22 Avqust Milli Azadlıq Hərəkatının lideri, ilk dəfə demokratik yolla prezident seçilmiş eks Prezident Əbülfəz Elçibəyin haqqa qovuşmasının 20 illiyidir.
Əbülfəz Elçibəy bütün ömrünü Azərbaycanın istiqlalı, demokratikləşməsi və Türk dünyasının birliyinə həsr etmiş, M.Ə.Rəsulzadə ideya siyasi xəttinə istinad edən islahatçı lider olaraq Azərbaycan tarixində daim ehtiramla yad ediləcək şəxsiyyətdir.
Öz adımızdan və rəhbərlik etdiyimiz HƏP-in bütün üzvləri adından bildiririk ki, Əbülfəz Elçibəyin əziz xatirəsini hər zaman əziz tutacaq, onun ideyalarının həyata keçməsinə, Azərbaycanın demokratikləşməsi, bütövləşməsi, Türk Dünyasının birliyi istiqamətində başladığımiz işi qələbəyə qədər davam etdirəcəyik. Ruhu şad olsun.
Hörmətlə, HƏP sədri Əli İnsanov və HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?