Sakinlər merə məxsus “Effekt 2011” MMC-ni məhkəməyə verəcək
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Qış bulvarı” adı altında evyıxma əməliyyatı davam edir. Meriyanın əməkdaşı Zülfəli İsmayılov Bakının T.Xəlil Rza və Dilarə Əliyeva küçələrində yaşayan sakinlərə xəbərdarlıq edərək tezliklə mənzilləri deyib. Z.İsmayılov Bakının Baş Planına görə, buradakı tikililərin söküləcəyini bildirib. Əhaliyə kompensasiyaların əlbəəl veriləcəyi vəd olunub. Mənzil sahibləri isə bunu qanunsuzluq hesab edirlər. Onların sözlərinə görə, pul bank hesabına köçürülməlidir. H.Abutalıbovun nümayəndəsi isə mənzil haqlarını özü ödəyəcəyini bildirib. Sakinlər isə evlərindən köçməyə razı deyillər. Deyirlər ki, söküntünü icra hakimiyyəti deyil, özəl tikinti şirkəti aparır - “Effekt 2011” MMC. Vətəndaşlar isə Prezident Administrasiyası qarşısına gedəcəklərini bildiriblər. Qeyd edək ki, BŞİH-in 76 saylı sərəncamı ilə paytaxtda daha bir neçə küçədəki evlərin sökülməsi planlaşdırılır. 16.02.2011-ci il tarixli sərəncamda S.Vurğun, M.Əliyev, D.Əliyeva, R.Rza, Ş.Əzizbəyov, S.Rəhimov, İ.Səfərli, T.Xəlil Rza oğlu və M.İbrahimov küçələrindəki evlərin söküləcək. Əldə etdiyimiz məlumata görə, “Effekt 2011” MMC Hacıbala Abutalıbova məxsusdur. Evsökmə kampaniyasını birbaşa merin şirkəti icra edir. Sakinlər bildirirlər ki, şirkəti məhkəməyə verəcəklər. Aslan
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?