Azərbaycanda vəziyyətin qarışa biləcəyi barədə Ankaradan Bakıya ciddi xəbərdarlıq edilib. Gunxeber.com-a bu barədə Türkiyə hakimiyyətinə çox yaxın dairələrdən məlumat verilib.
Ankaranın xəbərdarlığında prezident seçkiləri ərəfəsində ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrin çox ciddi hadisələr törədə biləcəyi barədə məlumatların olduğu bildirilib. Bu xəbərdarlıq belə ifadə olunub: “Prezident seçkiləri ərəfəsində Azərbaycanda siyasi qətllər gözlənilir. Rusiyadan diqqətli olun”.
Bu barədə danışan mənbə deyib ki, son vaxtlar Azərbaycanla Türkiyənin münasibətlərinin yenidən yaxşılaşmağa doğru getməsi, TANAP layihəsi, başqa projelər, ARDNŞ-in ən böyük yatırımı Türkiyəyə qoyması, Azərbaycan və Türkiyənin müəyyən addımlarının Avropanın Rusiyanın enerji asılıığından qurtarmasına kömək etməsi Moskvanı bərk qəzəbləndirib. Bundan başqa ortada digər ciddi məsələlərdə var və buna görə də Rusiya Azərbaycana çox ciddi dərs verməyə hazırlaşır.
Məlumatda bildirilir ki, Ankaranın Azərbaycana etdiyi xəbərdarlıqdakı bilgilər çox səhihdi və bu məsələ Türkiyədə ən üst düzeydə müzakirə olunduqdan sonra Bakıya çatdırılıb.
Xəbərdarlıqda hətta Azərbaycanda nəzərdə tutulan siyasi qətllərin gerçəkləşdirilməsində “Sadval”dan istifadə olunacağı da öz əksini tapıb. Xəbbərdarlıqdakı bu məqamla bağlı həm də Türkiyədəki çox ciddi bir strateji araşdırmalar mərkəzinin də ayrıca məlumatı var.
Qeyd edək ki, həqiqətən də son aylar Azərbaycanla Rusiya arasında münasibətlər çox soyuyub və ortada bir gərginlik var. Bir müddət öncə də yazdığımız kimi, hətta vəziyyət o yerə çatıb ki, hakimiyyətə yaxın dairələr tərəfindən “Rusiyanın 2013 planı” kimi ifadələr səsləndirilir. Buna görə də Ankaranın xəbərdarlığı olmadan da Rusiyanın burada nələrsə edəcəyini düşünmək olar.
Qeyd edək ki, Ankaranın xəbərdarlığında adı keçən və Azərbaycanda bir sıra terror aktları törətmiş “Sadval” təşkilatı bu ilin sentyabrda Mahaçqalada yenidən təsis edilib. Bu təşkilatın əsas fəaliyyəti Azərbaycanda separatizmə və bölücülüyə yönəlib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?