Bir qədər güclü yağmayan yağış kadrlardan gördüyünüz kimi, qəsəbədaxili bütün küçələri bərbad vəziyyətə salıb.
Qəsəbə sakinləri isə xüsusən belə yağışlı havalar zamanı demək olar hərəkət etmək üçün çox çətinlik çəkirlər.
Diqqətimizi çəkən problemlərdən biri isə qəsəbədaxili bir çox küçələrdə kanalizasiya sisteminin olmaması göstərilir. Belə hallarda ən böyük problemlərdən biridə yoluxucu xəstəliklərin yayılması riskini artırır" Ələt qəsəbəsində mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil"
Bəs görəsən yerli qurumlar bu vəziyyəti görmürmü?Nə üçün qəsəbə sakinləri yağışlı havalar zamanı bu qədər çətinlik çəkməlidir? Bakı ətrafı qəsəbənin bu vəziyyətdə olması sözün əsl mənasında laqeyidsizlik və məsuliyyətsizlikdir. Adiyyatı qurumlardan qəsəbə sakinləri xahiş və tələb edir haqqlı narazılıqla qarşılanan problem ilə tanış olub və problemin həlli istiqamətində müvafiq işlər görülsün.
Sorğu
Yeni dizaynımız necədir?