Müəyyən çevrəyə də bəlli idi ki, 2019-cu ilin dekabr ayında soyadını və atasının adını dəqiq bilmədiyim Şahin adlı şəxs etibarımdan sui-istifadə etdi və məni ciddi bir problemlə üz-üzə qoydu.
O, qeyd olunan müddət ərzində heç bir iş görmədi, yaxud da görmək istəmədi. Belə olan halda həmin şəxsdən əlbəəl verdiyim pullarımı geri qaytarmasını tələb etdikdə, o, hər dəfə minbir bəhanlər danışdı və pullarımı geri qaytarmaqdan yayındı. Son anda həmin şəxs qaçıb gizlənməyi, sanki özü üçün vəziyyətdən çıxış yolu da hesab etdi. Belə olan halda məcburiyyət qarşısında qalıb 17 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili Işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazova rəsmi qaydada müraciət etmək qərarına gəldim və üz-üzə qaldığım belə bir problemi nəzarətə götürməsini, həmçinin aidiyyatı üzrə lazımi tapşırıq verməsini də xahiş etdim. Təqdirəlayiq hal o oldu ki, cənab Nazirin üz-üzə qaldığım problemin həlli yöndə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə vermiş olduğu tapşırıq nəticəsində, adı çəkilən qurum əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat tədbirləri çərçivəsində, bu işdə günahı olan şəxsə və şəxslərə heç bir zərər yetirilmədi və üz-üzə qaldığım problem 29 avqust 2020-ci il tarixdə öz həllini tapdı. Sözsüz ki, indiyə kimi həm mənim, həm də eşitdiyim şifahi məlumatlara görə çoxsaylı vətəndaşların üz-üzə qaldıqları əksər problemlərin həllini tapmasında, cənab Vilayət Eyvazovun nazir vəzifəsinə təyinatından sonra, rəhbərlik etdiyi qurumda ciddi islahat proqramlarının həyata keçirilməsi, vətəndaşlarla polis əməkdaşları arasında əmələ gələn səmimi münasibətlərin və digər amillərin varlığı əsas səbəb oldu. Təbii ki, bu gün də atılan hər bir uğurlu addımın kökündə cənab Nazirin olduqca savadlı və peşəkar olması, qanunun aliliyini uca tutması, polis orqanlarının rəhbər şəxslərinə bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsi, insanlara münasibətdə etik davranış qaydalarına ciddi əməl olunması, hər kəsin hüquq və azadlığının, qanuni mənafelərinin ən yüksək səviyyədə qorunması istiqamətində lazımi tapşırıq və tövsiyələrini verməsi, həmçinin digər çevik addımlarını atması da əsas rol oynamaqdadır. Yuxarıda qeyd etdiyim kimi, 17 iyul 2020-ci il tarixdə Daxili Işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazova rəsmi qaydada ünvanladığım müraciətim əsasında üz-üzə qaldığım problem, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının operativ addımları sayəsində 29 avqust 2020-ci il tarixdə öz həllini tapdı. Üz-üzə qaldığım problem ədalətli həllini tapdığı üçün şəxsən cənab Nazirə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevə və problemin həllini tapmasında iştirak edən bu qurumun əməkdaşlarına xüsusi minnətdarlığımı bildirirəm və bundan sonra atacaqları hər bir addıma görə, onlara yeni-yeni uğurlar da arzulayıram. Bu gün öz şəxsimdə tam əminliklə deyə bilərəm ki, hər bir Azərbaycan vətəndaşının hüquq və azadlığının qorunması, qanuni mənafelərinin müdafiə olunması və s. güvənli əllərdədir. Mənim bir vətəndaş olaraq belə bir yanaşmama əsas səbəb, təqribən 9 (doqquz) ay ərzində üz-üzə qaldığım problemlə bağlı həyata keçirilən uğurlu əməliyyat tədbirlərinin müsbət sonluqla nəticələnməsi və digər amillərin varlığı oldu. Bütün bunları nəzərə alaraq bir daha şəxsən cənab Vilayət Eyvazova, polis polkovniki cənab Əbülfət Rzayevə və problemin həllini tapmasında iştirak edən BMCMİ-nin əməkdaşlarına xüsusi təşəkkürümü bildirirəm.
Hörmətlə, Cəfəri Şirin Abbasqulu oğlu
“Gündəm Xəbər” müstəqil, ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?