GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik -VİDEO

Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik -VİDEO

Tarix: 12-09-2020, 12:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 844
Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik -VİDEO


2018-ci ilin sonları..Abel Məhərrəmov erasının sonu.

Xəbərləri xatırlayırsınız:
“Abel Məhərrəmov Madrid şəhərindəki restoranlardan birində içib dava salıb”; “Bakıdan İspaniyaya və geriyə çaxır daşıyıb”; “Səfir olan oğlu diplomatik toxunulmazlığından biznes maraqları üçün istifadə edib”…

Çaxır kralı

Həmin il, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşdü. Məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək idi.
Səfər başlanğıcdan sona qədər “maraqlı macəralar”la zəngin oldu.
Əvvəlcə, Airbus-319A tipli təyyarə ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilmədi. Buna səbəb isə sərnişinlərdən birinin – nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı idi. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur oldular. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğlu Anar Məhərrəmova məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilmişdi.
Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılırmış.Hadisənin sonrakı təfərrüatı hamıya məlumdu deyə yazmağa lüzum görmədik.

Heydər Əliyev əleyhinə imza atmışdı

Azərbaycanın ən yaşlı universitinin sərxoş rəhbərinin gözləri elə örtülmüşdü ki, özünü hakimiyyətə alternativ görürdü.
Hətta Abel müəllim bir dəfə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.”
Mövcud hakimiyyətin dövründə hədsiz var-dövlət sahibi olan Abel Məhərrəmovun necə birisi olduğunu hazırda deputat olan, təhsil eksperti Etibar Əliyev bildirmişdi:
“Səhv etmirəmsə, 2011-ci ildə yazdığım bir məqaləmdə Bakı Dövlət Universitetində baş alıb gedən özbaşınalıqlar, təhsilin keyfiyyətinin ilbəil aşağı düşməsindən bəhs etmişdim. Həmin məqalədə “Bakı Universiteti” qəzetinin 14 sentyabr 1991-ci il tarixli sayında dərc olunan Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevə qarşı BDU-nun professor-müəllim heyətinin imzaladığı bəyanatda Abel Məhərrəmovun da adının olmasını göstərmişdim. Qəzetin həmin sayını qəzet redaktorlarının birinə vermişdim. Abel Məhərrəmov məni və qəzeti məhkəmə ilə hədələyəndə həmin redaktordan qəzeti istədim. Lakin o qəzeti itirdiyini dedi. Mərkəzi kitabxanada həmin qəzetdə bir nəfərin adını pozub, Yusif Seyidovun adını yazıblar. Mən bu müqəddəs ali məktəbdəki vəziyyət barədə zaman-zaman silsilə yazılarla çıxış etmişəm. Lakin bəzi nadanlar bunu qərəzli hesab edərək, Abel Məhərrəmovu müdafiə edirdilər. İndi o artıq vəzifədə olmadığından bu barədə çox danışmaq istəmirəm.”



“Xırda adam”ın böyük biznesi

Ramiz Mehdiyevin nəvəsinin qız toyunda olub, tost deyən “xırda adam” kimi tarixə düşən Abel Məhərrəmovun əmlak siyahısına baxaq.
Aktualxeber.az-da əmlakları qeyd etmişdik:
1. “El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)
3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.
5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
6. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)
7. BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək Abel Məhərrəmovun otel və restoranlarında yerləşdirilib.
A. Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1) “Lamborghini”
2) “Bentley”
3) “Porsche Cayenne”
4) “Land Rover”
5) “Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min avro dəyərində ölçülür)
6) “Audi Q7”
7) “Audi Q8” (Son model, qiyməti 450 min avro)
8 ) “Mercedes Geländewagen” (qiyməti 250 min avro)
9) “BMW X6” (son model – qiyməti 200 min avro)
10) “BMW -760” (qiyməti 400 min avro)
Mənbə: Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov
Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
1) Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;
2) Quba rayonunda 1 villa;
3) Xızı rayonunda 1 villa;
4) Nabranda 1 villa;
5) Şüvəlan qəsəbəsində 1 villa;
6) Mərdəkan qəsəbəsində 1 villa;
7) AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
Şərifzadə küçəsində yerləşən ev.
– Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası.
– 8-ci mikrorayonda daha bir restoranı
– N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
Aktualxeber.az-a yeni daxil olan məlumatlara görə A. Məhərrəmovun mətbuatda indiyə kimi adı hallanmayan daha bir neçə əmlakları var. Bunlara Moskvadakı böyük biznesi və orada aldığı bir kv.m 25.000 dollara olan bahalı mənzil, Çində mebel fabriki də var. Həmin bizneslərə qohumu Amil Məhərrəmov nəzarət edir.

“Nağilbaz” rektor

Bundan əlavə akademik özəl həyatına da pullar əsirgəmirmiş… Belə ki, ona yaxın olan xanımlara lüks şərait yaratmaq onun xobbisinə çevrilibmiş.. Buna BDU-nun iki xanım əməkdaşı üçün edilənləri misal çəkə bilərik. Filoloq alim Səidə Abbasova və tarixçi dosent Gövhər Rizayevanın Abel Məhərrəmova yaxın insanlar olduğu BDU-da hamıya məlumdur. Onların müdafiəsindən tutmuş mənzillərinə, maşınlarına, obyektlərinə və digər qayğılarına keçmiş rektorun sayəsində nail olduqları heç kimə sirr deyildir. Yüzlərlə mənzilə ehtiyacı olan BDU-nun hörmətli alimləri evsiz qaldığı halda hər iki xanıma BDU-nun əməkdaşları üçün tikilən yeni binada 400 kv.m-lik tam təmirli mənzil hədiyyə edən akademik onlara 80.000 dollarlıq bahalı avtomobillər də hədiyyə edibmiş…BDU-da hamıya “yuxarılardan mənə bu xanımları tapşırıblar deyə edirəm” deyə gözdən pərdə asmağa çalışan Abel müəllimin əsil xisləti əslində hamıya məlum idi. ”Yuxarı” deyərkən də o, öz yaxın ətrafına ölkənin birinci xanımını nəzərdə tutduğunu deyirdi.
Adam nə qədər öz simasını itirməlidir, öz yaşadığı qadını Mehriban Əliyevanın qohumu kimi təqdim etsin.
Abel Məhərrəmovun bu əməlləri konkret cinayət əməlləridir və cəzasın çəkməlidir.
Əlimizdə olan materiallarla bağlı güc strukturlarına rəsmi müraciət edəcəyik.
Bu ölkədə bir Nağılbaz vardı ki, qalmaqqalla rəhmətə getdi, adı Anar idi. Abel Nağılbazın qalmaqalı hələ qarşıdadır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​ABEL MƏHƏRRƏMOVUN ŞEYXİN QUDASINDAN QİSAS CƏHDİ – Sabiq rektorun ən etibarlı adamı onun xahişini yerə saldı…

    ​ABEL MƏHƏRRƏMOVUN ŞEYXİN QUDASINDAN QİSAS CƏHDİ ...

    11-03-2019, 15:31

  • 
  • Abel Məhərrəmov vəzifəsindən azad edildi

    Abel Məhərrəmov vəzifəsindən azad edildi ...

    15-11-2018, 16:17

  • 
  • Abel Məhərrəmov BDU-da fəaliyyətini davam etdirir

    Abel Məhərrəmov BDU-da fəaliyyətini davam etdirir ...

    22-11-2018, 15:56

  • 
  • Şeyx ABŞ-a gedir

    Şeyx ABŞ-a gedir ...

    28-04-2014, 10:20

  • 
  • Mir Şahin Abel Məhərrəmovdan danışdı: "O təyyarədə idim, içki oldu"

    Mir Şahin Abel Məhərrəmovdan danışdı: "O ...

    23-11-2018, 12:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu