İranla qondarma “DQR” arasındakı sərhəd bölgəsi Azərbaycan ordusunun nəzarətinə keçib.
GundemXeber.Az ovqat.com-a istinadla bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyanın bugünkü açıqlamasından belə çıxır.
O, açıqlamasında deyib:
“Azərbaycan hərbi bölmələri Qarabağ-İran sərhədinə (Araz çayı boyunca) böyük qruplar toplayır, faktiki olaraq, bu sərhəd boyunca gizlənərək irəliləmək istəyir. Bu taktika vasitəsi ilə Azərbaycan “Arsax”ı İran sərhədi boyunca zərbə endirməyə vadar etməyə çalışır. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan bölmələrinin alternativsiz olaraq geri çəkiləcəyi və ya İran ərazisinə qaçacağı istisna edilmir. Bütün bunlardan qaçmaq üçün biz hesab edirik ki, şübhəsiz, bütün bunları görən İran tərəfi bunun qarşısını almalı və ya Azərbaycanı bu cür hərbi dislokasiyalardan çəkindirməlidir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?