki oğluna atalıq qayğısı yuxarıda bəhs olunan bahalı avtomobillərlə yekunlaşmır. Qardaşlar brend avtomobillərini İngiltərənin paytaxtı Londondakı mənzilləri və paytaxtətrafı ərazidə yerləşən villaları ilə tamamlayırlar...

Quba rayonunda- Ağçay çayının kənarında-100 ha meyvə bağında qazılmış subartezian quyularının, çay sahilində bəndbərkitmə işlərinin hansı vəsaitlə və kimlərin vasitəsi ilə icrası da araşdırılması vacib olan faktorlardır. Qubanın məşhur Qəçrəş kəndində açılışa hazır olan böyük istirahət kompleksi, paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli yeni bina və s. də “suvarma suları qoxuyur”...

Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR


Mövzunun davamı olacaq.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Büdcəni su kimi sümürüb ''40-dan 25%-ə endirən'' Rafiq Aslanov kimdir? - FOTO/FAKT

    Büdcəni su kimi sümürüb ''40-dan 25%-ə endirən'' ...

    12-08-2020, 23:59

  • 
  • Prezident xəbərdarlıq etdi: “Hər kəs nəticə çıxarsın”

    Prezident xəbərdarlıq etdi: “Hər kəs nəticə ...

    24-07-2020, 08:42

  • 
  • Vüqar Səfərlinin pulsilmə layihələrindən...-Dövlətin pulu belə xərclənib

    Vüqar Səfərlinin pulsilmə ...

    27-04-2020, 12:37

  • 
  • Sədr müavini: "Ən böyük problemlərdən biri vakant vəzifələrin təqdim edilməməsi idi"

    Sədr müavini: "Ən böyük problemlərdən biri ...

    14-02-2017, 11:42

  • 
  • Millət vəkili: "Şahin Mustafayevin baş verənlərdən bir anlayışı varmı?"

    Millət vəkili: "Şahin Mustafayevin baş ...

    23-02-2016, 16:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu