Ötən həftə prezidet İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilmişdi.
Gundemxeber.Az Unkila.org-a istinadən xəbər verir ki, Abel Məhərrəmov Bakı Dövlət Universitetində vəzifəsini davam etdirir.
Faktı BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da təsdiqləyib. O bildirib ki, Abel Məhərrəmov universitetin rektoru olmaqla yanaşı, uzun illərdir müəllim kimi fəaliyyət göstərib: “Akademik Abel Məhərrəmov uzun illərdir universitetimizin “Üzvi kimya” kafedrasının rəhbəridir. Bu gün də BDU-da öz vəzifə səlahiyyətlərini davam etdirir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?