GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərbaycan Qarabağı zorla alacaq...” - “beyin mərkəzləri”ndən Ermənistana kapitulyasiya vədi

“Azərbaycan Qarabağı zorla alacaq...” - “beyin mərkəzləri”ndən Ermənistana kapitulyasiya vədi

Tarix: 6-10-2020, 11:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 263
“Azərbaycan Qarabağı zorla alacaq...” - “beyin mərkəzləri”ndən Ermənistana kapitulyasiya vədi


Azərbaycanın rəşadətli ordusunun torpaqlarımızda on illərdir yuva salmış işğalçı, quldur-terrorçu birləşmələrə qarşı cəza əməliyyatları uğurla davam edir. Düşmən tərəf Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında hər gün bir az daha torpaqlarımızı tərk etməli olur. Özündən sonra böyük sayda canlı itki və hərbi texnika qoymaqla.

Təbii ki, Qarabağ hərbi teatrında baş verənləri həm siyasi təhlilçilər, həm də hərbi ekspertlər diqqətlə izləyirlər. Dünyadakı müxtəlif “beyin mərkəzləri” də gec-tez Ermənistanın labüd kapitulyasiyaya tuş gələcəyini proqnoz edirlər. Nəinki proqnoz edir, buna hətta əmindirlər.

*****

“Azərbaycan Qarabağı zor gücünə alacaq və heç kim də buna əngəl ola bilməyəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə İsrailin dövlət xadimi, “Nativ” xüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmi “Rossiya” telekanalının efirində bildirib.

Onun qənaətincə, Ermənistanda son 15 ildə baş verənlər, yəni ölkənin daxili və xarici siyasətinin oriyentasiyasının dəyişməsi erməni dövlətini zəiflədib. “Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə İrəvanın Moskva ilə münasibətləri dəyişib, daha doğrusu, korlanıb. Halbuki Ermənistanın əsas gücü birbaşa Rusiyanın onun arxasında durmasına bağlı idi”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, əvvəlki hərbi toqquşma zamanı Azərbaycan Ordusu Ermənistandan daha zəif olub: “Bu, Ermənistan ordusu idi ki, Azərbaycana keçib yaşayış məntəqələrini bir-bir ələ keçirirdi, əksinə yox. Bu gün isə amerikalı təlimçilər Ermənistan ordusunu o nöqtəyə gətirdilər ki, ermənilər heç sahib olduqlarını da qoruya biləcək gücdə deyillər. Rusiya isə zəif Ermənistanın əvəzinə Qarabağı qoruya bilməz. Əgər erməni ordusunun gücü yoxdursa, o zaman Qarabağı itirəcəklər. Odur ki, qoy arxaları ilə Moskvaya çevrilənlər özlərindən küssünlər”.

İsrailli kəşfiyyatçıya görə, Ermənistan indi Azərbaycanın Dağlıq Qarabağı zor gücünə alacağı və heç kimin də buna əngəl olmayacağı bir vəziyyətlə üz-üzədir: “Rusiya isə Qarabağla bağlı hərbi münaqişəyə qarışmamalıdır. Necə deyirlər, ”Kaşanı özləri bişirib, qoy özləri də yesinlər".

*****

“Azərbaycan öz ərazisinin siyasi cəhətdən mühüm hissəsini geri qaytaranadək əks-hücumunu davam etdirəcək”.

Bunu isə ABŞ dövlət katibi köməkçisinin keçmiş müavini, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza “Horasis” beynəlxalq təşkilatı tərəfindən COVID-19-la bağlı tədbirdəki çıxışı zamanı bildirib (Report).

“Azərbaycan və Ermənistan yenə müharibə aparır. Yəni bu, sadəcə, tez bir zamanda sakitləşəcək toqquşma deyil, ciddi hərbi əməliyyatlar gedir. Fikrimcə, Azərbaycanın bu ərazini saxlamaq üçün yaxşı imkanları var. Odur ki, yaxın bir neçə gün, yaxud bir neçə həftə ərzində döyüşlərin səngidiyini görə biləcəyik”, - deyə o vurğulayıb.

Keçmiş həmsədrin sözlərinə görə, bundan sonra regionda əsas oyunçular ABŞ yox, Türkiyə və Rusiya olacaq, çünki ABŞ təkcə prezident Tramp dövründə yox, hələ prezident Obamanın dövründə bu regiondan çəkilib.

*****

Öz növbəsində ukraynalı hərbi ekspert-bloger Aleksey Arestoviç hesab edir ki, artıq erməni ordusunun yenilməzliyi haqda əfsanə şam kimi əriyib getməkdədir.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Azərbaycan Ordusunun işğal altındakı Qarabağdakı əks-hücum əməliyyatını qiymətləndirərkən yazıb.

“Həmin əfsanənin tərkib hissələri aşağıdakılar idi: ermənilər aşılıb keçilə bilinməyən, öz evlərini pis ”türklər"dən qorumaq ehtiyacından dərin motivasiya almış döyüşçülərdir; azərbaycanlılar necə mübarizə aparmağı bilmirlər; erməni müdafiəsi dağlarda büsbütün mina sahələri və möhkəm beton istehkamlardır. Ancaq azərbaycanlılar bununla razılaşmadılar. İyirmi ildir onlar inadkar və metodik şəkildə öz silahlı qüvvələrini qurdular və təzədən təchiz etdilər. Əsasən Türkiyə və İsrail istehsalı olan hücum PUA-larına stavka eləməklə, qoşunlarını güclü şəkildə hazırladılar. Və budur, həmin o qisas anı yetişdi".

Ekspertin sözlərinə görə, Azərbaycanın hərbi planları tamamilə ağıllı və məntiqlidir: “Bir neçə günlük döyüşlər nəticəsində Ermənistanın canlı qüvvəsi və texnikasında itkilər yığıldı və erməni ordusunun döyüş effektivliyinin kəskin azalmasına səbəb oldu. Ən əsası, ermənilərin dəhşətli dərəcədə dərin eşelonlanmış müdafiəsi və inanılmaz döyüş qabiliyyəti haqqında mif puç olub getdi - necə ki, həmişə belə olur. Azərbaycan isə budəfəki əməliyyatlarda çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edir”.

Hərbi analitik bildirir ki, əgər Bakı bu minvalla, yəni uğurlu və metodik şəkildə davam edərsə, “DQR”in müdafiəsi 10-14 günə yox olub gedəcək. “Daha bir qeyd: Azərbaycan hərbi kəşfiyyatı da çox uğurla işləyir. Bir sözlə, sonrakı nəticələrdən asılı olmayaraq, mən artıq Azərbaycan hərbçiləri və onların türk müttəfiqləri qarşısında papağımı çıxarıram. Onlar ən çətin şərtlərdə ən vacib tarixi tapşırığı hazırlamaq və həyata keçirmək üçün ən optimal strategiyanı - 20 ildə acı məğlubiyyət tarixindən əlamətdar qələbələr tarixinə keçid eləməklə ərazilərinin işğal olunmuş 20%-ni necə azad etməyi hesablamağı və təşkil etməyi bacardılar. Azərbaycan bu gün bizə mümkünsüz olanı həyata keçirməklə bağlı parlaq bir nümunə, dünya tarixi dərsliklərində görkəmli bir səhifə kimi düşəcək nümunə göstərir”, - deyə ukraynalı ekspert yazır və əlavə edir: “Müttəfiqlərimiz, vurun, biz sizinləyik!”

Qısası, Qarabağın yiyəsi gəlir. Özü də bu dəfə həmişəlik...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəbhədə gərginlik: düşmən xeyli sayda itki verdi

    Cəbhədə gərginlik: düşmən xeyli sayda itki verdi ...

    10-10-2015, 13:34

  • 
  • Ordumuzdan sarsıdıcı zərbə: ermənilər xeyli itki verdi

    Ordumuzdan sarsıdıcı zərbə: ermənilər xeyli itki ...

    5-03-2016, 13:33

  • 
  • “Hərbi əməliyyatları dayandırın“ - Sergey Lebedev

    “Hərbi əməliyyatları dayandırın“ - Sergey Lebedev ...

    4-04-2016, 13:21

  • 
  • Qazaxa hərbi texnika yeridildi – Son dəqiqə

    Qazaxa hərbi texnika yeridildi – Son dəqiqə ...

    2-08-2014, 16:46

  • 
  • Rusiyanın “Lenta.ru” saytı Dağlıq Qarabağı ölkə kimi təqdim etdi

    Rusiyanın “Lenta.ru” saytı Dağlıq Qarabağı ölkə ...

    4-02-2014, 13:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu