GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qusarın icra başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq – Gözlənti…

Qusarın icra başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq – Gözlənti…

Tarix: 26-10-2016, 22:50 Bölmə :Siyasət Baxış: 723
Qusarın icra başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq – Gözlənti…

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasovun tezliklə vəzifədən kənarlaşdırılacağı ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələr aparılır. Bu barədə əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı Qusar rayon camaatı ilə normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası da ölkə başçısının müvafiq tapşırıqlarını lazımı səviyyədə icra edə bilmir. Beləliklə, icra başçısının yarıtmaz fəaliyyətinin artıq Qusar camaatını bir sıra təsirli addımlara baş vurmağa vadar etdiyini vurğulayan mənbə iddia edir ki, əhali icra başçısı Şair Alxasovun daha perspektivli və işgüzar birisilə əvəzlənməsini, rayonun problemlərinin tez bir zamanda həll olunmasını, eləcə də işsizlik probleminin aradan qaldırılmasını tələb edir. Qusar Rayon İcra Hakimiyyətinin başçısının komandasında təmsil olunan bəzi səlahiyyət sahiblərinin əhaliyə, əsasən də sahibkarlara göz verib işıq vermədiyini deyən məlumatlı şəxs hesab edir ki, bu vəziyyət çox davam edə bilməz: «Deyilənlərə görə, artıq Qusar rayon sakinlərinin səbri tükənmək üzrədir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, Şair Alxasov icra başçısı təyin olunduqdan sonra rayon üzrə tenderlərin sayı və məbləği xeyli artmağa başlayıb. Bu isə tamam başqa məqamlardan xəbər verir. Deyilənlərə görə, tenderlər zamanı ayrılmış vəsaitlərin çox az bir hissəsi təyinatı üzrə xərclənir. Belə ki, ayrılmış vəsaitin əsas hissəsi qeyri-müəyyən səmtlərə sərf olunur». Bu arada, Şair Alxasovun əslən Qusar rayonunun Çətkün kəndindən olduğunu, 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirdiyini, əmək fəaliyyəti dövründə «Azərelektroterm» İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, «Bərpaçı-A» MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışdığını, 2007-ci ildən isə Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, o, rayon ərazisində müxtəlif obyektlərə malikdir: «Deyilənlərə görə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun gəlir qaynaqları arasında restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlər var. Bildirilir ki, icra başçısı təyin edilməmişdən əvvəl Şair Alxasov Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Bu səbəbdən də o, indinin özündə də əvvəlki peşəsindən əl çəkməyib. Yəni Qusar Rayon İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq, hələ də biznes fəaliyyətini davam etdirir». Onu da nəzərinizə çatdıraq ki, Qusar rayonunun kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, büdcədən ayrılmış vəsaitlərin xərclənməsi düzgün aparılmır: «Deyilənlərə görə, bu və digər işlərə sərf olunan vəsait mövcud reallıqla üst-üstə düşmür. Belə ki, rayonda aparılan bir sıra təmir-bərpa işlərinə çəkilən xərclərlə göstərilən rəqəmlər arasında ziddiyyət var. Qeyd olunur ki, bu işlərin bir çoxu yerli idarə və müəssisələrdən yığılmış vəsaitlər hesabına reallaşdırılıb. Ən böyük yalan isə küçələrin abadlaşdırılması və yenidən qurulması ilə bağlıdır. Qusarda faktiki olaraq bir neçə əsas küçə asfaltlanıb və yol kənarındakı evlər kosmetik yeniliyə məruz qalıblar». Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun nüfuzlu məmurlardan birinin adından istifadə edərək, uzun illərdən bəri torpaq, bağ sahibi olan əhalini müxtəlif üsullarla malik olduqları torpaq sahələrindən imtina etməyə vadar etdiyini deyən mənbə iddia edir ki, kimini həmin nüfuzlu məmurun adından istifadə etməklə qorxudaraq, kimini isə çox ucuz qiymətə bağ yerini satmağa məcbur edərək böyük bir kampaniya aparan icra başçısı və onun yaxın adamları artıq onlarla bağ sahəsini, geniş əraziyə malik torpaqları ələ keçiriblər: «Deyilənlərə görə, torpağı əlindən alınan şəxslərdən biri də Qusar rayon sakini Hacımirzə Ağamirzəyevdir. Belə ki, bir müddət əvvəl üzləşdiyi problemlə bağlı kütləvi informasiya vasitələrinə müraciət edən Hacımirzə Ağamirzəyev 5 otaqlı mənzilinin icra hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən qanunsuz söküldüyünü bildirib: «3 ildir ki, torpağımı şəxsən icra başçısının göstərişi ilə əlimdən alıblar, üstündəki tikilini söküblər. Məqsəd də odur ki, başçı mənim torpağımda obyekt tikmək istəyir. Samur qəsəbəsində, gömrük-keçid məntəqəsinin yaxınlığında 46 sot torpaq sahəm var. Sənədləri də qaydasındadır. Həmin sahədəki evi icra başçısı kommersiya obyekti tikməkdən ötrü məhkəmə qərarı olmadan sökdürüb». Onun sözlərinə görə, evinin sökülməsi ilə bağlı dəfələrlə icra başçısı Şair Alxasovun qəbulunda olub: «Tələb etdim ki, torpağımdan əl çəksin, yoxsa məhkəməyə verəcəm, mənə cinayət işi açdırdı. Məni Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsirləndirib işimi məhkəməyə verdilər. Guya mən torpaq sahəsini zəbt etmişəm. 3 il başımı məhkəmələrlə qatdı. Ancaq sağ olsun hakim, 3 il başçının təzyiqi ilə davam edən məhkəmə prosesinin sonunda mənə bəraət hökmü çıxartdı. Çünki həmin torpağa görə bütün sənədlərim var». Məsələnin maraqlı tərəfi ondadır ki, bu qədər narazılıqların mövcud olmasına baxmayaraq, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov barəsində hələ də müvafiq ölçü götürülməyib. Lakin deyilənlərə görə, artıq yuxarılarda onun tutduğu vəzifədən kənarlaşdırılması məsələsi gündəmə gətirilib. Böyük ehtimalla, icra başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısının «vurulması» ilə bağlı yuxarı dairələrdə ciddi müzakirələr aparılır

    İcra başçısının «vurulması» ilə bağlı yuxarı ...

    10-12-2013, 18:35

  • 
  • İcra başçısı işdən çıxarıldı

    İcra başçısı işdən çıxarıldı ...

    31-08-2015, 18:50

  • 
  • Qusarın icra başçısı Bakıya niyə çağrıldı

    Qusarın icra başçısı Bakıya niyə çağrıldı ...

    12-12-2013, 21:29

  • 
  • Azərbaycanda icra başçısı bələdiyyə sədrinə sakinlərin qarşısında uzunqulaq dedi - ŞOK VİDEO

    Azərbaycanda icra başçısı bələdiyyə sədrinə ...

    27-06-2013, 18:28

  • 
  • Qusarın İcra Başçısı əhaliyə zülm edir – İDDİA

    Qusarın İcra Başçısı əhaliyə zülm edir – İDDİA ...

    1-04-2016, 12:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu