GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanla təkbətək, “Uçurumun kənarında...” - Ermənistanın qorxulu röyası çin olur

Azərbaycanla təkbətək, “Uçurumun kənarında...” - Ermənistanın qorxulu röyası çin olur

Tarix: 9-10-2020, 10:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 309
Azərbaycanla təkbətək, “Uçurumun kənarında...” - Ermənistanın qorxulu röyası çin olur


Paşinyandan növbəti sərsəm bəyanat; Bakını Rusiya və Qərblə toqquşdurmaq planı iflas olur - əlimizdəki güclü “kozır”; amerikalı analitik: “Nə qədər gec deyil, Ermənistan ayılmalıdır...”

Azərbaycanın Ermənistanın faktiki xilasına yönəlmiş son sülhməramlı təkliflərini rəsmi İrəvan, özəlliklə də baş nazir Nikol Paşinyan yenə qulaqardı edib. Hələ harasıdır, Nikol həyasızcasına yenə “Artsax Ermənistandır” söyləyib. Demək, ordumuzun zəfər yürüşü davam edəcək. İndi buna qarşı beynəlxalq xarakterli heç bir geosiyasi əngəl yoxdur: Rusiya da, Qərb də məsələdə öz neytrallığını saxlayır. İki gün öncə Vladimir Putin bu mövqeyi növbəti dəfə, birmənalı şəkildə hamıya bəyan etdi.

Beləcə, Azərbaycan hərb meydanında işğalçı ölkə ilə tamamən baş-başa, təkbətəkdir. Bizə də bu - antiterror əməliyyatına böyük güclərin neytrallığı lazım idi. Düşməni panikaya, xofa salan həm də bu yöndəki gözləntilərin puç olmasıdır. Əli hər yerdən üzülən Ermənistan rəhbərliyi isə indi də Dağlıq Qarabağdakı oyuncaq qurumun beynəlxalq birlik tərəfindən tanınmasına ümid edir.

*****

“Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır”. Ermənistanın baş naziri Nikol Paşinyan bunu srağagün “Euro News” telekanalına müsahibəsində deyib. “Beynəlxalq ictimaiyyət qətiyyət göstərməli və Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır”, - deyə Paşinyan abırsızcasına bütün dünyaya ağıl verməyə çalışıb.

Beynəlxalq birlik isə təbii ki, belə müraciətləri çoxdan vecinə almır. Alsaydı, Paşinyanın arzusu ötən 27 illik atəşkəs dönəmində reallaşardı. Belə bir şey Azərbaycanın apardığı antiterror əməliyyatı dövründə də gözlənilmir. Ona görə ki, dünya birliyi, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır. Odur ki, boşuna gözləməsinlər və nə qədər gec deyil, nə qədər ki, erməni xalqı qat-qat böyük canlı və maddi itkilərə tuş gəlməyib, təcili şəkildə yerdə qalan ərazilərdən olan-qalan quldur birləşmələrini geri çəksinlər.

*****

“Ermənistan Azərbaycana qarşı davam edən əməliyyatları səbəbindən gələn həftə Belarusda keçiriləcək KTMT-yə üzv ölkələrin hərbi təlimlərinə qatılmayacaq. Bu, inandırıcıdır, çünki Ermənistanın cəbhədə nə qədər pis vəziyyətə düşdüyünün etirafıdır. O dərəcədə pis ki, İrəvan az sayda əsgərini belə təlimlərdə iştirak üçün ayıra bilmir. Bu, Ermənistanın blokun onu dəstəkləməkdən imtina etməsinə gizli və aqressiv cavabı kimi də dəyərləndirilə bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri amerikalı siyasi şərhçi Andrey Korıbko İrəvanın KTMT tərəfdaşlarını Qarabağ münaqişəsinə cəlb etmək üçün göstərdiyi təhlükəli cəhdlərdən danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya, KTMT-yə üzv ölkələrdən birinin bloku böyük müharibəyə sürükləmək üçün ondan sui-istifadəyə imkan verməyəcək: “Blok rəhbərliyi açıq-aşkar tərəf tutmaq istəmir. Bu isə İrəvanın ittifaqla bağlı yalançı gözləntiləri ilə ziddiyyət təşkil edir və o, hərbi dəstək üçün Qərbə (xüsusilə Fransaya) üz tutmaq zorunda qala bilər. Əlbəttə, bu, o demək deyil ki, tək qalan Ermənistan məhz belə hərəkət edəcək və edəcəksə də, onun cəhdi uğurlu olacaq. Ancaq hələlik ssenari elədir ki, İrəvan blokun mövqeyindən məyusdur. Rusiyanın nəzərincə isə Ermənistanın KTMT xaricində hər hansı hərbi yardım almağa çalışması Rusiya maraqlarına, Ermənistan ərazisindəki onun hərbi bazasına və KTMT hərbi ittifaqı çərçivəsində birliyə təhlükə yaradır”.

Ekspertin qənaətincə, Rusiya neytrallığını saxladıqca onun Ermənistanla əlaqələri zəifləməyə davam edəcək. “Əslində Ermənistan tərəfindən Moskva qarşısında qoyulmuş təxribatçı ”təhlükəsizlik dilemması" səbəbi ilə Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi tamamilə İrəvanın vicdanında olacaq və bu, Moskvanın balanslı mövqeyindən fərqli olaraq, İrəvanın öz təşəbbüsü ilə həyata keçiriləcək. Ermənistan “kiçik tərəfdaş” olaraq anlamalıdır ki, “böyük qardaş” Rusiyanı Azərbaycanın müttəfiqi Türkiyə ilə təhlükəli qarşıdurmaya sürükləmək o qədər də asan olmayacaq - özü də bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa görə", - deyə o vurğulayıb.

Sonda amerikalı politoloq hadisələrin ən yaxşı ssenarisi kimi bunu mümkün sayıb: “Ən yaxşı ssenari o olardı ki, Ermənistan, nəhayət, uçurumun kənarında olduğunu anlayaydı - hansı uçuruma ki, onu öz rəhbərliyi və xaricdəki tərəfdaşları, bir də xəstə ambisiyalı erməni diasporu sürükləyir”.

*****

Öz növbəsində beynəlxalq təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Aleksey Fenenkoya görə, Paşinyana elə gəlib ki, iki il yarımlıq hakimiyyəti dövründə ardıcıl olaraq apardığı anti-Rusiya siyasəti nəticəsində artıq Qərb, NATO onu müdafiə edəcək: “Yəni ki, Qərb Türkiyəyə, Azərbaycana təzyiq göstərəcək, fransız dostlar da Nikol Paşinyan üçün nələrsə edəcək. Ancaq Qərbdə heç kim onu müdafiə etməyə hazırlaşmır. Ola bilsin, müharibədən sonra bunu Ermənistanda anlasınlar”.

Bu barədə o, “Vestnik Kavkaza” portalına bildirib.

Ekspert hesab edir ki, Paşinyan KTMT-dən də kömək gözləyə bilməz: “Hələ 2016-cı ilin oktyabrında KTMT-nin İrəvan sammitində bəyan edilib ki, blokun təhlükəsizlik zəmanəti yalnız Ermənistanın özünə aiddir və hansısa üzdəniraq ”Artsax"a, tanınmamış “DQR”ə şamil edilmir. KTMT cürbəcür avantüralara görə heç kimlə döyüşmək fikrində deyil".

Analitikə görə, məhz belə bir yanaşma Ermənistan siyasətinin Qərbə sarı dönməsinin səbəblərindən biri olub. “Paşinyan daha bəyan edirdi ki, KTMT Ermənistanın maraqlarına elə də cavab vermir və əslində bu təşkilatı iqnor eləməyə çalışırdı. O gözləyirdi ki, anti-Rusiya mövqeyinə görə amerikalılar, fransızlar, almanlar və başqaları ona kömək edəcək. Bu düşüncələr ona ilham verirdi. Amma indi gördü ki, Avropa onu müdafiə etməyə hazır deyil”, - deyə ekspert qeyd edib.

Fenenko Azərbaycanın müharibə nəticəsində nə qədər ərazi azad edəcəyinin mühüm olduğunu söyləyib: “Birincisi, Bakının nə qədər ərazi azad etdiyi vacibdir. İkincisi, həmin əraziləri hərtərəfli bərpa planına ehtiyac olacaq. Üçüncüsü, bu ərazilərdəki (Dağlıq Qarabağ nəzərdə tutulur - red.) erməni əhalisinə veriləcək rəsmi zəmanətlərə ehtiyac var. Bu edilərsə, Bakı informasiya sahəsində Azərbaycanı Qərbə qarşı qoymağa çalışan Ermənistanı üstələyəcək”.

*****

Şübhə yox ki, hərb meydanında aşkar üstünlüyü olan Azərbaycan informasiya savaşında da uğurlu nəticəyə imza atacaq. Çünki əlimizdəki “kozır” çox güclüdür: haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfdədir. Üstəgəl, aparıcı güclər aşağı-yuxarı indi Qarabağ həqiqətini qəbul edir. Odur ki, İrəvan “Nə qədər gec deyil, Ermənistan ayılmalıdır!” çağırışlarına məhəl qoymalıdır.../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vaşinqton görüşü ərəfəsində Paşinyandan müharibə bəyanatı

    Vaşinqton görüşü ərəfəsində Paşinyandan müharibə ...

    20-06-2019, 13:23

  • 
  • “Rusiya bu dəfə müharibəyə qarışmayacaq...” - İrəvanın qorxulu röyası

    “Rusiya bu dəfə müharibəyə qarışmayacaq...” - ...

    2-07-2019, 14:38

  • 
  • Paşinyandan Qarabağda dəhşətli müharibə yaradacaq ŞOK SÖZLƏR: “Azərbaycanın bu rayonları da...”

    Paşinyandan Qarabağda dəhşətli müharibə yaradacaq ...

    10-09-2018, 15:46

  • 
  • Paşinyan Qarabağda müharibə riski haqda

    Paşinyan Qarabağda müharibə riski haqda ...

    20-07-2018, 15:37

  • 
  • Putin Paşinyanın görüş təklifini rədd etdi

    Putin Paşinyanın görüş təklifini rədd etdi ...

    19-09-2019, 12:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu