GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Həsənovun həbsinin bir ucu Şeyxülislama qədər uzana bilər - İDDİA

Eldar Həsənovun həbsinin bir ucu Şeyxülislama qədər uzana bilər - İDDİA

Tarix: 20-08-2020, 12:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 716
Eldar Həsənovun həbsinin bir ucu Şeyxülislama qədər uzana bilər - İDDİA


Azərbaycan tarixindən məlumatı olanlara, o cümlədən son illər və bu günün özündə baş verən siyasi prosesləri incələyib normal məntiqi nəticə çıxarmağı bacaranlara bəllidir ki, Rusiyanın başlıca məqsədlərindən biri ölkəmizi yenidən istila etməkdir. Aydın şəkildə görünür ki, Kreml Azərbaycanla bağlı planlarını reallaşdırmaq üçün əlverişli məqam gözləyir. O da məlumdur ki, hazırda bu işdə Moskvaya cani-könüldən yardım edənlər var və onlar Azərbaycanda müxtəlif vəzifələrdə, kritik postlarda, eyni zamanda siyasi səhnədə təmsil olunurlar. Bəli, söhbət ölkə başçısının da çıxışlarında dəfələrlə qeyd etdiyi “5-ci kalon”dan gedir.

İndiyədək Eldar Həsənovun adı bir çox qalmaqallı və ölkənin maraqlarına zidd olan məsələlərdə hallanıb

Qəti əminliklə demək olar ki, “5-ci kalon”un nümayəndələrinin əsas missiyası nəyin bahasına olursa-olsun Azərbaycanda Rusiyanın təsirini gücləndirmək, daxili və xarici siyasətdə Kremlin maraqlarının təmin olunmasına çalışmaq, bir sözlə, ölkəmizi yenidən Moskvadan asılı vəziyyətə salmaq və sonda bizə Rusiyanın vassallığını qəbul etdirməkdir. “5-ci kalon”un nümayəndələri bunun üçün müxtəlif yollara baş vurublar və hələ də Azərbaycanın milli maraqlarına təhlükə yaradan biləcək müəyyən gedişlər edirlər. “Milyarderlər ittifaqı”nın yaradılması, müxalifətdə təmsil olunan ruskafalıların maliyyələşdirilməsi, ölkədə rus dilini az qala dövlət dili səviyyəsinə çatdırmağa çalışmaq, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv etməyə təhrik etmək və s. addımlar deyilənlərin bariz sübutu kimi dəyərləndirilməlidir. Söz yox ki, rəsmi Bakı bütün bunlardan məlumatlıdır və bu səbəbdən də Rusiyadan gələn mümkün təhlükələrin qarşısının alınması məqsədiylə qardaş Türkiyə ilə daha sıcaq ilişkilərin qurulması istiqamətində ciddi addımlar atılır. Bu isə Kremli qıcıqlandırmaya bilməz. Elə bu səbəbdən də Moskva Azərbaycandakı əlaltıları vasitəsiylə bir neçə dəfə dövlət çevrilişi planı hazırlayıb və xoşbəxtlikdən hər dəfəsində də iflasa uğrayıb. Mətbuatda yer alan informasiyaya görə, sonuncu belə cəhd Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri, bugünlərdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində tutulan Eldar Həsənovun iştirakı ilə baş tutmalı idi. Düzdür, hələlik sabiq səfir ancaq xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsində şübhəli bilinsə də, ehtimallar var ki, onun həbsinin əsas səbəbi məhz dövlət çevrilişinə cəhddə aktiv iştirak etməsidir. Qeyd edək ki, bu barədə “BBC News Azərbaycanca”ya müsahibə verən tanınmış hüquqşünas Aslan İsmayılov Eldar Həsənovun həbsinin səbəbini “daha dərin qatlarda” görür və onun sözlərinə görə, səfirin saxlanması ölkə içində baş verə biləcək qarşıdurmalarla bağlı ola bilər.

Hüquqşünasın da vurğuladığı kimi, bu, sıradan bir həbs deyil. Çünki indiyədək Eldar Həsənovun adı bir çox qalmaqallı və ölkənin maraqlarına zidd olan məsələlərdə hallanıb. Belə ki, mətbuatda onun xaricdəki mühacirləri maliyyələşdirməsi, Rusiyaya xidmət edən “5-ci kalon”un nümayəndəsi olması, Serbiyadan Ermənistana silah-sursat satışında dolayısı ilə iştirakına dair çox ciddi ittihamlar yer alıb. Musavat.com-un iddiasına görə, Eldar Həsənovu Serbiyadan Ermənistana silah-sursat satışına pul qazanmaq ehtirası sövq edib. Yəqin ki, aidiyyatı qurumlar bu məsələ ilə bağlı da sabiq səfiri sorğu-sual edəcək.

Deyilənlər təsdiqini taparsa, o zaman sabiq səfirin və onunla birlikdə hərəkət edən “yoldaş”larının durumu heç də yaxşı olmayacaq

Bu arada, onu da nəzərinizə çatdıraq ki, bir müddət öncə aztoday.az-da yer alan məlumatda deyilir ki, Kremlin Azərbaycan hakimiyyətinə qarşı əsas alternativlərindən biri və bəlkə də birincisi Eldar Həsənovdur. Saytın iddiasına görə, Rusiyanın Azərbaycandakı əsas dayaq nöqtələrindən biri olan Eldar Həsənov Kremlin bir çox aparıcı siyasətçiləriylə – baş nazirin keçmiş müavin, 2013-cü ildə Rusiyanın rəsmi Bakıya qarşı əsas təzyiq aləti olan “milyarderlər ittifaqı”nın üzdə görünən lideri Abbas Abbasovla və Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovla – çox yaxın biznes və siyasi əlaqələrə malikdir. Və bu adamın məhz Rusiya üçün çox strateji önəmə sahib olan Balkan ölkələrinin demək olar ki, hamısında birdən səfir olması heç də təsadüfi deyil: “Bəzi iddialara əsasən isə Eldar Həsənov Balkan ölkələrində Azərbaycanın maraqlarından daha çox Rusiyanın maraqları üçün çalışmaqdadır”. Qeyd edək ki, təxminən, eyni iddialarla hələ bir neçə il öncə dia.az saytı da çıxış edib. Eldar Həsənov həmin yazıda da Rusiyanın adamı kimi təqdim olunub və hakimiyyət içindəki rusiyameyilli qüvvələrin sabiq səfirin təbliğatı ilə məşğul olduqları vurğulanıb.

Başqa bir informasiyada isə deyilir ki, Eldar Həsənov Rusiya iqtidarında kifayət qədər söz sahibi olan qüvvələrə bağlı olduğundan Kreml onu dövlət çevrilişindən sonra Azərbaycanın prezidenti kreslosunda görməyi planlaşdırıb. Söz yox ki, əgər deyilənlər öz təsdiqini taparsa, o zaman sabiq səfirin durumu heç də yaxşı olmayacaq. Adətən, bu cür hallarda ittiham olunan şəxs vəziyyətinin bir qədər də olsa, yüngülləşdirilməsi üçün istintaqla əməkdaşlığa gedir və birlikdə hərəkət etdiyi “yoldaş”larını qurban verməkdən çəkinmir.

Məsələyə bu prizmadan yanaşsaq, o zaman güman etmək olar ki, bu iş ancaq Eldar Həsənovun həbsi ilə yekunlaşan deyil. Yəni onun ortaqları da müttəhimlər kürsüsündə əyləşə bilər. Belə ki, səsləndirilən iddialara görə, həbs dağlası ölkədəki Rusiyameyilli digər şəxsləri də ağuşuna alacaq. Həmin şəxslərin kimliyi ilə bağlı son günlər müxtəlif media orqanlarında yetərincə informasiya yayılıb. Odur ki, təkrarçılığa varmadan, bu barədə əldə olunan yeni bilgiləri diqqətinizə çatdırmaq istərdik.

Qeyd olunur ki, Eldar Həsənovun həbsinin bir ucu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə qədər uzana bilər. Çünki Qafqaz müsəlmanlarının 12-ci şeyxülislamı, 1980-ci ildən QMİ-yə rəhbərlik edən Allahşükür Paşazadə müxtəlif kütləvi informasiya vasitələrində Rusiyaya bağlı adam kimi təqdim olunub. Hətta onun Rusiyanın bir sıra rəsmi dövlət qurumları ilə sıx əməkdaşlıqda olduğu da yayılan məlumatlar sırasındadır. Misal üçün nəzərinizə çatdıraq ki, Milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bir müddən əvvəl modern.az saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədrini açıq şəkildə “KQB”nin agenti adlandırıb. Partiya sədri həmçinin, Allahşükür Paşazadənin bütün həyatı boyu sovet imperiyasına, onun allahsız ideologiyasına xidmət etdiyini bildirib.

Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda QMİ sədrinin Rusiyaya bağlı olmasına dair mətbuatda məlumatlar gedib və bu tip bəyanatları səsləndirən şəxslərin əksəriyyəti siyasi arenada yetərincə nüfuz sahibi olanlardır. Beləliklə, son zamanlar Azərbaycan iqtidarının Rusiyanın təsirindən yaxa qurtarmağa çalışdığını, mərhələli şəkildə “5-ci kalon”un nümayəndələrini zərərsizləşdirdiyini, Kremlin hakimiyyətin müxtəlif qollarına yerləşdirdiyi casuslarını ifşa etdiyi nəzərə alsaq, ehtimal etmək olar ki, Moskva ilə kifayət qədər sıcaq ilişkilərdə olduğu iddia edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri də başladılan təmizləmə kampaniyasında əsas hədəflərdən biridir. Hələlik isə gözləyək, görək prosesin sonu hara gedir./“Hürriyyət”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Həsənovun qardaşının adı səs-küylü cinayət işində

    Eldar Həsənovun qardaşının adı səs-küylü cinayət ...

    13-10-2014, 15:09

  • 
  • Eldar Həsənovun vəzifə iddiaları

    Eldar Həsənovun vəzifə iddiaları ...

    16-05-2013, 16:49

  • 
  • İsa Nəcəfovun filmində Eldar Həsənov obrazı– (Video)

    İsa Nəcəfovun filmində Eldar Həsənov obrazı– ...

    14-08-2013, 17:39

  • 
  • “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” – ELÇİN ŞIXLI

    “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” ...

    11-09-2017, 17:27

  • 
  • Türkiyədən şok xəbərdarlıq; “Azərbaycanda siyasi qətllər gözlənilir”

    Türkiyədən şok xəbərdarlıq; “Azərbaycanda siyasi ...

    7-12-2012, 17:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu