Uzun müddətdir ki, Bakı Şəhər İcra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan və hazırda Nəzarət-təftiş şöbəsinin müdiri işləyən Zülfəli İsmayılovun adı mediada ancaq və ancaq QARA hərflərlə yazılır.
Bu adamın haqqında ölkə mediasında bircə cümlə də olsun müsbət fikirə rast gəlmək olmur. Ancaq evləri uçuran, tikililəri dağıdan və buna görə “buldozer” ləqəbi alan Zülfəli müəllim Bakının tikinti kralıdır. Harda qanunsuz tikili, ev, obyekt varsa, Zülfəli İsmayılov özünü çatdırıb haqq-hesaba başlayır və lazımi “summa”nı alanda ürəkdən nəfəs alır. Ancaq istədiyi “summa” çatmayanda Zülfəli İsmayılov Koroğlu kimi bir dəli nərə çəkir, dəlilərini də götürüb buldozer kimi hücum edib daşı daş üstə qoymur. Bizə elə gəlir ki, Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun özünü ciddi təftiş etmək lazımdır. Amma Zülfəli İsmayılov hələ ki öz əməllərindən qalmır: Onun Bakı ŞİH-də sağ əli Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Adil oğlu Cəbrayılovdur. Coşqun Cəbrayılov Zülfəli müəllimin kurasiyasındakı Bakı şəhəri üzrə bütün avtomobil parkovkalarından yığılan pullara nəzarət edir və vaxtında “xozeyn”ə çatdırır. Zülfəlinin Bakı şəhərindəki saysız-hesabsız kommersiya obyektlərini bacısı uşaqları, qohum-əqrəbası işlədir. Zülfəli İsmayılov həm də Bakı ŞİH-də saxta maaş kartlarına da nəzarət edir. Düzdür, son vaxtlar Zülfəli müəllimin şair demişkən ZÜLFÜ biraz PƏRİŞAN-dır. Çünki kişinin dağ kimi arxası, kirvəsi Zakir Qaralov vəzifədən gedib. Həm də təzə mer Eldar Əzizov Zülfəlini gözümçıxdıya salıb. Amma Zülfəli də az aşın duzu deyil. Deyir özüm Bakının meri olacam. Bir sözlə, qarşıda maraqlı mövzular var./gundelik-baku.com/
Sorğu
Yeni dizaynımız necədir?