Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun həbsindən sonra yenidən bəzi RİH rəhbərləri ilə bağlı anoloji sərt addımların atılacağı elə həmin ərəfədəcə anons edildi. Əslində burada vurğulanası məqam ondan ibarətdir ki, zamanında keçmiş PA rəhbəri Ramiz Mehdiyevin siyahısı ilə icra başçısı postuna gətirənlər nə xarakterlərini dəyişə bilirlər, nə də yeniləşən şərtlərə uyğunlaşırlar. Buna görədir ki, artıq 6 icra başçısının həbsdə olmasına rəğmən bəzi rayon rəhbərləri əvvəlki fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirirlər. Bunun sonluğu isə təbii ki, HƏBSXANADIR...
GundemXeber.Az DİA.AZ-a istinadən bildirir ki, belə icra başçılarından biri də Yardımlıya rəhbərlik edən Ayaz Əsgərovdur. Bu barədə redaksiyamıza danışan rayondakı mənbənin sözlərinə görə, digər başçısı həbs olunan rayonlarda olduğu kimi Ayaz Əsgərovun da yanında əsas əlaltısı olan, rayonun talanmasında aşkar şəkildə iştirak edən konkret yaxın fiquru - müavini var: "Necə ki, məsələn, Ağstafada Nizaməddin Quliyev başçı idi və onun puldaşıyanı da Ramiz Tatarov idi, Yardımlıda da Mahir Mirzəyev yoldaş Əsgərovun puldaşıyanıdır. Bunların mayası eyni yerdən olduğundan, zamanında Ramiz Mehdiyevdən təlimat aldıqlarındandır ki, xarakterlərini dəyişə bilmirlər və ölkədəki yenilənməni həzm etmək iqtidarında deyillər".
Mənbə bildirir ki, bu gün Yardımlı RİH-in Mahir Mirzəyevlə yanaşəı digər başçı müavinləri də səksəkədədir: "Onlardan bəziləri hətta könüllü olaraq işdən getməyə hazırdırlar. Yaxşı başa düşürlər ki, nəhayətdə qara maskalılar Yardımlının da qapısını döyəcək. Doğrudur, Ayaz Əsgərov onları arxayın edib ki, artıq "yuxarıda" kimlərləsə anlaşıb və ona dəyməyəcəklər. Amma məsələ heç də belə deyil və yaxın zamanlarda böyük hadisələr olacaq..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?